Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dünənki Qərbi Azərbaycan tariximizdən və Göyçə ziyalılarından xatirə.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > Dünənki Qərbi Azərbaycan tariximizdən və Göyçə ziyalılarından xatirə.

Dünənki Qərbi Azərbaycan tariximizdən və Göyçə ziyalılarından xatirə.


Gənc şair Qılman İmanla söhbət zamanı Almaz Ülvinin “Göyçə mahalı Kəsəmən” kitabından oxuduğumuz mövzulardan söz açmışdıq. Söhbətdə əsasən Bütün elin hörmət və ehtiramla yad etdiyi Qəşəm Aslanovun həyatı, ictimai fəaliyyəti haqqında xatirələr yad olunurdu. Mən Qəşəm müəllimi ilk dəfə komsomola qəbul olunan zaman Basarkeçər rayon partiya komitəsinin binası qarşısında görmüşəm. Yüsif müəllim Dərə kəndindən olan bir neçə səkkizinci sinif şagirdini komsomola qəbul üçün rayona aparmışdı və mən də onların sırasında idim. Partiya komitəsi binasının qarşısında Yüsif müəllim dalğalı qara saçlarını səliqə ilə arxaya daramış, səliqəli geyimli, qalstuq bağlamış bir nəfərlə çox səmimi görüşdülər və onlar qısa söhbət edərkən Yusif müəllimin “Qəşəm müəllim,-deyə” müraciətindən bildim ki, qəzetdə yazılarını rəğbətlə oxuduğumuz, şəkilini gördüyümüz Qəşəm müəllim bu şəxsdir...Həmin vaxtda 1964-cü ildə artıq Qəşəm müəllim Basarkeçər rayon partiya komitəsində katib işləyirdi. Onun baxışlarında nə isə, bir doğmalıq, insanlara məhəbbət, ziyalı qayğılı yanaşma hiss olunurdu. Bütünlükdə aurasında sanki bir nur qaynayırdı. Qəşəm müəllim Yusif müəllimlə söhbət edərkən bizə də nəzərlərini yönəldirdi...- Yusif müəllim bu şagirdlərin dərs göstəriciləri necədir? Yusif müəllim gülərək dedi:-ikisi yaxşı oxuyur, ikisi də belə də...Qəşəm müəllim gülümsər nəzərlərlə bizə baxıb:- Çalışmaq lazımdır, yaxşı oxumaq lazımdır. Komsomolçular həmişə qabaqcıllar olmalıdır...
Dünənki Qərbi Azərbaycan tariximizdən və  Göyçə ziyalılarından xatirə.

