Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Xəzərdə külək parkları inşa edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycan Xəzərdə külək parkları inşa edəcək

Azərbaycan Xəzərdə külək parkları inşa edəcək


Azərbaycan Xəzərdə külək parkları yaratmaq məqsədilə dənizin akvatoriyasının öyrənilməsi işlərinə başlayıb. Bu barədə Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın enerji sistemi qonşu ölkələrin analoji sistemləri ilə sıx əlaqəlidir və bu, elektrik enerjisinin həm ixracı, həm də idxalı üçün imkanlar yaradır: “Elektrik enerjisi sahəsində davamlı inkişaf Azərbaycanın ixrac potensialını artıracaq. Generasiya güclərimizi artıra biləcəyimiz sahələrdən biri də alternativ enerji mənbələridir".

C.Məlikov qeyd edib ki, enerji gücü baxımından Xəzər dənizinin ofşor zonası böyük potensiala malikdir: “Xəzərin ofşor zonasında böyük külək potensialı var. Burada sərəncamımızda olan böyük məkanda külək parkları inşa edə bilərik. Məhz bu məqsədlə Xəzər akvatoriyasının öyrənilməsinə başlanılıb və bu işlər uğurla davam etdirilir”.

Hazırda Azərbaycanın enerji sisteminin gücü 7,2 min meqavat təşkil edir. Alternativ və bərpa olunan enerji mənbələrinin ümumi potensialı isə 12 min meqavatdır.

Geri dön