Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Amerika Çin və Yaponiyanı İranla bağlı razı sala biləcəkmi?
Amerika Çin və Yaponiyanı İranla bağlı razı sala biləcəkmi? |
Amerika Çin və Yaponiyanı İranla bağlı razı sala biləcəkmi?
İrana qarşı təzyiqlər davam edir. ABŞ (Amerika Birləşmiş Ştatları) Asiya ölkələrini İrana qarşı sanksiyalar (təhrim) tətbiq etməyə çağırır. Avropa Birliyi isə İrana qarşı sanksiya mövzusunun müzakirə ediləcəyi xarici işlər nazirlərinin toplantısının bir həftə önə çəkib. Amerika Birləşmiş Ştatları İrana neft embarqosu (təhrim) tətbiq edilməsi üçün Çinə öz maliyyə nazirini göndərib. Nazir Timoti Qeytnənin Pekində baş nazir Ven Ciabao və Çinin digər səlahiyyətli nümayəndələri ilə görüşəcəyi gözlənilir. Çində səfərini başa vurandan sonra ABŞ maliyyə naziri Yaponiyaya səfər etməyi planlaşdırıb. Birləşmiş Ştatlar rəsmi Yaponiyanıda İrana qarşı sanksiyalar tətbiq etməyə razı salmaq niyyətindədir. Lakin Yaponiya analitikləri (təhlilçiləri) Timoti Qaytnənin böyük ehtimalla Pekindən əliboş qayıdacağını bildirirlər. İran neftinin üçdə birini idxal edən Çin də Tehrana qarşı sanksiyaların əleyhinədir. İranı prezident Mahmud Əhmədinecadın səfər etdiyi Latın Amerikası ölkələridə dəstək verir. Venesuelladan sonra Ekvador da İrana qarşı sanksiyaları qəbul etməyəcəyini bəyan edib və bildirib ki hər şeydən əvvəl İranda fəaliyyət göstərən Amerika şirkətləri cəzalandırılmalıdır. Avropa Birliyi xarici işlər nazirlərinin toplantısı isə yanvarın (January) 30-dan yanvarın 23-nə təyin edilib. Bu toplantının gündəmində olan əsas məsələ İrana qarşı sanksiyaların tətbiq edilməsdir. İran, neftinin beşdə birini Avropa Birliyi ölkələrinə ixrac edir. Neft idxal edən digər ölkələr isə qiymətlənrin azaldılması üçün İrana təzyiq göstərirlər. İran realı bir həftə içərisində dollara nisbətdə 20 faiz dəyirini itirib. Geri dön |