Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Comedy Woman-nin Bakı konserti etirazla qarşılandı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Comedy Woman-nin Bakı konserti etirazla qarşılandı

Comedy Woman-nin Bakı konserti etirazla qarşılandı


Habil Vəliyev: "Düşməninin şəklinin ölkəmizdə fəaliyyət göstərən hansısa kafedən asılması çox utancverici haldır"

Tahir İmanov: "Nəyə görə erməni layihəsi müharibə gedən torpaqda olmalıdır"

Bəhram Bağırzadə: "Onlar aydınlaşdırmalıdır ki, necə olur ermənilər gəlir bura"

Firuz Haşımov: "Bu, erməni təxribatından da dəhşətlidir"

Fazil Mustafa: "Ermənilərin bura gəlişinə imkan verilməməlidir."

İqbal Ağazadə: "Bilərəkdən millətin əsəblərini tarıma çəkə biləcək bir şeylə risk etmək olmaz"

Fəzail Ağamalı: "Ermənistan işğal olunmuş torpaqlardan rədd olub getməyənə qədər onlarla hər hansı bir əməkdaşlığın əleyhinəyəm"

Fərəc Quliyev: "Kimliyindən asılı olmayaraq milli məsələlərə zərbə vuran, millətin heysiyyətinə toxunan bir hərəkətdir"

Akif Nağı:"Bu düşmənin Azərbaycana qarşı törətdiyi, apardığı ideoloji mübarizənin bir hissəsidir"

Bir müddət öncə Bakı şəhəri, Arif Heydərov küçəsi 23-də yerləşən "Montinburg" restoranının lövhəsində yerləşdirilmiş şəklin ətrafında qızğın mübahisə qeydə alınıb. Restorana təşrif buyuran şəxslərdən biri həmin şəkildə Azərbaycan və Türkiyə xalqının qatili, erməni generalı Andraniki tanıyıb. Restoranın ofisiantı şəkildəki şəxsi Andranik yox, Montin kimi təqdim edib. "Bu "Montin" likör zavodunun sahibinin fotoşəkilidir. Buna görə də, onun fotoşəkilini yerləşdirmək qərarına gəlmişik", - deyə, o, bildirib.

Sonra ofisiant restoranın çıxışında daha bir fotonu göstərib. Jurnalistlərin restorana baş çəkməsindən sonra "Montinburg"un administrasiyası öz səhvini anlayıb və artıq erməni terrorçusu və qatili Andranikin təsvirini yığışdırıb. Bu hadisədən sonra mediada 3 may tarixində " Buta Palace"də intellektual yumoristik qadın klubu kimi tanınan "Comedy Woman"in konserti baş tutacağı haqda məlumatlar yayıldı.

İrəli sürülən iddialara görə, sözügedən layihə erməni layihəsidir və erməni millətinə mənsub Artur Canibekyan, Qarik Maertirosyan və digərlərinin rəhbərlik etdiyi qrupa daxildir.

