Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbriz Şəhər Şurasının üzvü: -Təbriz şəhər olanda, Tehran bir kənd idi...
Təbriz Şəhər Şurasının üzvü: -Təbriz şəhər olanda, Tehran bir kənd idi... |
Təbriz Şəhər Şurasının üzvü xəbər agentliklərinin birinə verdiyi müsahibədə çox önəmli məsələlərə toxunub.
Behruz Xamaçı “Anac” xəbər agentliyinə verdiyi müsahibədə qısaca bunları deyib: “Ölkə rəhbərliyi İsfahan və Şiraza diqqət etdikləri qədər Təbrizdən fasilə açıblar. Xarici turistlər İrana gəlirdilər, lakin Turizm Təşkilatı birincilər şəhərini (Təbriz nəzərdə tutulur) onlara göstərmirdi. İsfahanı elə təbrizlilər abadlaşdırıb.Tarixdə var ki, Şah Abbas İsfahana səfər edəndə, orada müxtəlif binalar tikmək üçün özü ilə 500 memar apardı. Tehran və Məşhəd də bir zamanlar kənd idilər, onlar sonra tədricən inkişaf etdilər. Lakin bənzərsiz coğrafi durumuna görə beynəlxalq qovşaq kimi tanınan Təbriz, əvvəldən şəhər adlanıb. Şəhər Şurasının üzvü Təbrizin 4 min illik tarixini xatırladıb və bildirib ki, “Təbriz 19 dəfə zəlzələ və bir çox qanlı müharibələrə məruz qaldığına görə bütün tarixi məkanlarını itirib və ciddi dağıntılarla üz-üzə qalıb”. O, jurnalistin “bir gün Təbrizdən getməli olsanız hara gedərdiniz?!” sualını belə cavablandırıb: “Azərbaycandan çıxmaram. Təbriz olmasa Kəleybər, Şəbistər vəya Azərbaycanın digər şəhərlərinə gedərəm ama ayağımı Azərbaycandan çölə qoymaram.” B.Xamaçı farsların türklərə qarşı kinli münasibəti ilə bağlı verilən suala da özünə məxsus şəkildə cavab verib: “Türkləri qəbul etməmək məsələsində, problem farslardadır. Tehranın qurucusu Azərbaycandır və indi də əksər iş adamları və həkimlərin yarısı azərbaycanlıdır. Biz Tehrana xidmətdən başqa heç nə etməmişik.” O həmçinin “Traxtur” futbol komandasına olan həssaslığı Azərbaycana olan məhəbbətin kiçik bir nümunəsi olduğunu bildirib. Geri dön |