Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın tanınmış kinooperatoru Əsgər İsmayılovun 110 illik yubileyi qeyd olunacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, Bildiriş > Azərbaycanın tanınmış kinooperatoru Əsgər İsmayılovun 110 illik yubileyi qeyd olunacaq

Azərbaycanın tanınmış kinooperatoru Əsgər İsmayılovun 110 illik yubileyi qeyd olunacaq


Aprelin 17-də Dövlət Film Fondunda Azərbaycanın tanınmış kinooperatoru Əsgər İsmayılovun 110 illik yubiley tədbiri keçiriləcək.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçiriləcək.

Tədbirdə görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, sənət dostlarının xatirələri dinlənəcək.

Azərbaycanın əməkdar incəsənət xadimi, kinooperator Əsgər Cəfər oğlu İsmayılov 1905-ci ildə Tiflisdə anadan olub, ailəsi Bakıya köçdükdən sonra fəhlə fakültəsini, 1936-cı ildə isə Moskvada UDKİ-nin kinooperatorluq fakültəsini bitirib.

Ə.İsmayılov 1936-1965-ci illlərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işləyib. “Almaz” (İ.Frolovla birgə), “Kəndlilər” (D.Feldmanla birgə), “Səbuhi” (II oper.), “Sovqat” (qısamet.), “Bəxtiyar Kərimov” (qısamet.), “Bir ailə” (oper. qrupu), “Qara Daşlar” (X.Babayevlə), “Kölgələr sürünür”, “Səhər” (II operator), “Əyri-yolla qazanc” (qısamet.), “Qəribə əhvalat” (qısamet.) bədii, “Bakıdan Göygölədək” (1947, ilk rəngli film), “Xəzər neftçiləri” (oper. qrupu), “Arazın sahillərində” (oper. qrupu), “Sən bunu bilməlisən”, “Sabir”, “Sabahın xeyir, Bakı!” sənədli filmlərini çəkib.

Ə.İsmayılov “Bakının işıqları”, “Bəxtiyar” bədii filmlərinin quraşdırma çəkilişlərinin operatoru olub.

Tanınmış kinooperator təqaüdə çıxmazdan əvvəl “Azərbaycanfilm” kinostudiyasında qruplar təşkil edərək, rəngli filmlərin texnologiyasını gənc kino işçilərinə öyrətməklə məşğul olub.

Kinooperator Əsgər İsmayılov 1983-cü il noyabrın 12-də Bakıda vəfat edib.

Geri dön