"Gündəlik Bakı" qəzetinin təsisçisi və baş redaktoru, keçmiş döyüşçü, Qarabağ müharibəsinin veteranı Habil Vəliyev bildirdi ki, Azərbaycan torpaqlarının işğal olunmasında və əhalisinin qırğınında Andranikin başçılıq etdiyi dəstənin böyük rolu olmuşdu: "Belə bir xalq düşməninin şəklinin ölkəmizdə fəaliyyət göstərən hansısa kafedən asılması çox utancverici haldır. 20 ildən artıq torpaqlarımızı işğal altında saxlayan, yurd-yuvasından didərgin düşməsinə səbəb olan qatilin şəklini həmin məkandan asılması doğru hal deyil. Mən bu halı pisləyirəm. Biz müharibə veteranları olaraq Azərbaycanda erməniləri görmək istəmirik. Onlar kimdir ki, gəlib burada konsert versinlər. Biz bəyan etdik ki, Avropa Oyunlarına gələn erməni idmançılarına qarşı deyilik. Bu oyunlar beynəlxalq bir tədbirdir. Amma gəlib burda konsert verib, hələ üstəlik pul qazanıb, Qarabağdakı separatçılara yardım etmələrinə qəti etiraz edirik. Bu işi kim təşkil edənlər, elə Bakıdakı kafelərin birinin üstünə Andranikin şəklini vuranlardır. Gör nə qədər harınlayıb əl-qol açıblar ki, Bakıda kafeyə Andranikin şəklini vurublar. Bütün bunlar araşdırılmalı, bu şəkli asanları, ora girib-çıxanları, erməniləri Bakıya konsertə dəvət edənləri ciddi yoxlamaq lazımdır. Görək bunlar kimlərdir. Ermənilər qaniçən bir millətdir. Onlar heç vaxt bizimlə səmimi olmayıblar. 3 yaşından mən onları tanıyıram. Onlar həmişə bizə düşmən gözü ilə baxıblar. Ona görə də bunlarla daim mübarizə aparıram. Bu işləri görənlər erməni Knarikin oğlu Əmirxan kimilərdir. Erməni Knarik oğluna öz atasının adını qoyub, Azərbaycanda qalmasını təmin edib. İndidə bizim üstümüzə gəlirlər. Mən bir müharibə veteranı kimi, bir azərbaycanlı kimi Əmirxan kimiləri ilə axıra qədər mübarizə aparacam. Bizi məhkəməyə verən Knarikin oğlunu görün kim müdafiə edir. Yasamal rayon məhkəməsinin hakimi Aytən Mirzəzadəyə deyirəm ki, bu adam ermənidir, bizim düşməndir. O isə deyir ki, bundan sənə nə. Az qalır ki, erməni südünü əmənə vəkillik etsin. Amma mən bu yoldan geri dönən deyiləm. Onu görə vuruşmamışıq ki, erməni gəlib Bakıda kafe, restoran açsın, nə bilim konsert versin. Qoy bilsinlər ki, bura gələn ermənilərin qulağını Andranikin qulağı kimi edəcəyik. Andranikin bir qulağını kəsmişdilərsə, biz onların hər iki qulağını kəsəcəyik.

Andraniki sevənlər kimlərdir ki, bu işlərlə məşğul olurlar. Kafe açırlar, restoran açırlar. Bir azdan sonra adına yəqin ki, küçə də açacaqlar. Belə şeylər etmək bizim milli mentalitetimizə çox ziddir. Bir müharibə veteranı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş şəxslər kimi istərdik ki, qaldırdığımız bütün məsələlərə qarşı həmişə ən yüksək səviyyədə münasibət bildirilisin. Çünki Azərbaycan adlı məmləkətin sahibi bizlərik".

"Planeta Parni iz Baku" teatrının rəhbəri, Rusiyanın "Comedy Woman" truppasının Bakıda keçirilməsi planlaşdırılan konsertini şərh edən Tahir İmanov bildirib ki, mən əvvəlcədən demək istəyirəm ki, bu layihədə iştirak edən qızlara qarşı heç bir şey demək istəmirəm, onlar mənim həmkarlarımdır.

Mənim və bizim "Parni iz Baku" teatrının kollektivinin qarşı olduğu "Comedy Woman" erməni layihəsidir, ona ermənilər rəhbərlik edir. Problem ondadır ki, bu konsertə sərf edilən bütün pullar, rəhbərliyin - ermənilərin cibinə axacaq.

Tahir İmanovun sözlərinə görə, "Comedy Woman" erməni millətinə mənsub Artur Canibekyan, Qarik Maertirosyan və s. rəhbərlik etdiyi qrupa daxildir: "Mən artıq bildirdim ki, onlar ermənidirlər və burada artıq məntiqlə düşünmək lazımdır. Sadə məntiq budur. Burada pullar qazanılır, sonra Ermənistana göndərilir, bu pullara isə azərbaycanlı əsgərlərə atılacaq güllələr alınacaq. Xaricdə pul qazanan hər bir erməni istədi-istəmədi vətənə pul göndərir. Mən başqa şeyi soruşmaq istərdim, bizə təzyiq göstərən, "bunu göstərməyin, polisi göstərməyin, vergiləri göstərməyin" və s. deyən məmurlar hardadır? Qoy Bakıya erməni truppasını gətirənlərə təzyiq göstərsinlər. Onlar niyə yatırlar? İndi niyə heç kim heç nə demir? Bu brend erməni brendidir. Niyə heç bir məmur fikir söyləmədi? Heç məmur kimi lazım deyil, vətəndaş kimi qoy sözünü desin, vətəndaş mövqeyini göstərsin. Parodiya etməyi, tənqid etməyi qadağan etməyə başlayırlar. Amma söhbət dövlət əhəmiyyətli məsələdən gedəndə onlar susurlar. Niyə susurlar? Nəyə görə erməni layihəsi müharibə gedən torpaqda olmalıdır?"

