Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Netanyahu: Razılıq dünyanın ən terrorçu ölkəsinə nüvə infrastrukturu bəxş edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Netanyahu: Razılıq dünyanın ən terrorçu ölkəsinə nüvə infrastrukturu bəxş edir

Netanyahu: Razılıq dünyanın ən terrorçu ölkəsinə nüvə infrastrukturu bəxş edir


İsrailin baş naziri İranla əldə edilən razılığı tənqid edib. Benyamin Netanyahu deyib ki, razılıq dünyanın ən terrorçu ölkəsinə nüvə infrastrukturu bəxş edir.

Davam.az xəbər verir ki, NBC tele-kanalına müsahibə verən İsrail lideri bildirib ki, Tehrana qarşı sanksiyalar olmasa idi, İran terror maşınına milyardlarla pul xərcləməklə Yaxın Şərqi fəth edərdi.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Qərbin nüvə sazişindən çıxdığı təqdirdə Tehranın nüvə fəaliyyətlərini eyni şəkildə davam etdirəcəyini deyib.

Zərif İrana qarşı bütün iqtisadi və maddi sanksiyaların ləğv edilməli olduğunu vurğulayıb.

Amerika prezidenti bildirib ki, biz tərəfdaşlarımız və müttəfiqlərimizlə bərabər İranla tarixi bir anlaşma əldə etmişik.

“Bu, İranı nüvə silahı istehsalından çəkindirəcək, ölkəmiz, müttəfiqlərimiz və bütün dünyanı təhlükəsiz yerə çevirəcək bir anlaşmadır”-deyə Barak Obama həftəlik müraciətində qeyd edib.

Prezident deyib ki, razılıq gərgin bir diplomatiyanın nəticəsidir. O, sənəddə İranın nüvə proqramının məhdudlaşdırılması və nüvə silahı əldə edilməsinə yol verilməməsi kimi mühüm fikir ayrılıqlarının həllinin yer aldığını vurğulayıb.

Geri dön