Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat, DAVAMın yazıları > Fitosanitar nəzarət xidməti: onlar insanların sağlamlığına mənfi təsir edir
Fitosanitar nəzarət xidməti: onlar insanların sağlamlığına mənfi təsir edir |
Şəki rayonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumlarının – rayon bitki mühafizəsi mərkəzlərinin, bitkilərin karantini mətəqələrinin əməkdaşlarının, bələdiyyələrin, icra nümayəndələrinin, torpaq mülkiyyətçilərinin və fermerlərin, ümumilikdə 300 nəfərin iştirakı ilə “Respublika ərazisində Yovşanyarpaqlı ambroziyanın yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədi ilə hazırlanmış məhdudlaşdırıcı və ləğvedici tədbirlər planının icrasına dair II regional müşavirə” keçirilib.
Tədbiri giriş nitqi ilə Şəki rayon İcra Hakimiyyətinin başçısının müavini Firon Əliyev açaraq iştirakçıları salamlayaraq, keçirilən tədbirin bölgə və ümumiyyətlə ölkəmiz üçünəhəmiyyətli olduğunu vurğulayıb. Daha sonara DFNX-nin rəisi Camal Quliyev tədbirin 2015-ci ilin ölkədə “Kənd Təsərrüfatı” ili elan olunması münasibəti ilə təsdiq edilən tədbirlər planına əsasən həyata keçirildiyini, zərərli orqanizmlərə qarşı aparılan mübarizə tədbirlərinin elmi əsaslarla təşkil edilməsininin və kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərdən mühafizəsində inteqrir mübarizə tədbirləri sisteminə keçidin zamanın tələbi olduğunu qeyd edib. Xidmət rəisi onu da qeyd edib ki, Yovşanyarpaqlı ambroziya birillik yazlıq alaq bitkisi olmaqla respublika ərazisində 11 min ha-dan artıq ərazidə yayılmış, bütün mədəni və başqa tarla bitkilərinin əkinlərini, bağları, üzümlükləri, çəmənlikləri, otlaq sahələrini və qoruyucu meşə zolaqlarını zibilləyir. Eyni zamanda ambroziya geniş yayıldığı ərazilərdə kənd təsərrüfatı bitkilərinin və otlaqların məhsuldarlığını azaltmaqla yanaşı, məhsulun keyfiyyətini aşağı salır və insanların sağlamlığına mənfi təsir edir. Tədbirlər planı çərçivəsində 2014-cü ildə alaq otuna qarşı 4830 ha sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Müşavirədə Balakən və Zaqatala rayonlarında Yovşanyarpaqlı ambroziyanın populyasiyasının minimum səviyyəyə endirilməsi, respublika ərazisində növbəti yayılmalarının qarşısının alınması, Qax və Şəki rayonlarında yayılma ocaqlarının tamamilə ləğv edilməsi, kənd təsərrüfatı bitkilərinə və insan sağlamlığına zərərli təsirinin minumuma endirilməsi nəticəsində bitkiçilik məhsullarının istehsalının artırılması, davamlı aqrobiosenozların yaradılması və bölgədə fitosanitar sabitliyin təmin edilməsi qarşıya əsas məqsəd qoyulub. Müşavirədə Yovşanyarpaqlı ambroziyanın monitorinqi və identifikasiyası, aqrotexniki, bioloji, kimyəvi mübarizə üsulları, karantin tədbirləri sistemi və digər aktual məsələlər geniş müzakirə edilmişdir. Bölgədə yovşanyarpaqlı ambroziyaya qarşı kimyəvi mübarizə tədbirlərinə başlanılıb. Tədbirin sonunda müşavirə iştirakçıları və fermerlər göstərilən qayğıya görə Respublika Prezidenti İlham Əliyev cənablarına və Kənd Təsərrüfatı Nazirliyinə öz minətdarlıqlarını bildiriblər. Geri dön |