Məşhur komediya ustası Bəhram Bağırzadə bildirib ki, bu işlə aidiyyəti qurumlar maraqlanmalıdır: "Bu, komediya məsələsi deyil, xüsusi orqanların işidir. Onlar aydınlaşdırmalıdır ki, necə olur ermənilər gəlir bura? Bu sualı bunun erməni layihəsi olduğunu bilə-bilə onları bura gətirən o şirkətə vermək lazımdı. Onların Bakıya gəlməsinə kim icazə verib? Necə olub ki, bu qrupa şərait yaradılıb? Teatr kimi əlbəttə ki, onlar əladır. "Comedy Woman" çox gözəl layihədir. Sağ əlləri bizim başımıza ki, biz də nə vaxtsa bir yerimizi qaldırıb, elə bir layihə yaradaq".

Məsələyə münasibət bildirən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı qeyd etdi ki, qrupun hansı xəttlə gəldiyini, kimin dəvət etməsi barədə xəbərim yoxdur: "Hesab edirəm ki, hüquq-mühafizə orqanları bu məsələni araşdırmalı və nə məqsədlə gəlirlər, hansı niyyətlə gəlirlər aydınlaşdırılmalıdır. Andranikin şəklinin hansısa kafedən çıxması çox böyük biabırçılıqdır. Azərbaycan xalqının qanına susayan, on minlərlə insanı qətlə yetirən, onlarla kəndi yerlə-yeksan edən və bütün türkün, eyni zamanda Azərbaycan türklərinin qanını içməyə hər zaman hazır olan və bunu edən bir faşistin, yaramazın, qatilin şəklinin Bakıdakı hər hansı bir kafedən çıxması çox böyük bir biabırçılıqdır. Araşdırmaq lazımdır ki, bu nə kafedir, bu kafenin yiyəsi kimdir, onu bu kafeyə kim gətirib, hansı niyyətlə gətirib, məqsədi nədir və ona hər hansısa bir güzəşt olunmalı deyil. Mən ümumiyyətlə, Ermənistanın Azərbaycana işğalçılıq siyasətinə son qoyulmayana qədər, Ermənistan işğal olunmuş torpaqlardan rədd olub getməyənə qədər onlarla hər hansı bir əməkdaşlığın əleyhinəyəm. Ölkə prezidenti və onun müəyyən etmiş olduğu xətt istisna olmaqla Ermənistanla hər hansısa təmasların əleyhinəyəm. Qeyri -hökumət təşkilatları səviyyəsində mətbuat vasitəsilə və yaxud da hansısa beynəlxalq təşkilatın sülhməramlı ictimai bir hərəkatının xəttilə ora kim qoşulursa, o Azərbaycan xalqının milli maraqlarına xəyanət edən şəxsdir". Millət vəkili Fazil Mustafa belə bir qrupun Bakıya gəlməsinin təxribat olmadığını bildirdi: "Bu təsadüf də ola bilər. İctimai rəydə aşkarlanırsa, buna qarşı tədbirlər görülməlidir. Şəkil götürülməlidir, ermənilərin bura gəlişinə imkan verilməməlidir. Bunu təxribat kimi qiymətləndirmək məncə doğru deyil. Ola bilsin ki, burada anlaşılmazlıq, təsadüf, bilməməzlik var. Hər halda belə bir fakt aşkar olunubsa, tədbir görülsə məsələ öz həllini tapar. Mən məsələnin xüsusi olaraq şişirdilməsinin tərəfdarı deyiləm. Bu məsələyə görə kimisə xüsusi olaraq incitsinlər. Kimsə bir şəkil vurub sonra müəyyən olunub ki, Andranikin şəklidir. Bu artıq təsadüfi bir şeydir. Onu ortadan qaldırmaq olar. Ona görə də bu məsələnin çox da siyasiləşdirilməsinin tərəfdarı deyiləm".

