Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranlı deputatlar Ərdoğanın İrana səfərinin ləğvi üçün imza toplayırlar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranlı deputatlar Ərdoğanın İrana səfərinin ləğvi üçün imza toplayırlar

İranlı deputatlar Ərdoğanın İrana səfərinin ləğvi üçün imza toplayırlar


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana rəsmi səfərinin tarixi açıqlandıqdan sonra, İran parlamentinin bir qrup mühafizəkar deputatı onun Tehrana səfərinin ləğv olunması üçün imza toplamağa başlayıblar.
İran və Türkiyə xəbər agentliklərinin yaydığı məlumata görə, Ərdoğan və onu müşayiət edən yüksək rütbəli türk heyəti aprelin 7-də İran prezidenti Həsən Ruhaninin rəsmi dəvəti ilə Tehrana səfər edəcək. Ankara və Tehranda mətbuata açıqlanan birgə bəyanatda bildirilir ki, səfər əsnasında Türkiyə prezidenti İranlı həmkarı və İranın dini lideri ayətullah Əli Xamneyi ilə görüşəcək.

İran parlamentinin deputatı Cabbar Kuçəki Nejad aprelin 5-də jurnalistlərə açıqlamasında deyib ki, ölkə parlamentində Ərdoğanın İrana səfərinin ləğv edilməsi tələbi ilə bir məktub hazırlanıb və 50-dən çox deputat həmin məktubu imzalayıb: “Hesab edirik ki, ölkə prezidenti Türkiyə prezidentinin İran ərazisinə girişinin qarşısını almalı, Ərdoğanın özü isə İran xalqını təhqir etdiyinə görə rəsmi şəkildə üzr istəməlidir”.

Martın 26-da jurnalistlərlə görüşən Ərdoğan Yəməndə baş verən olaylardan danışaraq İranın Orta Şərqdə, o sıradan da bölgənin ərəb ölkələrindəki rolundan danışıb: “Bu gün İran bölgədə hegemonluğu ələ keçirməyə çalışır. Buna dözmək olar mı? Bu məsələ, Türkiyəni, Səudiyyə Ərəbistanını və İran körfəzindəki ərəb ölkələrini təngə gətirib. Buna həqiqətən dözmək mümkün deyil və İran bunu bilməlidir. Hesab edirik ki, İran mövqeyini dəyişməli, Yəmən, Suriya və İraqın daxili işlərinə qarışmağı dayandırmalı, bu ölkələrdəki qüvvələrini geri çağırmalı, digər ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır”.

Qeyd edək ki, Ərdoğanın bu bəyanatı bir sıra İran rəsmilərinin qəzəbinə səbəb olub. Son günlərdə isə bəzi iranlı deputatlar və digər rəsmilər Türkiyə prezidentinin bu bəyanatına kəskin etiraz bildirərək, onun İrana səfərinin ləğv olunmasını tələb ediblər.

Geri dön