Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları > Tanınmış fəal Abbas Lisani məhkəmənin ədalətsiz qərarına kəskin etiraz edib
Tanınmış fəal Abbas Lisani məhkəmənin ədalətsiz qərarına kəskin etiraz edib |
Azərbaycanın milli kimliyi və demokratik hüquqları uğrunda apardığı mübarizəyə görə uzun illər məhbus həyatı yaşayan Abba Lisani bu dəfə Ərdəbil inqilab məhkəməsinin 1-ci şöbəsi tərəfindən yenidən 1 il həbs cəzasına məhkum edilib.
Azərbaycanlı milli-mədəni fəal qondarma ittihamlar əsasında çıxarılan ədalətsiz qərara kəskin şəkildə etiraz edib. Fəalın yazdığı etiraz məktubunda qısaca deyilir: “Ərdəbil vilayəti Apelyasiya Məhkəmələrinin (təcdide nəzər məhkəmələri) möhtərən sədri Və bütün azad və oyaq vicdanlara Salam Hər şeydən öncə deməliyəm ki, bundan öncəki dosyelərdə oxşar ittihamlarla üzləşdiyim üçün özümü müdafiə edib və etirazlarda bulunmuşam. Lakin məhkəmələr məsləhətə əsasən istədikləri qərarı çıxarıblar. Bu təcrübəyə görə mənasız sözlərə girməyəcəm və keçmişdəkiləri təkrar yazmayacam. Ötən illərdəki dosyelərimi nəzərdən keçirib bu nəticəyə çatmışam ki, ölkənin məhkəmə sistemi Azərbaycan millətinin məşhur məsəli -dəyirman bildiyin edər, çax-çax başın ağrıdar- deyimini xatırladır. Lakin fərq bundadır ki, dəyirman tərif olunmuş mexanizmə əsasən bəşərin qidası üçün buğda üyüdür, lakin ölkənin məhkəmə sistemi, ən azı mən şahid olduğum qədər öz görəvinin tərsinə əməl edir. Ona görə də, gündən-günə zalim yüksəlir və məzlumun beli daha da bükülür. Bunun əsas nümunələrindən biri elə bu dosyedir. ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurlarının məni yaxalama tərzi, hansıki, bunu məhkəmə hökmü göstərmədən evə daxil olaraq həyata keçirdilər. Yaxalanma məkani (şəxsi ev), özüm olmadan evdə axtarış aparmaq, təxminən 3.5 il istintaq işlərinin uzanması, anayasının 168-ci əslinin ayaq altına alınması, hansıki, həmin əslə əsasən məhkəmə iclaslarının açıq keçirilməsi və iclasda münsiflər heyəti, jurnalistlər və digər şəxslərin iştirakına şərait yaradılmalıdır. Həmçinin mən olmadan məhkəmə iclasının keçirilməsi və s. bütün bunlar hamısı anayasa qanunlarının və həmçinin mənim bir vətəndaş kimi hüquqlarımın pozulması deməkdir. Və bütün bunları nəzərə alaraq mən anayasanın 168-ci əslinin icrasını tələb edirdim və bununla da çıxarılan qərarın qərəzdən mümkün qədər uzaq olmasına çalışırdım. Çıxarılan qərar heç bir etibarlı və qanuni əsasa söykənmir və sadəcə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) tərəfindən verilən raporta (quzarış) əsaslanır. O ETTELAAT ki, uzun illərdir azərbaycanlı milli-mədəni fəalların əleyhinə qərəzli və hədəfli şəkildə müxtəlif dosyelər təşkil edib.” Tanınmış azərbaycanlı fəal məhkəmə qərarının elan oldunduğu məktubda yer alan ittihamların əsassız olduğunu göstərmək məqsədi ilə həmin ittihamları və onlara olan cavablarını dərc edib. Həqiqəti əks etdirməyən iddia və suçlamalar bunlardan ibarət olub: - Sistemin əleyhinə tıbliğ - ...