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev bildirdi ki, fotonun kafedən çıxması əlbəttə çox neqativ haldır: "Əgər belə bir konsert də kimsə keçirməyə cəhd edirsə, kimliyindən asılı olmayaraq milli məsələlərə zərbə vuran, millətin heysiyyatına toxunan bir hərəkətdir.
Bilirsiniz ki, müharibə aparılır. Müharibə təkcə silahla aparılmır. İnternet üzərində aparılır, təbliğatla aparılır. Biz belə vəziyyətdə nəzərə almalıyıq ki, ermənilərdən ibarət bir qrup bura konsertə gəlirsə, Ermənistanda bu əhval-ruhiyyə yaranar ki, Azərbaycan tərəfi indiki status-kvo ilə razılaşır, barışmağa hazırdır. Bir az da təzyiqlərdən sonra Qarabağı verə bilər. Ona görə də ən sərt sifətimizi göstərməyi bacarmalıyıq. Kimsə buna xalq diplomatiyası adı qoymaq istəyir. Özünü tolerant göstərmək istəyir. Bütün bunlar yolverilməzdir. Mən müharibə əhval-ruhiyyəsi ilə bağlı olaraq köklənməyə, jurnalistləri də, mədəniyyət işçilərini də, əsgərlərimizi də işğal olunmuş ərazilərimiz azad olunana qədər bu əhval-ruhiyyədə görmək istəyirəm. İki halı da mən qınayıram. Əlaqədar təşkilatların müvafiq ölçü götürməsini həm xahiş, həm də tələb edirəm".


Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə hesab edir ki, bu təsadüfi deyil: "Bilərəkdən millətin, ictimai rəyi və s. əsəblərini tarıma çəkə biləcək bir şeylə risk etmək olmaz. Çox vaxt adamları tanımırlar. Qrupun haradan gəlmələri barədə məlumatım yoxdur".

"Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirlinin sözlərinə görə, Andranikin şəklinin kafelərin birindən çıxması ilə bağlı xəbərdən məlumatım var. Mən hesab edirəm ki, o şəkil orada əvvəldən olubsa, kafe sahibinin günahı yoxdur. Dediyi kimi altından yazılıb ki, Montin. Şəxsən mən də Andranikin şəklini görməmişdim. Orada gördüm. Mən də o kafeyə getsəydim, Andranikin şəklini tanımazdım. Hesab edirəm ki, bu anlaşılmazlıqdır. Ermənilərdən ibarət qrupun burada konsertinə gəlincə, əgər dövlət razıdırsa onların burada konsert verməsinə burada başqa nə ola bilər".