İllər keçdi, 22 yanvar 1985-ci ildə Qax rayon mədəniyyət evində işlədiyim dövrdə Bakıya Yunus Rzayevin qəbuluna gəlmişdim və ondan partiya sıralarına qəbul üçün mənə kömək etməsini xahiş etmək istəyirdim. Qəbul otağında otuz-otuz beş yaşlı bir oğlan qəbul siyahısında mənim də adımı yazdı və Yunis Rzayevin otağına girib haradasa 20 dəqiqədən sonra çıxdı. Saat on bir radələri idi, mənə baxıb dedi: -siz gedin, axşam saat 7-də gəlin, nazir sizi o vaxt qəbul edəcək. Fikirləşdim ki, saat 7-də adam qəbul etməzlər, qəbul saatı 17-00 qurtarır, yəqin bu başdansovdu bir münasibətdir. Elə bayıra çıxmaq istəyirdim ki, oğlan: -Mütləq gəlin, nazir sizin adanızı oxuyanda dedi ki, Aşıq Xanbutanın oğlusuz, sizi tanıyır... Bu sözdən sonra tam ürəkləndim və hökmən gəlməyə qərar verdim. Axşam saat 18-00 artıq qəbul otağında idim. Nəhayət, qəbula gələnlər qəbul olunub qurtardı, sonuncu adam mən qaldım və saat 19-30-da Yunis Rzayevin qəbul otağına daxil oldum. Salamımı alıb oturmağıma işarə etdi. Onsuz da gec idi və vaxtı uzatmamaq üçün qısa şəkildə bildirdim ki, partiyaya qəbul oluna bilmirəm, iki dəfə büradan sənədlərimi geri qaytarıblar ki, ali təhsillilər növbəsində gözləməliyəm. Məqsədim: partiya sıralarına qəbul olunub sonra ali partiya məktəbini oxuyub inkişaf etməkdir. İndi mənim də ümid bəslədiyim bir qohum kimi sizsiz (Babam Yusiflə Rzayevin atası Qəhrəman xala oğludurlar). O zaman fəhlə və kolxozçulara nisbətdə iyirmi nəfər kolxozçu, fəhlə sırasında bir nəfər ali təhsilli qəbul olunurdu: o da ki, kimlər “yuxarılardan” tapşırılırdı... Yunis Rzayev məni dinləyib dedi:- Maksim Musayev (Qaxın katibi) indi bir on günlük rayonda olmayacaq, gələndə tapşıraram. Bəlkə, Mehtiabadda bir işə düzəlib işləyəsən, burada mənimlə daha yaxın əlaqə saxlayarsan, Ənvərə (Mehtiabadın PK katibi) deyərəm sənə kömək edər, qəsəbədə müvəqqəti hər-hansı bir işdə işləyərsən, ev də verərlər, sonrasına baxarıq. Dedim:-Qəşəm müəllim sağ olsaydı, o da, mənə kömək edərdi. O,- Həə, Qəşəm sağ olsaydı, işlər daha tez, yaxşı olardı!-deyib dərindən köks ötürdü, üzünü kədər əlamətləri bürüdü. Mən Qəşəm Müəllimin adını çəkməkdə öz daxilimdə peşimançılıq çəkə-çəkə düşündüm: “Axı niyə Qəşəm müəllimi xatırlatdım! Bunların nə qədər yaxın dost olmalarını el-aləm bilir. Bir yandan işim düzəlsin deyə xahişə gəlmişəm, bu biri yandan da kişinin yarasının qaysağını qoparıram!”. Sanki Yunis müəllimə təsəlli verirəm kimi:-Dünyaya bir gün gələn bir gün də gedəcək, amma neyləmək! Qəşəm müəllimin ömürü xalq üçün verilmişdi... O xalqın ömüründən vaxtsız kəsilmiş zaman oldu, Allah rəhmət eləsin! Bir şeir dedim:

.......................................

Gəl qınama Hüseyni sən,

Başım duman, ayağım çən.

Mənə:- Fikir çəkmə!- deyən

Dünya fikir dünyasıdır.



Bu şeir Yunis müəllimi sanki xəyaldan ayırdı və soruşdu:-Bu adını çəkdiyin Hüseyn o Hüseyn Arifdir, onun şeiridir? Dedim:-Bəli!.. Artıq saat ona işləyirdi... Dedim:- Bağışlayın, sizin çox vaxtınızı aldım!.. Mən otaqdan çıxmaq istəyəndə dedi- Birdəflik getmə, arada bir aydan sonra gəl, danış görüm nəticələr necədir. Dedim:- Bəli, hökmən sizə məlumat verəcəm,-deyib bayıra çıxdım...

24 yanvar1985-ci ildə- iki gündən sonra Qax şəhərində el qyğılı, böyük hümanist, insanlara hər zaman xeyirxahlıqla kömək olan, yüksək alicənab ziyalı ürəyinin vaxtsız daynması xəbərini alarkən düşündüm: ”Nə isə, Allah yaxşı insanlara qısa ömür verir! Biz bununla kədərlənsək də, neyləyə bilərik!”

Bu qısa yazımla iki böyük Türk oğullarını, dostluğun kristallarını, zəkalı şəxsiyyətləri: Yunis Rzayev və Qəşəm Aslanovu yad etmək istədim və onlara Allahdan rəhmət dilədim. Həbib Həsənov haqqında da sonra bir yazı yazmaq qərarındayam. O böyük şəxsiyyət də qəlblərdə xeyirxah, el qayğısı çəkən ehtiramla yad olunan Türk oğludur!

Yuxarıdakı foto hələlik heç bir yerdə olmayan tarixi sənəd nümunəsidir.

Niftalı GÖYÇƏLİ - Milli Dirçəliş Hərəkatı
partiyası sədrinin Mədəniyyət məsələləri üzrə müşaviri.

Geri dön