Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları > Güney Azərbaycan bu həftə
Güney Azərbaycan bu həftə |
Güney Azərbaycanda və 40 milyon Türkün yaşadığı İran adlanan dövlətdə son həftə baş vermiş ən mühüm hadisələrin xronikası
-Məlum olduğu kimi, Qərblə İranın yekun nüvə razılaşması çərçivəsinin təyin edilməsi barədə ilkin siyasi sazişə gəldiklərini bəyan etdikdən dərhal sonra, bu həftə İranın üzü yenidən döndü və münasibətlər yenidən pisləşməyə başladı. Tərəflər arasında gərginlik bu həftə biraz da artdı. Həftənin əvvəlində İran rəsmisi Əhməd Xatəmi ölkənin Qərblə nüvə müzakirələri ilə bağlı razılaşdığı Lozanna sazişini qaralama adlandırdı. Bunun ardınca ən üst səviyyədə qarşılıqlı ittihamlar qızışmağa başladı. Ultimatum dili ilə verilmiş bəyanatlar isə həftənin sonunda hərbi dilə kecdi. ABŞ ordusunun baş qərargah rəisi general Martin Dempsi yenidən İrana qarşı hərbi seçimin qüvvədə qaldığını bəyan etdi. Bundan əlavə Ağ Ev rəsmisi Caş Ernest İran hökumətinin terrorizmə verdiyi dəstəyin nəzərə alınmasının vacib olduğunu bildirərək, bəyan etdi ki, əgər İran nüvə silahına yiyələnsə onun terrorizmə dəstək verməsi daha təhlükəli vəziyyətə gətirib çıxaracaq. İranın bölgədə yürütdüyü siyasətini nasist Almaniyasının rəftarı ilə müqayisə edən İsrailin baş naziri Netanyahu isə danışıqları tənqid edərək bəyan etdi ki, İranın nüvə silahına yiyələnməsinin qarşısı alınmalıdır. - Bu həftə İranda ümrə həcci ilə bağlı bütün səfərlər dayandırıldı. İranın islami irşad və mədəniyyət naziri Əli Cənnəti jurnalisrtlərə açıqlamasında ümrə həccinə səfərlərdən və Səudiyyə Ərəbistranında zorlanan 2 yeniyetmə iranlı zəvvarla bağlı vəziyyətdən danışıb. Əli Cənnəti deyib ki, 2 yeniyetmə zəvvarı zorlayan məmurlar mühakimə edilib cəzalandırılmayana qədər bu ölkəyə edilən uçuşlar və ümrə həcci ilə bağlı bütün səfərlər dayandırılır. Qeyd edək ki, son vaxtlar İranın Yəməndəki müxalif “Husi”lərə açıq-aşkar dəstək verməsi, Səudiyyə Ərəbistanının isə “Husi”lərə qarşı hərbi əməliyyatlara başlaması iki ölkə arasındakı münasibətlərə ciddi zərbə vurub. - Türkiyədə yaşayan Güney azərbaycanlılar isə bu ölkədə keçiriləcək seçkilərlə bağlı mitinq kecirdilər. Güneydən Türkiyəyə köçən kürəsünni türkləri AKP seçki siyahısında təmsil edilmədiklərinə etiraz edirlər. Məzhəb basqıları səbəbilə ötən 100 ildə İran Azərbaycanından Türkiyəyə köçən Kürəsünni türkləri iyunun 7-də keçiriləcək parlament seçkilərində AKP tərəfindən namizəd göstərilmədikləri üçün Van eli mərkəzində böyük etiraz mitinqi təşkil ediblər. -Bu həftə, GAMAC (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) 25.04.2015 tarixindəTürkiyə paytaxtı Ankarada Ciloluq Soyqırımı ilə bağlı Konfrans keçirəcəyi barədə bəyanat yaydı. “Qərbi Azərbaycanda Ciloluq” mövzusunda keçiriəcək Konfrans 1-ci dünya müharibəsi ərəfəsində (1918-ci il mart ayı) Güney Azərbaycanın Urmiyə və Salmas şəhərlərində radikal ermənilərin həyata keçirdiyi Soyqırım cinayətlərini tanıtdırmaq məqsədi güdür. - Bu həftə İran rəsmisi bəyan etdi ki, kürdlərin Mahabad Telekanalı peykdən yayımlanacaq. Ümumiyyətlə, kürd terror qruplaşmalarının Azərbaycanın qərb bölgəsinin Kürdləşdirilməsi və bu ərazidə ilk növbədə Kürdistan vilayətinin yaradılması ideyası hər zaman İran rejimi tərəfindən yaşıl işıqla