Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Səadət Buta -Böyük Türk Məkanının Sevimli Şairəsidir!
Səadət Buta -Böyük Türk Məkanının Sevimli Şairəsidir! |
Görkəmli istedadlı, zəkalı Türk xanımı Səadət Butanın “Ürəyim bal pətəyidir...” şeirlər və poemalardan ibarət yeni on ikinci kitabı işıq üzü gördü. Kitabın redaktoru və tərtibçisi şair-publisist, yazıçı-araşdırmaçı Elbəyi Cəlaloğlu, rəssamı Azərbaycanın Əməkdar Memarı, memarlıq üzrə fəlsəfə doktoru Ömər Qoçulu və nəzəri məsləhətçisi Məmməd Abdullayevdir.
Bütün Türk dünyası insanlarının ürəyində poeziya sevgisi ilə həkk olunan Ulu Borçalının şairə qızı bu kitabında özünəməxsus orijinal bəddi lövhələri və incə duyğuları ilə qəlb oxşayan misralar təqdim etmişdir. Hələ səksəninci illərdən elektron və mətbuat informasiya vasitələrində ürəkləri fəth edən Səadət Buta bütün yaradıcılığı boyu Vətən mülkünün gözəlliklərini, insani münasibətlərin incəliklərini, hiss və duyğu keyfiyyətlərini tərənnüm etmişdir. Azərbaycan ellərini şimaldan cənuba, şərqdən qərbə gəzib kimdən Səadət Buta haqqında xəbər alsan, deyəcəklər: -Səadət Buta şeriyyətdə Ana şairədir... Ozan sənətini davam etdirən gözəl sənətkar qızlarımızın əhatəsində “Pəri qızlar” verilişində hikmət və sevgi ilə cilalanmış şeirlərlə çıxış edən, hörmət və ehtiramla qarşılanan Ana şairəmiz Səadət xanım həm də Türkiyə Respublikasında yüksək sayğı ilə qəbul olunmuşdur. Bu dediklərim bizə əsas verir ki, deyək: - Səadət Buta Böyük Türk Məkanının Sevimli Şairəsidir! Sevimli şairənin bu yazıda elektron oxucularımıza təqdim etdiyim şeirləri yeni kitabı olan “Ürəyim bal pətəyidir” mənəviyyat dünyasından seçmələrdir. SALAM AZƏRBAYCAN! Üstünə gün doğsun, şəfəq ələnsin, Salam Azərbaycan, sabahın xeyir! Yerin də, göyün də nura bələnsin, Təbrizin, Dərbəndin sənə can deyir, Anam Azərbaycan, sabahın xeyir! El bilir bu yolu necə gəlmişəm, Gündüzlər cəhd edib gecə gəlmişəm... Məkkəsən, qoynuna həccə gəlmişəm, Əllərim Kəbənin daşına dəyir, Anam Azərbaycan, sabahın xeyir! Damlayam, qoynunda ümmana gəlim, Can ver bu canıma, o cana gəlim, İki dünya, yeddi cahana gəlim... SƏNİ BÜTÖV GÖRÜM!- budur diləyim, Anam Azərbaycan, sabahın xeyir! Qoru daşını da yad baxışından, Bir dünya yaransın od naxışından. Buta diləyindən, el alqışından Görüm BAYRAĞINA göylər baş əyir, Anam Azərbaycan, sabahın xeyir! Səadət Xanımın yuxarıdakı misrasını xatırlatmaqla: “Səni bütöv görüm!-budur diləyim” Vətənin hər bir dərdinə kədərlənən, xoş gününə şadlanan olduğunu “Göyçə” şeirində də görürük... GÖYÇƏ Nə ağıma sığır, nə də laylama, Bağrın bağrım kimi paralı, Göyçə! Bizə kim qarğadı, bilə bilmirəm. Düşmüşük biz səndən aralı, Göyçə! Yamaclar gül-çiçək, dərələr dərin, Çayların çağlayan, suların sərin, Bal-qaymaq nemətli gen süfrələrin, Çəkdirmə gəl bizə məlalı, Göyçə! Gözəllik misalı o Gözəldərə, Camışın qaymağı, pendirnən kərə, Salıb kitablara, yazıb dəftərə Ələsgər səndəki bu halı, Göyçə! Göyçə gözəlləri qəmin dustağı, Xatırlar aranı, xatırlar dağı. Əridi, qalmadı qəlblərin yağı, Nədən bəxtin oldu qaralı, Göyçə! Butayam, Vətəndən döymaq olarmı, Səni yağılara qıymaq olarmı!.. Belə gözəl məkan, oymaq olarmı, Qəlbin qəlbim kimi yaralı, Göyçə! Səadət xanımı Ana şairə adlandırmaqda əsaslandığım onun bədii xitablarında, yumşaq misralarında ana nəvazişi, ana müraciətləri duyulur. Bu baxımdan “Fatimə doğulanda” şeirinə nəzər yetirsək, həmin laylalı sözləri aydınlığı ilə görə bilərik. FATİMƏ DOĞULANDA Dünyaya sona gəldi. Fatimə doğulanda. Dağ-daş da cana gəldi, Fatimə doğulanda. Səhralar açdı çiçək, Çiçəklərdən o göyçək. Göylərdən endi mələk Fatimə doğulanda. Günəş səcdəyə endi, Ay da günəşə döndü. Bütün dünya isindi Fatimə doğulanda. Məhəmmədin balası, Həsən, Hüseyn anası, Güldü qadın dünyası Fatimə doğulanda. Cənnətdən bir nar gəldi, Küllü aləm var gəldi, Əliyə nigar gəldi Fatimə doğulanda. Sevimli və ehtiramlı şairəmiz Səadət Butanın Şeiriyyət aləmi zəngin bir mənəviyyat dünyasıdır. Bu kitab-“Ürəyim bal pətəyidir...” adlanması həqiqətən də Ana Şairənin qəlbindən gələn şirin, hikmətli bir qaynamadan yaranmışdır. Mən bu qısa yazımı hikmət anlamlı, poeziyasevər oxucuların dillərindən yazdım. Mən tam əminəm ki, daha geniş, bir-birindən xoş olan münasibətlər şifahi olaraq oxucuların ürəyində düşünüləcək. Niftalı GÖYÇƏLİ - Milli Dirçəliş Hərəkatı partiyası sədrinin Mədəniyyət məsələləri üzrə müşaviri. Geri dön |