Əsas olan TV-nin (GünAz TV nəzərdə tutulur) bir ünsürü kimi ölkə xaricində yaşayan bölücülər və GünAz TV ilə əlaqə saxlamaq və məcazi (internet) fəza vasitəsi ilə yığıncaq xəbərlərini paylaşmaq, Urmu gölü və s. - Urmu gölünə su çatdırmaqla bağlı təcili layihənin rədd edilməsi ilə əlaqədar olan Bildiriş A.Lisani tərəfindən bölücülərə verilib. - Azərbaycan dövlətinin yaradılması və fars şovinizminin məhv olması ilə bağlı Bildiriş... - “Tarix səhrasına sərab (miraj)” məqaləsinin yazılıb və yayılması, hansıki, sekolar sistemin yaradılmasını lazım görür və cavanların dindən uzaqlaşmasını 30 illik islam hakimiyyəti ilə əlaqələndirir. - Keçmişdəki fəaliyyətlərinə baxdıqda millətçilik, müxtəlif bəhanələrlə əhalini kütləvi etirazlara çağırmaq və s. kimi əməllərə rast gəlinir. - Və s. Tanınmış azərbaycanlı fəal yazdığı etiraz məktubunda yuxarıda qeyd olunan qondarma iddialar və ittihamların bir çoxunu təmami ilə yalan olduğunu bildirir və bunların əsasən ETTELAAT tərəfindən quraşdırıldığını iddia edir və onların bəzilərini isə tutarlı məntiqlə izah edir və bu şəkildə ittihamların qərəzli olduğunu göstərir. A.Lisani etiraz məktubunda xaricdə yaşayan azərbaycanlı milli-mədəni fəallar və özəlliklə GünAz TV ilə əlaqədar iddialara isə geniş yer verib: “Hörmətli hakim (qazı) bunu bilin ki, ETTELAAT tərəfindən hazırlanan və sizin tərəfinizdən elan edilən mətn Azərbaycan millətinin öz haqlarının təmini uğrunda apardığı Hərəkata qarşı qərəzli və ziddiyyətli məlumatlarla doludur. Və onu oxuyan hər bir vicdanlı şəxs mətni tənzimləyən şəxslərin gizli və açıq niyyətlərini duya bilir. Sizin bölücü kimi təqdim etdiyiniz xaricdə yaşayan fəallar –bəzilərinin xarici fəzanın təsiri altına düşüb və Azərbaycan toplumunun həqiqətlərindən uzaqlaşmasını nəzərə almaqla..._ içəridə informasiya mübadiləsinin olmamasından dolayı xaricə üz tutub və orada fəaliyyət göstərirlər. Bəzən isə təhlükəsizlik qüvvələrinin göstərişi ilə fəaliyyət göstərən qüvvələr Milli Hərəkatın xaric qolunu yolundan caydırmağa və kontrol altına almağa çalışır. Ola bilsin ki, bəzi xaricdə yaşayan fəallar Azərbaycan millətinin həqiqətlərindən uzaqlaşıb, radikal mövqe tutub vəya Azərbaycan toplumunun potensialından artıq gözləntiləri var. Və bütün bunlar içəridəki fəallar tərəfindən tənqid olunur və onlara qarşı da çıxışlar olur. Lakin onlar elə bu xalqın oğludur və daxildəki sıxıntılara görə xaricə üz tutub və özlərini sürgün ediblər. Onlar hələ də vətənlərini unutmayıb və onun haqlı səsini çatdırmaq uğrunda bütün güclərindən istifadə edirlər. Onlar Azərbaycan Milli Hərəkatının iki qolundan biri vəya əslində Azərbaycanın azadlıq quşunun iki qanadından biridir. GünAz TV-nin aparıcıları da istisna deyil. Onlar həftə də 1 saatı belə Azərbaycanın xəbərlərini çatdırmaq üçün qənimət bilirlər. Bütün manelərə baxmayaraq Azərbaycanın bu qədər insani qüvvəsi bu vətənin mediasız qalmasına imkan verməyəcək və bu zəmində müxtəlif TV-lər, saytlar, qurumlar olub və olacaqdır. Sizin Azərbaycanın kütləvi informasiya vasitələri ilə bağlı həssaslığınız təəccüb doğurmur. Ona görə ki, daxildə informasiya blokadası yaradıb və hər kəs də bir CD vəya Bildiri yayarsa onu ağır şəkildə cəzalandırırsız. Siz bununla xalqın oyanışından və siyasi maariflənməsindən öz qorxunuzu nümayiş etdirirsiniz. Siz müxtəlif zamanlarda bu kütləvi informasiya vasitələri ilə əlaqə saxlamaq və onlara müsahibə verməyi bir ittiham kimi irəli sürüb və fəalları cəzalandırıbsınız. Bunun isə səbəbi daxildəki milli-mədəni fəalların xariclə irtibatını kəsmək və onları ölkə daxilində sərkub (repressiya) etmək deməkdir. GünAz TV o qədər sizin zehninizi pozub və o qədər sizi məşğul edib ki. Siz mənim haqqımda belə bir söz işlədibsiniz: “Əsas olan TV-nin ünsürü...”