qarşılanıb. Bölgənin demoqrafik tərkibini dəyişdirmək, kürdlərin mənəvi hakimiyyətini təmin etmək, iqtisadi baxımdan Azərbaycan türklərini sıxışdırmaq və son zamanlar isə artıq bölgənin Kürdistan vilayəti olmasına hüquqi zəmin yaratmaq uğrunda gizli və ya açıq şəkildə bir sıra proseslər gedir. Görünür ki, proseslərin bugünki mərhələsində Qərbi Azərbaycanın rejim tərəfindən təyin edilmiş valisi öz öhdəliyini yerinə gətirmək niyyətindədir. Qurbanəli Səadət elan edib ki, “Mahabad Telekanalının peykdən yayımlanması üçün lesenziya alınacaq və bu zəmində işlər gedir.” Vurğulamaq lazımdır ki, proqramların peyk vasitəsi ilə yayımlanması ölkə vilayətlərinin mərkəzinə məxsusdur və İranda digər şəhərlər üçün belə bir təcrübə olmayıb. Bu isə gələcəkdə Mahabad mərkəz olmaqla Kürdistan vilayətinin yaradılması uğrunda gedən bir prosesdir və buna zəmin hazırlamaq deməkdir. Bir daha xatırladaq ki, Azərbaycan xalqı, xüsusi ilə də Güney Azərbaycanın qərb bölgəsində yaşayan əhali İran rejimi və kürd terror qruplaşmalarının bu kimi cəhdlərinə uzun illərdir şahid olur. -Azərbaycanın Türk milli-mədəni fəallarından isə, Abbas Lisani 1 il həbs cəzasına məhkum edilib, Əmin Hacilu, Araz Xasse Təraş və İslam ƏliƏkbərli Xoy şəhərinin İnqilab Məhkəməsinə çağırılıb və ittihamları elan olunub, Oxtay Vəlizadənin ailəsi İranın təhlükəsizlik qüvvələrinin davamlı olaraq təzyiqinə məruz qalır, Evin zindanında saxlanılan Əlirza Fərşi isə vəkili ilə görüşə bilmir. -Polis hücumuna məruz qalan urmiyəli voleybol tərəfdarlarının hüquqları üçün isə FIVB-yə müraciət oluna bilər. Məlum olduğu kimi, martın 18-də Tehranın azadı stadionunda bu şəhərin “Peykan” komandası ilə Urmiyənin “Şəhrdari” takımı arasında keçirilən voleybol müsabiqəsində “Şəhrdari” komandasının azərbaycanlı tərəfdarları polis qüvvələrinin amansız hücumuna məruz qalıb. Hadisə nəticəsində bir çox soydaşımız ağır yaralanıb. Polis qüvvələrinin müəmmalı hücumunun səbəbi hələ də bəlli olmayıb. Lakin azərbaycanlı yerli vəzifəli şəxslər, voleybol klubunun məsulları və xüsusi ilə də Urmiyənin İran parlamentindəki millət vəkilləri hadisənin araşdırılmasını və müqəssir şəxslərin cəzalandırılmasını istəyir. Artıq Urmiyənin millət vəkili Nadiq Qazipur bu zəmində parlamentdə Faktaraşdırıcı Komitənin yaradıldığını da bildirib. Son məlumata görə, “Şəhrdari” komandasının müdir-amili hadisənin hüquq çərçivəsində araşdırılması ilə bağlı yeni məlumat verib. Əhəd Yusifi bildirib ki, “əgər Voleybol Federasyonu və İdman və Gənclər Nazirliyi vasitəsi ilə tərəfdarların hüququ təmin olunmasa, Dünya Voleybol Federasyonuna müraciət olunacaq. Lakin hələlik nəticəni gözləyirik.” -Ərdəbildə milli şüarlar səsləndirilib. Yerli sakinlər futbol oyunundan sonra yürüş keçirib. “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Öz dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Yaşasın Azərbaycan” və s. kimi şüarlar səsləndirilib. Bu aprelin 6-da (fərvərdinin 17-də) Ərdəbilin “Şəhrdari” futbol takımı ilə Əhvazın “Fulad” komandası arasında keçirilən müsabiqədən sonra baş verib. Ərdəbilin Təxti stadionunda keçirilən müsabiqədə Azərbaycan komandası qələbə qazanıb. Müsabiqədən sonra mindən çox ərdəbilli soydaşımız Şəriəti meydanına toplaşıb və “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Öz