Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Çanaqqala zəfəri, -soyqırım- böhtanları və bəşər üçün təkrar oxu dərsi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan, DAVAMın yazıları > Çanaqqala zəfəri, -soyqırım- böhtanları və bəşər üçün təkrar oxu dərsi

Çanaqqala zəfəri, -soyqırım- böhtanları və bəşər üçün təkrar oxu dərsi


Azərbaycan xəbərlər xidməti
Rüfət Əhmədzadə-Trend:


Qardaş Türkiyə xalqı çox önəmli bir tarixi hadisənin – Çanaqqala savaşının 100 illiyini qeyd edir. 1915-ci ilin 18 mart tarixindən 1916-cı ilin yanvarına qədər davam edən bu savaşda 500 mindən çox türkün qanıyla zəfər yazıldı.

Hadisə tarixidir, yəni gerçəkdir. 500 min türk kişisi 500 min türk qadının atası, qardaşı, əri, sevimlisi olub. Yüz minlərlə ailə ya başsız qalıb, ya da qurulmamış xəyallara qərq olub. Bu sözlər bədii təxəyyülün məhsulu deyil – danışan tarixdir. Yalanlara, iddialara, böhtanlara tarixdə yer yoxdur. Çanaqqala döyüşlərində minlərlə Azərbaycan türkünün də könüllü iştirak etməsi tarixi faktdır.

Çanaqqala döyüşləri Türkiyə tarixində həm faciədir, həm soyqırımdır, həm də zəfərdir. Lakin türklər dünyada tək-tük millətlərdəndir ki (bəlkə də tək millətdir!), savaşda verdiyi şəhidlərlə qürur duyur, hətta dinc sakinlərin belə məruz qaldığı işgəncələri car çəkməyi sevmir. Türk üçün ah-vay etmək, məzlum obrazı yaratmaq yad anlayışdır. Digər tərəfdən, Çanaqqala döyüşləri türklüyün sınaq meydanıydı. Yeni əsrin məngənəsindən ya qürurla, ya da qürursuz çıxmaq mümkün idi. Türklər qürurla çıxdı. Əzilsə də, vücudu yara-yara olsa da, dişlərini sıxdı və dik durdu.

Bu döyüşdə Böyük Britaniya və Fransa Osmanlı Türkiyəsindən 30-40 dəfə az itki verdi, əvəzində yüz minlərlə ailəni gözüyaşlı qoydu. Lakin ümumi müharibədə (I Dünya Müharibəsində) qaliblər bu dövlətlər oldu, qaliblər isə mühakimə olunmur. Tökülən qanların hesabı soruşulmadı, soruşula da bilməzdi – müharibə idi.

Bu müharibə dünyanın yenidən bölüşdürülməsi uğrunda gedirdi. Dünya tarixinə “Afrika uğrunda didişmə” (“Scramble for Africa”) kimi düşən qarşıdurmalar nisbətən sakitləşmişdi. Afrikada son Osmanlı istehkamı olan Liviya 1911-12-ci illərdə İtaliya tərəfindən işğal olundu (bundan əvvəl XIX əsr boyunca Misir, Sudan, Əlcəzair, Tunis kimi Osmanlı torpaqları İngiltərə və Fransa tərəfindən zəbt olunmuşdu. Zaman-zaman ərəblərin milli qürurundan və müxtəlif təriqətlərdən, qəbilələrdən istifadə edən Qərb ölkələrinin xüsusi xidmətləri onları türklərlə qarşı-qarşıya qoysa da, sonradan İngiltərə və Fransanın Afrikadakı kaloniyalarında minlərlə müsəlmanın repressiyaya, hətta soyqırıma uğruması belə tarixdə danılmaz faktlar kimi qalır. Hətta 1950-ci illərdə Əlcəzairdə yüzminlərlə müsəlmanın qətliama uğraması bu gün iddia kimi yox, tarixin bir səhifəsi kimi yada düşür.

