Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Polis hücumuna məruz qalan urmiyəli voleybol tərəfdarlarının hüquqları üçün FIVB-yə müraciət oluna bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Polis hücumuna məruz qalan urmiyəli voleybol tərəfdarlarının hüquqları üçün FIVB-yə müraciət oluna bilər

Polis hücumuna məruz qalan urmiyəli voleybol tərəfdarlarının hüquqları üçün FIVB-yə müraciət oluna bilər


Xəbər verdiyimiz kimi, martın 18-də Tehranın azadı stadionunda bu şəhərin “Peykan” komandası ilə Urmiyənin “Şəhrdari” takımı arasında keçirilən voleybol müsabiqəsində “Şəhrdari” komandasının azərbaycanlı tərəfdarları polis qüvvələrinin amansız hücumuna məruz qalıb. Hadisə nəticəsində bir çox soydaşımız ağır yaralanıb.
Polis qüvvələrinin müəmmalı hücumunun səbəbi hələ də bəlli olmayıb. Lakin azərbaycanlı yerli vəzifəli şəxslər, voleybol klubunun məsulları və xüsusi ilə də Urmiyənin İran parlamentindəki millət vəkilləri hadisənin araşdırılmasını və müqəssir şəxslərin cəzalandırılmasını istəyir. Artıq Urmiyənin millət vəkili Nadiq Qazipur bu zəmində parlamentdə Faktaraşdırıcı Komitənin yaradıldığını da bildirib.

Son məlumata görə, “Şəhrdari” komandasının müdir-amili hadisənin hüquq çərçivəsində araşdırılması ilə bağlı yeni məlumat verib. Əhəd Yusifi bildirib ki, “əgər Voleybol Federasyonu və İdman və Gənclər Nazirliyi vasitəsi ilə tərəfdarların hüququ təmin olunmasa, Dünya Voleybol Federasyonuna müraciət olunacaq. Lakin hələlik nəticəni gözləyirik.”

Geri dön