Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > 5+1 qrupu ilə İran, nüvə məsələsində siyasi sazişə gəldilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > 5+1 qrupu ilə İran, nüvə məsələsində siyasi sazişə gəldilər

5+1 qrupu ilə İran, nüvə məsələsində siyasi sazişə gəldilər


İsveçrənin Lozan şəhərində 8 gün gərgin danışıqlardan sonra 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) ilə İran, yekun nüvə razılaşması çərçivəsinin təyin edilməsi barədə ilkin siyasi sazişə gəliblər.
İlkin siyasi sazişdən sonra, İranla Qərb iyunun sonuna qədər yekun nüvə razılaşmasının əldə olunması ilə bağlı məsələləri tənzimləməli, problemin ixtilaf mövzusu olan bəzi detallar barədə danışıqları davam etdirməlidir. İlkin siyasi sazişin ardınca Avropa Birliyi və İranın xarici işlər nazirləri Federika Moqerini və Məhəmmədcavad Zərif mətbuat konfransı keçirərək sazişin məzmunu ilə əlaqədar birgə bəyanat yayıblar. Bəyanat iki dildə, ingilis və fars dillərində səsləndirilib.

İlkin siyasi sazişin şərtlərinə əsasən İran, yalnız Nətənz təsisatında nüvəni məhdud şəkildə zənginləşdirə biləcək, Tehranın yaxınlığındakı “Fordu” təsisatının fəaliyyəti tamamilə dayandırılacaq və bu təsisat bir tədqiqat və araşdırma mərkəzinə çevriləcək, Ərakdakı ağır su reaktoru beynəlxalq standartlara uyğun yenidən işlənəcək, İranın qeyri fəal sentrifuqaları tamamilə sıradan çıxarılaracaq, İranın uran ehtiyatı maksimum dərəcədə azaldılacaq və Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri daimi olaraq istədiyi vaxt, ölkənin bütün nüvə təsisatlarına baxış keçirərə biləcək və bir sözlə İranın nüvə sahəsindəki bütün fəaliyyəti agentliyin nəzarətində aparılacaq.

Siyasi sazişin şərtlərinə görə, Tehranın Qərbə verdiyi bütün bu imtiyazların qarşılığında isə, BMT Təhlükəsizlik Şurasının İrana qarşı qəbul etdiyi bütün qətnamələri ləğv ediləcək, Amerika və Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi sanksiyalar ortadan qaldırılacaq.

Geri dön