Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda dolların bahalaşması, avronun isə ucuzlaşması davam edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycanda dolların bahalaşması, avronun isə ucuzlaşması davam edir

Azərbaycanda dolların bahalaşması, avronun isə ucuzlaşması davam edir


Bu gün aprelin 7-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi möhkəmlənib.

Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 8-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0021 manat və ya 0,2% bahalaşaraq 1,0517 manat səviyyəsində qərarlaşıb.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0083 manat və ya 0,72% ucuzlaşaraq 1,1399 manat olub.

Geri dön