Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fazil Mustafa: -Azərbaycanda İranın yaratdığı onlarla sayt var
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Fazil Mustafa: -Azərbaycanda İranın yaratdığı onlarla sayt var

Fazil Mustafa: -Azərbaycanda İranın yaratdığı onlarla sayt var


“Dini fikirlərimə görə mənə qarşı heç bir təhdid olmayıb. Əgər hər hansı təhdid və təzyiqlə üz-üzə qalarıqsa, buna qarşı mübarizənin də hüquqi qaydaları var”. Davam.az xəbər verir ki, bunu Modern.az-a Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa din mövqeyindən danışarkən deyib.
Dinlə bağlı statuslarına gəlincə, deputat Facebook səhifəsində ayrı-ayrı şəxslərə münasibət bildirib:
“Bayram namazının qılınması ilə bağlı vaxtın təyin olunmasında hamının nəzərə alınmasını istəyirəm. Digər tərəfdən, ağılla bağlı öz fikirlərimi açıqlamışam. Əhli-sünnəni birinci qabağa salmışam. Çox maraqlıdır ki, saytlardan biri buna sırf İran mövqeyindən yanaşaraq, təbliğ edir. Dövlətçiliyimiz üçün çalışdığımıza görə hər hansı bir təhdid və təzyiq bizi durdura bilməz. Biz müstəqil dövlətik. Niyə hansısa dövləti kopyalamalıyıq. İran bizə qonşu dövlətdir. Qonşu dövlət kimi də sayğı göstəririk. İran həm də Ermənistana dəstək verən ölkədir. Biz İran dövlətini təkrarlamamalıyıq. Bizdə öz ölkəsinin marağına xidmət edən Mübariz İbrahimov kimi qəhrəmanımız var. Azərbaycan şiəsi olaraq hansısa dövlətə bağlı deyildir. Sadəcə, gedib vətən uğrunda şəhid oldu. Vətən uğrunda şəhid olacaq, vətən uğrunda mübarizə aparacaq minlərlə Azərbaycan şiəsi var. Biz bunların qəlbinə dəyən söz söyləmirik ki?! Sadəcə olaraq, görürük ki, Azərbaycanda başqa ölkələrin marağına xidmət edən insanlar var. Bunu da başqaları dərhal ümumi bir fraza olaraq götürürlər. Yəni Azərbaycanda yüzlərlə ibadət əhli olan insanlar var. Onlar İrandan təlimat almırlar ki? Amma on minlərlə insan var ki, İrandan təlimat alır. Söhbət bundan gedir. Ona görə də bizə hər hansı bir şəkildə təzyiq olsa da, vətəndaş mövqeyimizi sonuna qədər müdafiə etməyi düşünürük”.
Fazil Mustafa Azərbaycanda bəzi İran meylli saytların olmasına da diqqət çəkib. “Azərbaycanda bəzi saytlar açıq-aşkar İranın maraqlarını təmsil edir. Hətta bəzi saytların İran mövqeyindən çıxış etməsinin qarşısını almaq üçün hüquqi yollarını düşünürəm. Bəlkə müvafiq qurumlara da həmin saytlarla bağlı müraciət etdim. Azərbaycanda İranın yaratdığı onlarla sayt var. Hətta gözləmədiyim bəzi saytlar da tam İranın mövqeyinə xidmət edir. Mən açıqlama verirəm, yerləşdirmir. Amma mənə verilən cavabı dərhal İran adından yerləşdirir. Jurnalistikada belə yanaşmamı olar?! Fikirlərimi yerləşdirmədən niyə başqasının mənə verdiyi cavabı yerləşdirirsən?! Bu, çox ciddi məsələdir. Hətta populyar saytlardan biri bunu edib. Belə olmaz. Azərbaycanın marağını düşünürüksə, başqa dövlətin ölkəmiz üzərində təsirə malik olmasına yol verməməliyik. Söhbət Türkiyəyə bağlılıqdan getmir. Bütün dünya ölkələri necədirsə, biz də o yolla gedək. Niyə hər dəfə İranı yamsılamalıyıq. Burda bundan söhbət gedir. Şeyx Allahşükür Paşazadə ilə də, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində çalışanlarla da normal münasibətim var. Mən kimisə tənqid etmirəm. Sadəcə, yanaşmanın doğru olmadığını söyləyirəm. Dünya müsəlmanları ilə həmrəy olduğumuzu göstərən addımlar atılmalıdır. İranla Azərbaycanın həmrəy olması İran üçün böyük təbliğatdır. İrana bağlı insanlara imkan verib ayın 29-da bayramı qeyd etsin. Azərbaycana bağlı insanlar da 28-i bayramlarını qeyd etsinlər. Nə fərqi var? Hər kəsin hüququnu qorumaq lazımdır. Məsələyə bu baxımdan məsələyə yanaşılıb”.
Qeyd edək ki, deputat Fazil Mustafa şəxsi Facebook səhifəsində bayram namazının Azərbaycan və İranda iyulun 28-də qılınmasına etirazını bildirib. Deputat məsələyə ikinci dəfə daha fərqli münasibət bildirib:
"Ağıl Allahın insana verdiyi ən böyük əmanətdir. Başqa heç bir məxluqa bu verilməyib. Ayələrin çoxusunda da, anlayın, ağlınızı işlədin deyə birbaşa insana tələb qoyulub. İnsanın axirətdə sorğulanmasının əsas səbəbi də bu əmanətlə bağlıdır. Bu əmanəti dağlar, göylər və yer götürməyib, insan cahillikdən götürüb, indi də yalnız insan etdiklərinə görə məsuliyyət daşıyır. Atdan, qoyundan, eşşəkdən , qurbağadan, ilandan belə bir tələb yoxdur. İstər Əhli-Sünnə olsun, istər Əhli-Şiə, kim çıxıb söyləyirsə ki, mən ağlımı özüm işlətmirəm, öz şeyximə, müctəhidimə həvalə etmişəm, həmin zatlar nəyi söyləsə, onu da təqlid edəcəyəm, bu artıq yalnız ağıldan imtina deyil, adamlıqdan imtinadır. Yəni, məsuliyyəti özündən başqasına ötürməkdir. İslam, ağlını insanlıq üçün səmərəli istifadə edənlərin dinidir".
Deputatın bu statusunu bəzi Iranpərəst KİV-lər şiələrə yönəlik kimi qiymətləndirilib.

Geri dön