Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Artıq yaşayış yeri haqqında arayışları elektron formada ala biləcəyik
Artıq yaşayış yeri haqqında arayışları elektron formada ala biləcəyik |
"Elektron hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən daha 4 elektron arayış portal üzərindən vətəndaşlarımızın istifadəsinə verilib. Bu barədə nazirlikdən məlumat verilib.
İstifadəçilər tərəfindən səbirsizliklə gözlənilən həmin e-arayışlar aşağıdakılardır: - Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış; - Yaşayış yeri haqqında arayış; - FİN-ə görə fərdi məlumatların axtarışı; - Diplom haqqında məlumatlar. Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış - Vətəndaşlar portalda (www.e-gov.az) qeydiyyatdan keçərək bu e-xidmət vasitəsilə rabitə xidmətləri borcu barədə e-arayışı formalaşdıra bilərlər. E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür. Yaşayış yeri haqqında arayış - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, qeydiyyatda olduğu ünvan və doğulduğu yer haqqında arayışı formalaşdıra bilərlər. E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür. FİN-ə görə fərdi məlumatların axtarışı - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, şəxsiyyət vəsiqəsi üzrə məlumatları haqqında e-arayışı formalaşdıra və müvafiq quruma göndərə bilərlər. Arayışın tərkibində aşağıdakı məlumatlar əks olunur: - Soyad, ad, ata adı - FİN - ŞV verilmə tarixi - Etibarlılıq tarixi - Verən orqanın adı - Vətəndaşlıq - Yaşayış ünvanı - Doğum yeri - Doğum tarixi - Boy - Qan qrupu - Ailə vəziyyəti - Hərbi vəzifə - Cins - Göz rəngi Diplom haqqında məlumatlar - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, tərkibində vətəndaşın şəxsiyyət vəsiqəsi və təhsil aldığı müəssisə üzrə informasiyaları özündə birləşdirən e-arayışı formalaşdıra bilir. Bu e-arayışda aşağıdakı məlumatlar əks olunur: - Qəbul olduğu təhsil müəssisəsinin adı - Qəbul olduğu ixtisas - Yerdəyişmə üzrə məlumatlar - Bitirdiyi təhsil müəssisəsinin adı - Bitirdiyi ixtisas - Fakültə - Təhsil pilləsi - Təhsil forması - Təlim dili - TQDK-nın qəbulla bağlı sərəncamının nömrəsi və tarixi - Təhsil müəssisəsinə daxil olduğu il - Təhsil müəssisəsini bitirdiyi il - Diplomun seriya və nömrəsi - Diplomun növü E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür. Sözügedən e-arayışlar portal vasitəsilə avtomatik formalaşdırılır, bunun üçün yalnız portala mövcud autentifikasiya vasitələri ilə daxil olmaq kifayətdir. Qeyd edək ki, e-arayışların həqiqiliyi QR-kod ilə təsdiq edilir, eyni zamanda, portal vasitəsilə İD nömrə üzrə yoxlanılması mümkündür. Geri dön |