Türkiyə rəhbərliyinin ona təzyiq vasitəsi kimi istifadə olunan “erməni soyqırımı” iddialarına qarşılıq olaraq, Çanaqqala zəfərinin bayramını ön plana çəkməsi bu gün müxtəlif cür yozulur. Guya Türkiyə diqqəti başqa səmtə yayındırır və “həqiqətlər”dən qaçmağa çalışır. Əslində isə Çanaqqala hadisələrinin xatırlanmasından yaxşı tarixə işıq salan, faktların və iddiaların təhlili, müqayisəsi üçün şərait yaradan başqa vasitə yoxdur.

Osmanlı dövlətinin Anadolu və Frakiyada möhkəmlənməsi, İstanbulun 1453-cü ildə fəth olunmasından sonra Qərb dövlətlərinin və Vatikan rəhbərliyinin türklərə, müsəlmanlara münasibətinin XX əsrdəki təzahürü kimi Çanaqqala savaşı ortaya çıxdı. Bu savaş türklərdən ya qalib gəlmək, ya da millət kimi məhv olmağı tələb edirdi. Az da olsa büdrəmək, geri çəkilmək olmazdı.

İstanbulu türklərdən almaq, onu yenidən xristian şəhəri Konstantinopola çevirmək Birinci Dünya Müharibəsinin əsas prioritetlərindən idi. Bu savaşa qədər Rusiya və Britaniyanın köməyi ilə Balkanlarda qurulmuş Yunanıstan və Bolqarıstanın da tez-tez Osmanlı torpaqlarına basqın etməsi, Anadoluda tez-tez yunan və erməni qiyamlarının təşkili, silahlı “Daşnaksütyun” dəstələrinin yaradılması, hətta Ərəbistan yarımadasında terror və qiyamların təşkili də ümumi planın bir hissəsiydi.

Müharibənin başladığı zaman Almaniyanın şərq cəbhəsində Rusiyanı sıxışdırması Rusiya və Fransanı Qara dənizə girməyə sövq etmişdi. Lakin burda “bir güllə ilə iki dovşan” vurmaqdan da söz gedirdi.

Ona görə də, Antanta dövlətləri bütün resursları ilə hərəkətə keçdilər. Plana görə, Osmanlı ordusu boğazları qorumağa çalışarsa, Anadoluda, İraqda, Ərəbistanda, Suriyada qiyamlar və terrorlar törədilməli, Gənc Türklər Hökumətinin diqqəti bir neçə yerə haçalanmalıydı. Nəticədə türklərin bütün hərbi və maliyyə resursları sarsıla, minlərlə insan itkisi qarşısında çıxılmaz vəziyyətə düşə bilərdi. Müəyyən qədər istədiklərinə nail ola bildilər. Amma yüz minlərlə türkün qanı bahasına başa gələn Çanaqqala zəfəri Türkiyənin tamamilə məhv olmasına, dağıdılmasına imkan vermədi.

Baxmayaraq ki, Birinci Dünya Müharibəsindən Osmanlı məğlub dövlət kimi çıxmış, ingilis ordusu 1918-ci ildə İstanbula güllə atmadan sahiblənmişdi... Türklərin qətiyyəti onlara dərs verdi. Açıq-aşkar türklərlə savaşmaqdan çəkinən İngiltərə və Fransa yunanları silahlandırmaqla “Böyük plan”ını (“Şərq məsələsi”) bitirməyə çalışdı. Lakin nəticə məlumdur. Çanaqqalada göz qırpmadan toplara, pulemyotlara sinə gərmiş türk milləti Anadoluda gedən döyüşlərdə də eyni qətiyyəti göstərdi.

Bu döyüşlər tarixə qanla yazılsa da, qızıl səhifə sayılmayılıdır. Və hər kəs, xristian, müsəlman, yəhudi... fərqi yoxdur, dünyanın taleyinə biganə olmayan hər kəs bu səhifəyə nəzər salmalıdır. Təkrar-təkrar, dönə-dönə!.. Ondan sonra bir qədər düşünmək bəs edər.

Geri dön