. Acaba bu texniki səhvdir yoxsa necə?! Əsas olan TV nə deməkdir?! Əsas olmayan TV-də var?! Azərbaycan Milli Hərəkatı İslam İnqilabından öncəki rejimlərin zülmləri və hazırda vəziyyətin nəticəsində yaranıb və milli ziyalılar sərkublara məruz qalan nəsillə gələcək nəsilin əlaqəsinin kəsilməsinə mane oldular. Azərbaycanın Milli Hərəkatı heç bir xarici qüvvələnin təsiri altında ortalığa çıxıb və formalaşmayıb. ETTELAAT məsullarına bir sual verim: Siz 1390-cı ildə (hicri-şəmsi tarixi ilə) mən iki ay müddətinə saxlandığım zaman, mənim GünAz Televiziyasının müdiri ilə düşməm həddində ixtilafım olduğunu dediniz və nəticə aldınız ki, “mənin bütün fəaliyyətlərimə baxmayaraq ortaq düşmənə yəni GünAz TV-yə qarşı birləşə bilərik. Mən isə sizin bu yüngül istəyinizə sərt reaksiya verdim. Siz o gün getdiz və bir gün sonra yeni bir dosye ilə gəldiniz. Dediniz ki, sənə “Müharib” hökmü çıxara bilərik vəya ən azı 15, 20 il həbs cəzası verərik. Bu təhdidiniz də alınmadı. Sonra dediniz ki, “əxlaqsızlıq” ittihamı ilə üz-üzə qoyub və bu şəkildə səni məhv edərik. Mən bütün bunların cavabını verdim və heç biri işə yarımayınca yeni bir söz dediniz: “Biz səni yüngül vəsiqə qarşılığında sərbəst buraxarıq və sən təklikdə vəya ailənlə birlikdə xaricə gedərsən. Bir müddət keçdikdən sonra bir Televiziya Kanalı açarsan. Bu şəkildə həm ortaq düşmənimizin qarşısında durarsan və həm də milli fəaliyyətini edərsən.” Və dediniz ki, “maliyyə məsələsindən narahat olma. Biz səni həm pul və həm də mütəxəssis kadro ilə təmin edəcəyik.” Siz dediniz ki, “Əhməd Obalını yalnız sən sındıra bilərsən”. Və bu kimi bir çox sözlər söylədiniz. Təklifinizin qarşılığında siz məndən bu cavabları eşitdiniz: “Siz məni həbs edə bilərsiz. Edam da edə bilərsiniz. Hətta mənim və ailəmin abırı ilə də oynaya bilərsiniz. Bunlara dözmək çətindir ama xəyanətdən irəli gələn alçaqlıq və həqarət qədər çətin deyil. Mənim canım və abırımın, Azərbaycan millətinin azadlığının əzəməti qabağında nə dəyəri varki?! Bundan sonra siz qızardınız və öz qəzəbinizi gizlətmək üçün cəhdiniz işə yaramadı. Siz gülləsi hədəfə dəyməyənlər kimi əsəbləşdiniz. Və siz buna layiq idiniz. Siz necə özünüzə cəsarət verdiniz ki, mənə belə bir yüngül təklif vərəsiniz?! Əlbəttə ki, siz məni yaxşı tanımçadığınıza görə belə bir təklifdə bulundunuz. Yenə də məni tanımadığınıza görə, “mənim məntiqi tənqidlərimi filan şəxs vəya qurumla düşmanlıq kimi anladınız”. Halbu ki, Hərəkatın sağlamlığı uğrunda hər bir fəal tənqid edib və tənqid eşitməyi özünə milli vəzifə kimi görür. Ölçü Azərbaycan millətinin milli mənafeidir. Qurumlar, fərdlər, kütləvi informasiya vasitələri o zamana qədər ki, millət tərəfindən təsdiq edilir milli mənafe istiqamətində hərəkət edir, əks halda öz-özünə izolə olacaqlar. İndi bu sual ortalığa çıxır: Sizə birdən-birə nə oldu ki, 180 dərəcə dəyişdiniz və elan etdiyiniz mətndə ortaq düşmənimiz dediyiniz GünAz TV-ni mənim yaxınım kimi qələmə veribsiniz. Geri dön |