Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanlı millət vəkili voleybol müsabiqəsində soydaşlarımıza qarşı polis hücumunu yenidən gündəmə gətirdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Azərbaycanlı millət vəkili voleybol müsabiqəsində soydaşlarımıza qarşı polis hücumunu yenidən gündəmə gətirdi

Azərbaycanlı millət vəkili voleybol müsabiqəsində soydaşlarımıza qarşı polis hücumunu yenidən gündəmə gətirdi


Martın 18-də Tehranın azadı stadionunda bu şəhərin “Peykan” komandası ilə Urmiyənin “Şəhrdari” takımı arasında keçirilən voleybol müsabiqəsində “Şəhrdari” komandasının azərbaycanlı tərəfdarları polis qüvvələrinin amansız hücumuna məruz qalıb. Bu hadisənin üstündən bir neçə gün keçsə də, Urmiyənin İran parlamentindəki millət vəkili bu məsələni yenidən gündəmə gətirib.
Nadir Qazipur bazar günü parlamentindəki çıxışında anayasanın 36 və 39-cü əsllərinə istinad edərək voleybol tərəfdarlarına qarşı edilən hücuma görə xəbərdarlıq edib. O bildirib ki, “komanda tərəfdarları iki dəfə döyülüb: Stadiona daxil olarkən və stadionun içində.”
Millət vəkili soydaşlarımızın döyülməsini Voleybol Federasiyası rəisinin ssenarisi olduğunu bildirib: “Hörmətli rəis və millət vəkilləri əgər siz həmin filmi izləsəniz ağlarsınız. Ona görə ki, onlar çox ağır vəziyyətdə döyülüb və al-qana boyandılar. Mən cənabınızdan istəyirəm ki, hörmətli Daxili İşlər Naziri və İdman nazirini bu barədə izah vermək üçün çağırasınız.”
N.Qazipur Əli Mütəhhəriyə xitabən deyib ki, “sizin qaynınız Şirazda döyüldü və bu məsələ araşdırıldı, lakin urmiyəli gənclər döyüldü ama kimsə bunu eşitmir?!”
O sözlərinin sonunda parlament sədrindən istəyib ki, azərbaycanlılar və Urmiyə ilə Təbriz komandalarının haqqını İdman Federasiyasından tələb etsinlər.
Parlament sədri Əli Laricani isə buna cavab olaraq deyib: “Əgər siz də döyülsəniz biz burada sizi müdafiə edərik. Lakin bu məsələ ilə bağlı Daxili İşlər naziri və İdman nazirindən məsələni araşdırıb və raport vermələrini istəyirəm.”
Xatırladaq ki, sözü gedən müsabiqədə polis qüvvələrinin amansız hücumu nəticəsində bir neçə soydaşımız ağır yaralandı. Bu hadisə Güney Azərbaycan mətbuatı və ölkə gündəminə bomba kimi düşdü və bütün azərbaycanlılarla yanaşı yerli məsulların da kəskin etirazına səbəb oldu. Şahidlər bildirir ki, azərbaycanlı voleybol tamaşaçıları dinc şəkildə milli və demokratik hüquqların tələbi ilə bağlı şüar səsləbdirməkdən başqa heç bir qanunsuz hərəkət etməyiblər. Tamaşaçıların polis tərəfindən vəhşicəsinə döyülüb və yaralanmasının səbəbi hələ də bəlli deyil, lakin yerli azərbaycanlı məsullar bu məsələnin araşdırılıcağına söz veriblər.

Geri dön