Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Daşınmaz əmlak bazarında qiymətlər artıb
Daşınmaz əmlak bazarında qiymətlər artıb |
2015-ci ilin I rübündə Bakının daşınmaz əmlak bazarında qiymətlər dollarla ifadədə 17,92 faiz azalıb, manatla ifadədə isə 9,87 faiz artıb. Bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, mənzil bazarında qiymətlər dollarda 16,38 faiz azalıb, manatda isə 11,94 faiz artıb: "Təkliflərin sayı 8,3 faiz azalıb. Ekspozisiya müddəti ötən illə müqayisədə 14,8 faiz artıb, bununla belə, əvvəlki aya nisbətən 5,3 faiz aşağı düşüb". N.İbrahimov qeyd edib ki, martda mənzil bazarında aktivlik artıb: "Əhali vəsaitlərini daşınmaz əmlaka yatırmağa başlayıb. Məqsəd vəsaitləri gözlənilən inflyasiyadan qorumaqdır. Bakıda mənzilin qiyməti bundan sonra da artacaq, lakin ilin sonuna qiymətin azalmasını gözləmək olar". Daşınmaz əmlakın kirayəsinə gəlincə, ekspert bildirib ki, sözügedən bazar az-çox sabit olaraq qalır: "Manatla ifadədə mənzil kirayəsi təqribən 5 faiz artıb, dollarda isə 21,53 faiz azalıb. Kommersiya obyektlərinin kirayə qiyməti manatda da 11,36 faiz artıb, dollarda isə 16,81 faiz enib". N.İbarhimov əlavə edib ki, kirayə bazarında fəallıq çox aşağıdır: "Ötən ilin eyni dövrü ilə müqayisədə kommersiya obyektlərinin kirayə bazarında aktivlik 25 faiz, mənzil kirayəsi bazarında isə təqribən 4 faiz azalıb". Baş direktorun sözlərinə görə, kommersiya obyektləri bazarında fəallıq da aşağı düşüb, qiymətlər isə manatda 13,56 faiz artıb, dollarda 15,17 faiz azalıb. Bununla belə, torpaq bazarında vəziyyət tamamilə əksinədir. O, qeyd edib ki, ötən ilin sonu və cari ilin əvvəlində torpaq bazarında fəallıq olub, 2015-ci ilin I rübünün yekunu üzrə 1,8 faiz artıb (2014-cü ilin yanvar-mart aylarına nisbətən): Tezliklə bu bazar üçün mövsümi aylar (aprel-iyun) başlayır. Buna görə də gələcəkdə qiymətin və fəallığın artmasını gözləyəcəyik. Hazırda qiymətlər manatda 5,9 faiz artıb, dollarda isə 20,88 faiz azalıb". Geri dön |