Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran rəsmisi: Ümrə həcci ilə bağlı səfərlər dayandırılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran rəsmisi: Ümrə həcci ilə bağlı səfərlər dayandırılır

İran rəsmisi: Ümrə həcci ilə bağlı səfərlər dayandırılır


İranın islami irşad və mədəniyyət naziri Əli Cənnəti aprelin 13-də jurnalisrtlərə açıqlamasında ümrə həccinə səfərlərdən və Səudiyyə Ərəbistranında zorlanan 2 yeniyetmə iranlı zəvvarla bağlı vəziyyətdən danışıb.
Əli Cənnəti deyib ki, 2 yeniyetmə zəvvarı zorlayan məmurlar mühakimə edilib cəzalandırılmayana qədər bu ölkəyə edilən uçuşlar və ümrə həcci ilə bağlı bütün səfərlər dayandırılır: “Səudiyyə Ərəbistan rəsmiləri söz veriblər ki, həmin şəxsləri tutub cəzalandıracaqlar. Onlar hətta bu şəxsləri edam ediləcəklərini də vurğulayıblar. Lakin bizə verilən bu vədlərə baxmayaraq indiyə qədər məsələ ilə bağlı heç bir iş görülməyib. Elə buna görə də, İran xalqının heysiyyətinin ləkələnməsi bizi belə bir qərar verməyə məcbur edib.

Ölkənin din alimlərinin çoxu da yaranmış vəziyyətdən narahatdır. Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına səfər edən iranlı zəvvarlara və ruhanilərə qarşı kobud rəftar əvvəllər də olmuşdu. Məhz bu ölkədə iranlı zəvvarlara qarşı edilən hörmətsizlik və təhqiri nəzərə alaraq ümrə həcci ilə əlaqədar səfərlərin dayandırılmasına qərar vermişik”.

İran xarici işlər nazirinin müavini Həsən Qəşqavi aprelin 6-da jurnalistlərə açıqlamasında deyib ki, ümrə həcci üçün Səudiyyə Ərəbistanına gedən 2 iranlı yeniyetmə, bu ölkədə məmurlar tərəfindən zorlanıb: “Ciddə hava limanında məmurlar 2 yeniyetmə zəvvarımızı şübhəli olduqları bəhanəsi ilə başqalarından ayırdıqdan sonra yoxlamaq adı ilə otaqlardan birinə aparıb zorlayıblar”.

Qeyd edək ki, son vaxtlar İranın Yəməndəki müxalif “Husi”lərə açıq-aşkar dəstək verməsi, Səudiyyə Ərəbistanının isə “Husi”lərə qarşı hərbi əməliyyatlara başlaması iki ölkə arasındakı münasibətlərə ciddi zərbə vurub.

Geri dön