Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Hərb, Güney Azərbaycan-Təbriz > İran ordusu İraqda müsəlmanlara qan uddurur
İran ordusu İraqda müsəlmanlara qan uddurur |
Misli görünməmiş vəhşilik
Tikrit ətrafı bəzi əraziləri İŞİD-in əlindən alan İran İnqilab Keçikçiləri və İraq ordusunun birləşmələri dinc əhali üçün fəlakətə çevrilib. Davam.az Avropa.info-nun Reuters-ə istinadən verdiyi xəbərə gorə bildirir ki, İran və İraq ordusunun əsgərləri bölgənin sünni əhalisini qarət etmək və şiddət tətbiq etməklə məşğul olur. Bölgədə qarətlərin baş alıb getməsini İraq prezidentinin köməkçisi Usamə Nuceyfi təsdiqləyib. İş o yerə çatıb ki, soyğunçuluğu dayandırmaq üçün bölgənin sünni əhalisinə nifrət edən şiə könüllü dəstələri şəhərdən çıxarılır. İraqın baş naziri əl-Abadi İran dəstəkli şiə könüllülərin bölgədən çıxarılması barədə təlimat verib. Ancaq rəsmi İraq ordusunun da dinc əhaliyə qarşı törətdiyi zorakılıq davam edir. Reuters agentliyinin paylaşdığı foto dünya ictimaiyyətini şoka salıb. Fotoda İraq ordusunun formasını geymiş əsgər əli bağlı, dinc sakini yerə yıxaraq, başına yumruqlar endirir. Arxa fonda əli bağlanmış digər əsirin başı isə İraq əsgərinin çəkmələri altına uzadılıb. Geri dön |