Tarixçi alim, yazıçı-publisist Firuz Haşımov bildirdi, ki dəfələrlə "Gündəlik Bakı" qəzetində respublikada baş verən biabırçılıqlar haqqında yazıb: "Respublikanın bir dənə döşünə döyən ziyalısı, Şumerdən, Atatürkdən, Altay yamaclarından, Dədə Qorquddan gəvəzələyən akademiki, alimi danışmayıb. Danışmağı da heç özlərinə rəva bilməyiblər. Niyə də danışsınlar. Axı bunlar özlərini elə aparırlar ki, sanki bu torpaq bunların dədə-babalarının deyil. Belə biabırçılıqlar çox olub. Fikir verin bizim telekanallarda nə biabırçılıqlar baş verir. Bu erməni təxribatından da dəhşətlidir. Bizim telekanallarda tərbiyəsizlik, əxlaqsızlıq, mənəvi düşüklük baş alıb gedir. Cənnət Səlimova adlı bir rejissor var idi. O Mirzə Cəlilin əsərlərinin üstündə nə oyunlar açmadı. Erməni o qələtləri edərdi, yox. Bir nəfər adam dillənmədi. 23 il ərzində bir rəssam bir əməlisaleh plakat ortaya qoymadı. Bir rəssam bizim qəhrəman əsgərlərimizin igidliyini, şücaətini vəsf edən tablo ortaya qoymadı. Andranikin portretinin çıxması mənə təəccüblü deyil. Orada Montinin adını çəkirlər. O sözü deyənlərə mən demək istəyirəm ki, nadan da sizsiz, cahil də. Axı sizin pyotr Montin haqqında heç bir məlumatınız yoxdur. Vaxtilə Bakı Partiya təşkilatı üçün ora -bura vərəqələr yayan təsadüfi bir heyvərənin adını Andraniklə niyə qarışdırırısınız. Siz camaatı avam sayırsınız? Bu vaxta qədər olan həqarətin fonunda Andranikin portreti nədir ki. Özünüz yaxşı bilirsiniz ki, Bakıda nələr baş verir. Bakının küçələrini gəzin. Bu şəhər ölüm-zülmlə müstəqillik qazanmış əsl Azərbaycan şəhərini xatırladırmı? Yox. Küçələrə baxırsan, elə bilirsən ki, Las Veqasa oxşayır. Bir dənə yerdə Azərbaycan dilində bir lövhə yoxdur. Heç kim də dillənmir. Dilçisi, folkloru, ədəbiyyatçısı niyə dillənmir? Onlar dillənməyəndə düşmən görür ki, bizə nə istəsə edə bilər. Etiraz edən də olmayacaq. Hələ yaxşı ki, Andranikin şəklini çıxarıblar, başqasını yox. Sizin qəzetinizdə yazmışdım ki, illər uzunu Azərbaycanın cavanları 14 nömrə rəqsini oynayırdılar. Heç kəs də fikir vermirdi. "Yanıq kərəmi" oynayan millətin küçələrində Andranikin portretini də asarlar, hətta bildiklərini də edərlər. Bu yaxınlarda bir dənə heyvərə qızı Ermənistana gedən, arvadı erməni olan bir həşərat himnimizə əl qaldıranda bizdən başqa dillənən olmadı".

