Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Qeyri-ənənəvi əmtəə nişanlarının mühafizəsi- mövzusunda seminar keçirilir
Qeyri-ənənəvi əmtəə nişanlarının mühafizəsi- mövzusunda seminar keçirilir |
Bakıda “Qeyri-ənənəvi əmtəə nişanlarının mühafizəsi. Cari vəziyyət və problemlər” mövzusunda regional seminar keçirilir.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) birgə təşkilatçılığı ilə Bakı şəhərində “Qeyri-ənənəvi əmtəə nişanlarının mühafizəsi. Cari vəziyyət və problemlər” mövzusunda 2 günlük regional seminar öz işinə başlayıb. Seminarda çıxış edən Komitənin Aparat rəhbəri Elçin Quliyev ölkəmizdə son illərdə xüsusi ilə fərqlənən iqtisadi inkişaf templəri, yerli sənayenin və ticarətin dinamik inkişafı nəticəsində əqli mülkiyyətin iqtisadiyyatdakı rolunun artdığını bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət iqtisadi effektivliyə malik, müasir texnologiyalara və insan kapitalına əsaslanan iqtisadiyyatın daha da surətlə bərqərar olmasına xidmət edir: "Əmtəə nişanlarının bir əqli mülkiyyət obyekti kimi sağlam rəqabəti və ticarətin inkişafını şərtləndirən asas amildir. Müasir dövrdə artıq əmtəə nişanlarının növlərində də yeniliklərin ortaya çıxıb. Belə ki, dünya bazarında artıq qoxu, səs (melodiya), multimedia və sairə yeni xüsusiyyətlərə malik əmtəə nişanlarının istifadəsi halları məlumdur. Bu tendensiya öz növbəsində yeni növ əmtəə nişanları üzərində hüquqların qorunması mexanizmlərinin yaradılmasını, bu sahədə çalışan mütəxəssislərin hazırlığının təmin olunmasını şərtləndirir". ÜƏMT-nin Keçid və inkişaf etmiş ölkələr şöbəsinin Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri bölməsinin müdiri xanım Saule Tlevlessova qeyd edib ki, Azərbaycan 1995-ci ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatına üzvdür və əqli mülkiyyət hüquqlarının təminatına xidmət edən bir çox saziş və müqavilələrə qoşulub. Bu müddət ərzində ÜƏMT ilə əməkdaşlıq çərçivəsində bir sıra mühüm layihələr həyata keçirilib: "Azərbaycan bu layihələrin hər zaman uğurlu icraçısı kimi yadda qalıb. ÜƏMT-nin Azərbaycanla qurulmuş əməkdaşlıq əlaqələrinin bundan sonra da davam edəcəyinə, yeni layihələrin həyata keçiriəcəyinə əminəm. Biz Azərbaycana Əqli mülkiyyət üzrə Milli Strategiyanın hazırlanmasına da kömək etməyə hazırıq". Sonra seminar mövzular üzrə davam etdirilib. ÜƏMT-nin Brendlər və dizaynlar sektorunun bölmə müdiri Marta Parra Fridli “Əmtəə nişanlarının mühafizəsi: Daima genişlənən dünya. Qeyri-ənənəvi əmtəə nişanları sahəsində iddia sənədlərinə dair ayrıca prinsiplərin yaradılmasına ehtiyac varmı?”, Hollandiyanın “Akzo Nobel N.V” təşkilatının əqli mülkiyyət üzrə baş məsləhətçisi Diana Verstiq “Qeyri-ənənəvi əmtəə nişanların ekspertizası. Əmtəə nişanları prinsiplərinin tətbiq olunması: Fərqlilik, nişanların mövcudluğu, digər əqli mülkiyyət hüquqları ilə mümkün ziddiyyətlər” mövzularında məruzələr ediblər. Seminarda qeyri-ənənəvi əmtəə nişanları, bu sahədə iddia sənədlərinə dair ayrıca prinsiplərin yaradılması, qeyri-ənənəvi əmtəə nişanlarının ekspertizası, onların mühafizəsi üzrə ən son problemlər, bu sahədə Avropa və ABŞ təcrübəsi, qeyri-ənənəvi əmtəə nişanlarının təmsil olunması üçün yeni qaydaların yaradılması, həmçinin qeyri-ənənəvi əmtəə nişanları üzrə iddia sənədlərinə Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstanda münasibət və s. bu kimi məsələlərin müzakirəsi də nəzərdə tutulub. Seminar sabah da öz işini davam etdirəcək. Geri dön |