dilində mədrəsə - Olmalıdır hər kəsə” və s. kimi şüarlar səsləndirərək bu şəhərin Sərçeşmə meydanına tərəf hərəkət ediblər. Şəhərdə milli şüarların eşidilməsindən sonra polis qüvvələri dərhal hərəkətə keçib və hadisə yerinə gəlib, lakin əhalinin sık və çox olması səbəbindən yığıncağa müdaxilə edə bilməyiblər. -Bu həftə Urmiyada və Məlikanda müəllimlər etiraz aksiyası keçiriblər. Urmiyadakı aksiyada müəllimlərin bir sıra hüquqlarının təmini ilə bağlı keçirilən aksiya Təhsil Şöbəsinin binası qarşısında baş tutub. Etiraz aksiyası dinc şəkildə keçirilib və Təhsil Şöbəsinin məsulları ilə danışıqda nisbi razılıq əldə edildiyinə görə aksiyaya son qoyulub. Məlikandakı aksiyada isə müəllimlərin məişət şəraiti ilə əlaqədar keçirilən etiraz yığıncağında bir neçə etirazçının mobil telefonu təhlükəsizlik qüvvələri tərəfindən zəbt olunub, lakin qarşıdurma vəya etirazçıların saxlanılması ilə bağlı məlumat yoxdur. Etirazçı müəllimlərdən biri bildirib ki, “xidmətlərlə bağlı qanunun icra edilməməsi -Hansıki, Təhsil sahəsinin əməkdaşları və dövlətin digər işçiləri arasında ayrı-seçkiliyə səbəb olur- bu yığıncağın keçirilməsinin əsas səbəbidir. Etiraz yığıncağında plakatlar da qaldırılıb. Onların üzərində belə yazılıb: “Mən bu gün susuram, ama demədiklərimin hamısını bilirsiniz”. Həmçinin müəllimlər 1394-cü ildə (hicri-şəmsi təqvimi ilə) Təhsil Şöbəsi üçün ayrılan büdcənin məbləğinə də etiraz ediblər. -Bu həftə Güney Azərbaycanda hökm sürən qeyri sabit hava şərati bir çox fəsad və faciələrə səbəb olub. Güclü külək Ərdəbil vilayətini çənginə alıb. Bu səbəbdən Ərdəbil vilayəti, xüsusi ilə də mərkəzi şəhərlərdə bir sıra problemlər yaşanır. Məlumata görə, Meşginşəhrin Meteoroloji idarəsi cümə günü küləyin sürətinin saatda 71 kilometrə çatdığını bildirib. Bunun nəticəsində şəhəri toz-duman bürüyüb və bir neçə ağac qırılıb. Oxşar vəziyyət digər şəhərlərdə də yaşanıb. Ərdəbil, Nir, Nəmin, Germi və Səreyn kimi şəhərləri də güclü külək nəticəsində toz bürüyüb və insanların gündəlik həyatında probləmlər yaranıb. Küləyin sürətinin bəzi məntəqələrdə saatda 90 kilometrə çatdığı qeyd olunub. Təbriz şəhərində isə güclü küləklə birlikdə şiddətli dolu yağıb. Bunun nəticəsində 3 nəfərin öldüyü bildirilir. -Güney Azərbaycanın məşhur mütəfəkkiri Səməd Behrənginin “Balaca Qara Balıq” kitabı Britaniyada tərcümə edildikdən sonra nəşr olunub. Güneyli milli-mədəni fəal Məhbub Əmrahi tərəfindən qələmə alınan “Əli Təbrizlinin dil və ədəbiyyat əsəri üzrə eleşdirel baxış” kitabı isə GünAz TV saytı tərəfindən türk əlifbasından (latin) ərəb əlifbasına çevrilib. Qərbi Azərbaycan Vilayətinin daha iki tarixi məkanı ölkənin milli əsərlər siyahısına daxil edilib. Sayınqalanın (Saindej) tarixi Mahmudabad hamamı və Soyuqbulağın (Mahabad) Suinas kəndinin məscidi milli əsərlər siyahısına alınıb. -Azərbaycanlıların milli birlik rəmzinə çevrilmiş Təbrizin "Traxtur" Futbol Klubu bu həftə İran üzrə futbol klublarının super liqa rəqabətlərinin 26-cı həftəsində keçirilən müsabiqəsində Kərəcin “Saypa” komandasını 2 : 1 hesabı ilə məğlubiyyətə uğratdı. Bu nəticədən sonra “Traxtur” komandası daha 3 imtiyaz (bal) əldə edərək cədvəlin 1-ci yerinə yüksəldi. Hazırladı: Milli Dirçəliş Hərəkatı Partiyasının İdeologiya Şöbəsi 18.04.2015 Geri dön |