Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Niftalı Göyçəli- İbrahim və Lilpar dastanı (davamı)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, DAVAMın yazıları > Niftalı Göyçəli- İbrahim və Lilpar dastanı (davamı)

Niftalı Göyçəli- İbrahim və Lilpar dastanı (davamı)


Bayram axşamıydı, odur ki, fürsət,
Şərait yarandı axır, nəhayət.

Sarışın Lilpara dost idi qəlbən,
İbrahimi qardaş, bilirdi güvən.

O dağ gözəliydi, nərgiz oxşarı,
Sünbül, süsən idi sarı saçları.

Sevirdi Qədiri Sarışın gözəl,
Könül vermişdilər eşqə müfəssəl.

Dastan dinləməkçün Sarışıngilə
Toplanmışdı xeyli qız, oğlan, belə.

Dastan danışan da ağbirçək nənə-
Yığmışdı qəlbinə sözdən xəzinə.

Söyləyirdi nənə “Dədə Qorqud”dan,
Oğuzun igidi Basatdan dastan...

Lilparla Sarışın diqqət çəkərək
Əyləşib bir yanda –sanki cüt mələk.

İbrahimlə Qərib sevgi əhvallı,
Baxırdı kənardan iki sevdalı.

Burada ən şirin, ən dadlı olan
Odlu baxış vardaı gözlə qovuşan.

Budur məhəbbətin əzəl istəyi,
Eşqin bulağıdır gözün özəyi...

Keçdi bəli, neçə belə görüşlər,
Qurtardı bayram da, başlandı işlər.

Danışıq vardı ki, payızda ancaq,
İbrahimin o vaxt toyu olacaq...

Bütün sevənlərə xeyir diləyək,
Şər üstün olarsa, taledən küsək.

İzləyək beləcə baş verənləri,
Sonra nələr oldu, nəql edək yəni.

Söylədiyim insanların
Qanlı tarix yaddaşıdır,
Yer üzündə milyonların
Ölümüdür, savaşıdır.

Ötüşdü yaz fəsli, sona çatdı may.
Başlandı günəşli, hərarətli yay.

Gödəldi gecələr, uzandı günlər,
Boy atdı ot, orman, yaşıl sünbüllər.

Saraldı arpanın gövdəsi, dəni,
Çəkildi dağların dumanı, çəni.

Zəhməti şay bilib, peşə seçənlər,
Çıxdılar biçinə biçin biçənlər...

İş-gücün qaynayan, coşqun vaxtında
Qəzəblə əyləşdi fələk taxtında.

Mindirdi Hitleri tamah atına,
Şeytanı da yoldaş göndərdi ona.

Tutdu vropanı qara xaçlılar,
Cahanı almağa cəbhə açdılar...

Beləliklə, qanlı bu böyük hərbə
Qoşuldu “Sovet”lər adlanan ölkə.

Çatdı Göyçəyə də qanlı xəbərlər,
Toplandı kəndlərdən orduya əsgər.

Səfərbər olundu həmin zamanlar,
Getdilər cəbhəyə igid oölanlar.

İbrahim də qoşuldu bu dəstəyə.
Yollandı Tiflisə hərbi bölməyə.

Orada az müddət təlim keçərək
Göndərildi Kerçə bir döyüşçü tək.

Biz də İbrahimdən aldıqca soraq,
Söyləyək olanı olduğu sayaq.

Söyləyək, əlbəttə baş verənləri,
Qulaq eşidəni, göz görənləri.

Əvvəl şadlıq yazdım, bu asan idi,
İndi də dərd yazmaq məqamı gəldi.

Olacaq ələmlər bağrımı sökən,
Neyləmək, bu yükü çəkməliyəm mən.

Həsrətəm Göyçəyə, göynəyir qəlbim,
Onsuz da qəm üstə köklənib təbim!..

Hərdən göz yaşım da axacaq, axsın,
İstəyir başımdan lap şimşək çaxsın!..

Bəli, söhbət edək mərmi, güllədən,
Siz eşidən olun, mən də nəql edən.

Söylədiyim bu eyim də
Məktub sözü, yazılardı:
Güllə, ölüm səngərində
Ümidlərdi, arzulardı.

Dastanın dililə söhbəti quraq,
Vacib fikirlərin üstündə duraq.

Belə nəql eləyək olub-keçəni,
Yüyürək danışaq, söyləyək yəni.

Göyçədən cəbhəyə gedən hər əsgər
Göndərdi bir məktub, soraq, ilk xəbər.

Kimi xəbər verdi Qərb cəbhəsindən,
Kimisi də yazdı- cənubdayam mən...

İbrahim də yazdı üçkünc məktubda:
“Mənim yanımdadır Qədir, Mahmud da.

Kerçdən çəkilmişik Şedoka sarı,
Durub arxamızda Qafqaz dağları.

Səngimir döyüşlər, dayanmır bir an.
Vuruşur inadla o yan, həm bu yan.

Güllə yağışları var buralarda,
Partlayır mərmilər sərt qayalarda.

Atılan topların titrəməsindən
Dağlar kök ötürür daş sinəsindən.

Bombalar dağıdır göy ormanları,
Çökür dərələrə toz dumanları.

Od-alov içində odlanır hər yan,
Axır su yerinə qırmızı-al qan...

Biz də ki -Ya qismət!-hələlik sağıq,
Tanrı verən ömrü yaşamaqdayıq...

Məktubun sonunda yazırdı:-Lilpar,
Məni təhlükədən bir qoruyan var.

Yəqin eşqimizdir o güclü qüvvə,
Onun istisində əriyir güllə”.

Sonra da yazırdı belə bir şeir,
O da “Sarıtelə” çox uyöun gəlir.

İndi də ağ simlər ahəngə varsın.
Ezazlı ünləri ruhları sarsın.

Söyləsin İbrahim deyəni ozan,
Görək nə söyləmiş sevdalı insan:

Yazan yazıb yazımızı,
Bu yollara varan bizik.
Əsən acı, qara yellər
Qənşərində duran bizik.

Mən yad eldə, sən vətəndə,
İntizar var məndə, səndə.
Tanrısına güvənən də
Çətin sevda quran bizik.

İbrahimin Haqq-divana,
Var ümidi Yaradana.
Düşdük çətin imtahana,
Günlər başa vuran bizik.

Oxudu məktubu Lilpar qəm ilə,
Ayələr, dualar gətirdi dilə.

Dedi:-Ulu Tanrı, yalvarıram mən,
Rəhm et İbrahimə, öxün qoru Sən!

Bizə bu sevdanı yazan qələmin
Bir vüsal günü də yazmışdır yəqin.

Ey Tanrım, səndədir yalnız nur-nicat,
İbrahimsiz mənə yoxdur bir həyat!

Onun sevgisidir ömür gülşənim,
Onsuz qara torpaq olsun kəfənim!..

Üz tutub beləcə Lilpar göylərə
Dilədi Tanrıdan dərdinə çarə...

Söyləyək idi də İbrahim görən-
Mərmidən, güllədən, odlu səngərdən.

Ardı var....

Geri dön