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirdi ki, düşmən tərəfi vaxtaşırı bu istiqamətdə işləyir: "Erməni millətinə mənsub olan kiminsə gəlib Bakıda konsert verməsi hesab edirəm ki, düşmənin Azərbaycana qarşı apardığı siyasətin müəyyən istiqamətləridir. Bu məsələdə biz ayıq-sayıq olmalıyıq. Ermənilərin bu cəhdlərinin qarşısı alınmalıdır. Bu təsadüfən ortaya çıxmayıb. Ola bilər ki, kafenin yiyəsi bilmir şəkldəki kimdir. Bəlkə də hansısa azərbaycanlının və yaxud da rusun, türkün vasitəsilə şəkili göndəriblər o adama ki, bu guya türk paşasıdır. Bunun şəklin vursanız yaxşı olar. Mən bunların hamısını güman edirəm. O da ola bilər ki, şəkli bilməyərəkdən vurublar ora. Ona görə də ictimaiyyət bu məsələdə ayıq-sayıq olmalıdır. Nəzəri cəlb edən məsələləri gündəmə gətirməlidir. Hökumət strukturları da bununla məşğul olmalıdır. Kafenin başına yığışan bəlkə də onlarla məmur oradan hansısa formada bəhrələnir. Şəkilə də fikir versinlər, soruşsunlar kimin şəklidir. Niyə asmısınız bura? Dövlət orqanları bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Deputat Fazil Mustafa belə bir rəy bildirmişdi ki, bir neçə kafenin qabağından keçəndə görüb ki, mafiya yazılıb. Mafiya dünyada qəbul olunmayan bir quruluşdur. Azərbaycanda bunu kimsə leqallaşdırır. Bundan istifadə edir. Bu nə deməkdir. Ona görə də bu cür hallar var. Bakı Şəhəri İcra hakimiyyəti və digər qurumlar səviyyəsində müəyyən komissiya yaradılmalıdır. Reyd keçirilməlidir. Mənim yadımdadır, Bakıda yay mövsümundə çimərlikdə Azərbaycan bayrağının çimərlik dəsmalı şəklində satışını təşkil etmişdilər. Bu məsələ ilə bağlı hökumət strukturlarına müraciət etdik. Özümüz də iki-üç qrup yaratdıq. Reyd apardılar. Başa saldılar ki, amerikalı öz bayrağından dəsmal düzəldə bilər. Bu Amerikanın mentalitetidir və yaxud Avropanın mentalitetidir. Azərbaycan mentalitetində bayrağı dəsmal kimi istifadə etmək olmaz. Sonra onları yığışdırdılar. Mənim xatirimdədir, şərab istehsal edən zavodlardan birində araq düzəltmişdilər və üzərinə yazmışdılar ki, Za Karabakh yazmışdılar. Özləri də bunu vətənpərvərlik jesti kimi qiymətləndirirdilər. Təsadüfən biz onu tədbirlərin birində gördük. Gülüstan sarayında Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin yubileyində qoymuşdular. Ofisiantı, administratoru çağırdıq və bildirdik ki, bu nə məsələdir, bu nə araqdır. Bunu kim istehsal edib. Həmin məclisdə arağı süfrədən yığışdırdılar. Ondan bir neçə gün sonra bizim nümayəndəliyimiz arağı istehsal edən zavodun rəhbəri ilə danışdı. Çox böyük yalvar-yaxarla dedilər ki, istehsal olunanları imkan verin sataq. Ondan sonra bunu dayandırırıq. Dayandırdılar da. Müəyyən bir ictimai nəzarət, təsir imkanları olmalıdır. Bu işlə dövlət strukturları ciddi məşğul olmalıdırlar. Ona görə də bu elə-belə bir məsələ deyil. Bu düşmənin Azərbaycana qarşı törətdiyi, apardığı ideoloji mübarizənin bir hissəsidir. Cəmiyyət də, dövlət də bu məsələni boş buraxmamalıdır. Ermənilərdən ibarət qrupun Bakıya gəlməsinə gəlincə, mən bilmirəm bunun təşkilatçıları kimdir. Bir neçə dəfə belə hadisə oldu. Biz münasibət bildirmişdik ki, Filip Kirkorovun konserti olmasın. Bununla bağlı aksiyalarımız olmuşdu. Konsert təxirə salındı. Amma bir dəfə gəldilər çox çətin bir şəraitdə keçirdilər getdilər. Bizim üzvlərimiz də Respublika sarayının qarşısında aksiya keçirdilər. Əgər orada erməni barmağı varsa, erməni iştirakçısı varsa, onların gəlib Bakıda konsert verməsi yolverilməzdir. İndidən təşkilatçılara müraciət edirik ki, onu dayandırsınlar. Gəlməsinlər. Əgər gələcəklərsə, çox ciddi qarşıdurma olacaq orada. Cəmiyyətdə də artıq fikir formalaşıb. Bir neçə gün bundan öncə mətbuatda belə bir məlumat getdi ki, ermənilərin iştirakçısı olduğu bir layihə ilə geniş bir beynəlxalq mahnı musabiqəsi keçirilir. Hətta Aygün Kazımova mətbuatda məlumat bildirmişdi ki, o ermənilərin layihəsi olduğuna görə iştirak etməyəcəyəm. Artıq cəmiyyətdə bu mövqelər var. Sadəcə olaraq bir az genişlənməlidir".

Qeyd edək ki, "Comedy Woman"ın rəhbəri olan Nataliya Yeprikyan "Comedy Club Production"ın qrupuna daxildir.

Rusiyanın "Comedy Club"ı 2003-cü ildə yaradılıb. Bura Artur Canibekyan, Artak Qasparyan, Artur Tumasyan, Artaşes Sarkisyan, Qarik Martirosyan və bir çox başqaları daxildir.





Günel MEHDİ

Geri dön