Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda şagirdlərin təhsildən uzaqlaşmasının əsas səbəbləri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda şagirdlərin təhsildən uzaqlaşmasının əsas səbəbləri

İranda şagirdlərin təhsildən uzaqlaşmasının əsas səbəbləri


Dil məsələsi, təhsil imkanlarının yetərsiz olması və iqtisadi səbəb.


Uzun illərdir İran İslam Cümhuriyyətində şagirdlərin təhsildən uzaqlaşmasının səbəbləri araşdırılır.
Bu barədə “Təvana” saytı bir çox rəsmi şəxsin açıqlamasına istinad edərək maraqlı bir yazı dərc edib. Təhsili tərk edən şagirdlərin sayca ən çoxuna ibtidai məktəblərdə (mədrəsə) rast gəlinsə də, bu barədə dəqiq statistikanın (amar) olmadığı bildirilir. Saytın dərc etdiyi yazıya görə, təhsildən uzaqlaşmağın bir çox səbəbi var, lakin əsas səbəb bunlardan ibarətdir:

İqtisadi səbəb – Ailələrin yoxsul olması və bu cəhətdən övladlarının kiçik yaşında işə cəlb olması onların təhsildən uzaqlaşmasına səbəb olur. Həmçinin təhsil bitdikdən sonra işlə təmin olmaq məsələsi ailələri düşündürür və gələcəkdə onsuzda işsizlik probleminin olacağını düşünən ailələr övladlarını təhsildən uzaqlaşdırır.

Təhsil imkanlarının yetərsiz olması – Bu zəmində bildirilir ki, kənd mühitlərində ya məktəb yoxdur və ya ailələrin yaşadığı yerdən uzaqdadır. Həmçinin ümumiyyətlə təhsil və səhiyyə imkanlarının məhdud olması və məktəb binalarının köhnə olması əlavə problemdir.

Dil məsələsi – Mahmud Əhmədinejad dövründə Təhsil naziri bildirmişdir ki, İranda şagirlərin 70 faizinin özünə məxsus ana dili var. Onların ana dili, 1 il məktəbdə təhsil aldıqdan sonra hələ də fars dilinə çevrilmir. Onlar məsələn Tehranda oxuyan şagirdlərlə necə rəqabət apara bilərlər?!”

Marağa orta məktəblərinin müəllimi Məcid Pejuhfam da Ana dildə tədrisi təhsil səviyyəsinin düşməməsi üçün qaçılmaz olduğunu bildirib. O bildirib ki, “təəssüflə bu barədə çıxış yolu axtaran müəllimə qarşı “etnik həssaslığı” məsələsi var. Elə bu məsələyə görə, Azərbaycan, Kürdistan və Ərəb bölgələrində çoxlu həmkarlarımız həbs olunub.” Şirzad Əbdullahi də bu problemin inkaredilməz olduğunu bildirib: “Azərbaycan və Kürdistan kimi yerlərdə təhsil səviyyəsinin aşağı olması və şagirdlərin təhsildən uzaqlaşması hallarına ən çox ibtidai məktəblərdə rast gəlinir. Ona görəki, uşaqlar uşaq bağçasına gedə bilmir və fars dilini öyrənmək onlar üçün çətindir.”

Geri dön