Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > İran SMS-lərdə “dollar” sözünə qadağa qoyub
İran SMS-lərdə “dollar” sözünə qadağa qoyub |
İranda mobil telefonla SMS göndərilın mətndə “dollar” sözü olan kimi SMS blok edilir. Bu barədə İranda çıxan “Şərq” qəzeti və digər media orqanları yazır.
"Frans Press" agentliyi bu məlumatları özünün Tehrandakı müxbirinin köməyi ilə dəqiqləşdirmək istəyib. Nəticədə həqiqətən də SMS-də fars dilində “dollar” yazan kimi SMS blok olunub. Ancaq "avro" yazılanda, SMS blok olunmur. Yaranan vəziyyət keçən şənbə günü Amerikanın İrana qarşı yeni sanksiyalar (təhrim) tətbiq etməyi ilə İran rialının məzənnəsinin dollara nisbətdə son 20 ildə ən aşağı həddə düşməsi ilə izah edilir. “Qara bazaar”da 1 ABŞ (Amerika Birləşmiş Ştatları) dolları 18 min riala satılır. Rəsmi məzənnə isə 11 min 500 ətrafındadır. İranın mobil telefon operatorları “dollar” sözünün blok olunması xəbərlərini təkzib edir. MCİ və İrancell bildiriblər ki, onlar “dollar” sözünə filtr qoymayıblar. Ancaq İranda hər dəqiqə valyuta (ərz, pul) məzənnələrini verən Mesghal.ir saytı rialın məzənnəsi düşən kimi bağlandı. Yarı-rəsmi İSNA agentliyinin fikrincə, Mesghal.ir saytının bağlanması Tehranda valyuta dəyişmə məntəqələri qabağında növbələri yalnız çoxaldır. Geri dön |