Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Mazandaranda azərbaycanlı investorlar üçün əlverişli şərait vəd edildi
Mazandaranda azərbaycanlı investorlar üçün əlverişli şərait vəd edildi |
Azərbaycanlı jurnalistlər Mazandaran əyalətinin ticarət, sənaye, mədənlər və kənd təsərrüfatı palatasının rəhbərliyi ilə görüş keçirib.
İran Ticarət Palatasının rəyasət heyətinin rəhbəri Abdullah Mühacir bildirib ki, belə səfərlər əlaqələrin inkişafına müsbət təsir göstərir. “İki ölkə arasında əlaqələrin inkişafında KİV-lərin müstəsna rolu var və onların üzərinə böyük məsuliyyət düşür. Hesab edirəm ki, hər iki ölkənin mətbuat nümayəndələri üzərinə düşən məsuliyyəti dərk edəcək və əlaqələrimizin inkişafına töhfələrini verəcəklər”. A.Mühacir deyib ki, inanıram ki, bu səfərlər davamlı olacaq, təkcə KİV nümayəndələri deyil iş adamları və digər yüksək rütbəli nümayəndələrin də qarşılıqlı səfərləri olacaq. Çünki bizim xalqlarımızı bir-birinə bağlayan çox qədim tarixi bağlar vardır. A.Mühacir bildirib ki, Mazandaran İranın ən münbit, məhsuldar və gözəl təbiətinə malik olan bölgəsidir. “Burada turizm sektorunun müxtəlif sahələri, kənd təssərrüfatı sənayesi, gəmiçilik, balıqçılıq, liman salma, mədən və digər sahələrdə əməkdaşlıq etmək üçün imkanlar mövcuddur” O əlavə edib ki, İran Azərbaycanın özəl sektorunun investorları üçün Mazandarının iqtisadiyyatına sərmayə yatırması üçün hər cür şərait yaratmağa hazırdır. A.Mühacir deyib ki, baxmayaraq ki, biz çox yaxın bölgədə yerləşirik, amma bizim ticari əlaqələrimiz çox zəifdir və qənaətbəxş deyil. “2014-cü ildə Azərbaycandan Mazandaran əyalətinə 3 milyon 650 min dollar həcmində məhsul idxal olunub ki, bunlar əsasən heyvandarlıq məhsullarıdır. Əyalətdən Azərbaycana isə 33 milyon dollar həcmində məhsul ixrac olunub ki, əsasən sement, balıq məhsulları, gül, bitki və sitrus meyvələrdir”. Azərbaycanlı jurnalistlər sonra Mazandaran əyalətinin ən böyük su bəndlərindən olan Şəhid Rəcai su bəndi və Qara Burun nərə balıqların artırılması müəssisəsində olublar. Şəhid Rəcayi su bəndi Sari şəhərinin 45 kilometrliyində yerləşir. Su bəndi Sari şəhərini həm içməli su ilə, həm də kənd təsərrüfatının suvarmasında istifadə olunur. Eyni zamanda, turizm sahəsi baxımından önəmli obyektdir. Bu il novruz bayramında 200 mindən artıq yerli turist bu bəndə baxış keçirib. Geri dön |