Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda keçirilən böyük tədbirlər zamanı düşmənlərimizin lobbiçilik fəaliyyəti güclənir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Azərbaycanda keçirilən böyük tədbirlər zamanı düşmənlərimizin lobbiçilik fəaliyyəti güclənir

Azərbaycanda keçirilən böyük tədbirlər zamanı düşmənlərimizin lobbiçilik fəaliyyəti güclənir


"Biz dəfələrlə şahidi olmuşuq ki, Azərbaycanda keçirilən böyük tədbirlər zamanı düşmənlərimizin lobbiçilik fəaliyyəti qüvvətlənir. Bunu biz uzağa getmədən, 2012-ci ildə Bakıda keçirilmiş "Eurovision" mahnı müsabiqəsi zamanı da gördük".

Bu barədə Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev Avropa Siyasəti Araşdırmaları Mərkəzinin Bakıda keçiriləcək Birinci Avropa Oyunlarını boykot çağırışına münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, bu cür dairələr Azərbaycanın müsbət imic qazanmasına, reytinqinin yuxarı olmasına əngəl yaratmağa çalışırlar və Avropa qurumlarında olan adamlarını işə salırlar.

Millət vəkili əlavə edib ki, bu əngəli yaratmağa çalışanlar çox deyil: "Bəzən bunlar şişirdilir. Belə təşkilatlarda da bir-iki nəfərin çağırışı, erməni lobbisi tərəfindən ələ alınması gözlənilən məsələdir. Bu da ideoloji, fikir savaşıdır".

F.Quliyev hesab edir ki, Azərbaycan tərəfi bu savaşda kifayət qədər güclüdür: "Belə təhdidlərin qarşısında dayana biləcək gücdəyik. Ona görə də bunu təhlükəli hesab etmirəm".


"İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov da Avropa Siyasəti Araşdırmaları Mərkəzinin mövqeyini qərəzli adlandırıb. Əlavə edib ki, bu cür yanaşmalar rəğmən, Avropa Olimpiya Komitəsi öz açıqlamalarında Bakıda görülən işləri yüksək qiymətləndirib. Birlik sədrinin sözlərinə görə, bütün bu açıqlamara və əldə olunan nailiyyətlərə baxmayaraq, Azərbaycana qarşı olan bəzi istər yerli qruplar, istərsə də xarici dairələr Avropa Oyunlarını bəhanə edərək ölkəmizin ünvanına neqativ fikirlər səsləndirirlər: " Azərbaycanın sosial, siyasi, iqtisadi, sahələrdə əldə etdiyi uğurları hər zaman gözdən salmağa çalışanlar olub. Kimlərinsə Avropa Oyunlarını boykot etməyə çağırışı artıq olduqca mənasız bir prosesdir. Biz istədiyimiz uğurlara hər zaman çatmışıq. Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycan dövlətinin növbəti böyük uğurudur.

Düşünürəm ki, Avropa Oyunlarına görə Azərbaycana qarşı bu cür qərəzli yanaşma qısqanclıqdır. Çünki biz bilirik ki, Azərbaycanı sevməyən, Azərbaycanın inkişafına mane olmağa cəhd edən dövlətlər var. Bu dövlətlərin bizə qarşı münasibəti hər zaman göz qabağında olub. Əslində belə halların olması çox normaldır. Çünki Azərbaycan qısa bir zaman kəsiyində dünyanın diqqətini çəkə biləcək bir çox möhtəşəm layihələrə imza atdı. Nəzərə almaq lazımdır ki, nə qədər acınacaqlı səslənsə də, Azərbaycan daxilində antiazərbaycanlı qüvvələr də mövcuddur. Azərbaycana qarşı dərc olunan yazıda "Azərbaycan hökuməti siyasi məhbusları azadlığa buraxmasa, yüksək rütbəli rəsmilər bu turnirdə iştirakdan çəkinməlidir" deyə başlıq yer alır.

Burada sual yaranır: Siyasi məhbuslar adlandırılan adamların statusuna uyğun gələcək insanlar Avropa ölkələrində belə mövcuddur. Avropa Siyasəti Araşdırmaları Mərkəzinin yarışlarda iştirak edəcək yüksək rütbəli şəxslərlə xüsusi bağlılığı hardan qaynaqlanı ?! Niyə yüksək rütbəli şəxslər qarşılığında bu kimi haqqı çatmayan şəxslər Azərbaycanda kimlərinsə azadlığı haqqında düşünməyə başlayır. Heç təsadüfi deyil bu kimi təşkilatların xarici qüvvələrin maraqlarına xidmət edən azərbaycanlılarla əməkdaşlığı. Bu mərkəz indiyədək beynəlxalq oyunlarla məhbuslar arasında araşdırma aparmağa cəhd edibdirmi, bu çox maraqlıdır?! Ona görə də bütün deyilənlər qərəzli mövqe və Azərbaycan adına böhtandan, şərdən başqa bir şey deyildir"

M.Seyidov xatırladıb ki, bəziləıri öz şəxsi maraqları, yaxud da ölkəmizi göz götürməzlikdən çirkli kampaniyalara əl atırlar: "Biz bu cür insanları çox görmüşük. Amma Azərbaycan qanunvericiliyə qarşı çıxan istənilən şəxs ciddi şəkildə məsuliyyət daşıyır. Əgər biz ittiham olunan kimi söz azadlığına riayət etməsəydik, bu gün Azərbaycan da azad mətbuat rejimindən istifadə edib ölkə daxilində neqativ xəbərlər yayaraq, hökuməti bəzi hallarda günahlandıran kütləvi informasiya vasitələrimiz mövcud olmazdı. Lakin biz bütün bunların hamısını görür və proseslərin tam ortasında söz azadlığını "qoruyanlara" yaxından nəzarət edirik".

M.Seyidov əlavə edib ki, Avropa Oyunlarının Bakıda baş tutması Azərbaycanın dünyaya çıxması, onun daha çox tanınması deməkdir və bizim buna sevinmək, dəstək olmaq əvəzinə qara piar aparmamız heç bir məntiqə sığmır: "Vətəndaş olaraq hər birimizin borcudur ki, ölkəmizə qarşı qərəzli qarayaxma kampaniya aparan istənilən qüvvələrə qarşı etirazımızı bildirək. Bu gün bu möhtəşəm layihəyə Azərbaycanın rəhbərlik etməsi çox sevindirici və tarixi bir haldır. Bizə qarşı açıq şəkildə təxribat törətmək xəyallarına qapılan şəxslər Avropa Oyunlarından sonra növbəti mərhələni səbirsizliklə gözləyəcəklər. Mən əminəm ki, bütün cəhdlərə baxmayaraq, Azərbaycan cənab prezidentin siyasi iradəsi nəticəsində hələ bir çox ilk dəfə keçiriləcək oyunların uğurlu ev sahibi olacaq".

Pərvanə

Geri dön