Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən Gürcüstan vətəndaşı ilə bağlı qərar verildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən Gürcüstan vətəndaşı ilə bağlı qərar verildi

Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən Gürcüstan vətəndaşı ilə bağlı qərar verildi


“Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Azərbaycan Respublikasının “Dövlət Sərhədi haqqında" qanununu pozmuş və buna görə də Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunmuş “arzuolunmaz şəxslər” siyahısına daxil edilmiş Gürcüstan vətəndaşı, yazıçı David Turaşvili adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə məktubla müraciət edib”.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, məktubda D.Turaşvili bu səfərin təsadüfi və qərəzsiz olduğunu, heç bir halda Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmətsizlik xarakteri daşımadığını bildirib: “O, müstəsna hal kimi arzuolunmaz şəxslər siyahısına salınması barəsində qərarın ləğv edilməsini xahiş edib”.

H.Hacıyevin sözlərinə görə, D.Turaşvilinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Geri dön