Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa Parlamentinin həmin qətnaməsi heç bir hüquqi əhəmiyyət kəsb etməyən ədalətsiz, ikili standartlara söykənən qərardır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Avropa Parlamentinin həmin qətnaməsi heç bir hüquqi əhəmiyyət kəsb etməyən ədalətsiz, ikili standartlara söykənən qərardır

Avropa Parlamentinin həmin qətnaməsi heç bir hüquqi əhəmiyyət kəsb etməyən ədalətsiz, ikili standartlara söykənən qərardır


Avropa Parlamentinin qondarma "Erməni soyqırımı haqqında” haqqında qəbul etdiyi qərəzli qətnamə ilə bağlı “Sosial hüquqların araşdırılması” İctimai Birliyi Avropa Parlamentinin qondarma "erməni soyqırımı" haqqında qəbul etdiyi qətnamə ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir: “Avropa Parlamentinin qondarma "erməni soyqırımı" haqqında qəbul etdiyi qərəzli qətnamədə tarixi həqiqətləri təhrif edən müddəllar ciddi etiraz və təəssüf hissi doğurur. Həmin sənəd bütövlükdə beynəlxalq hüquq normalarına zidd xarekter daşımaqla dünyada formalaşmalaşmış olan demokratik dəyərlərə və ədalətlik prinsiplərinə vurulan zərbədir. Beynəlxalq ictimaiyyət Ermənistanın işğalçılıq siyasətindən, bunun bölgəyə faciə gətirməsindən xəbərdar olaraq 100 il bundan əvvəl baş vermiş və tarixçilərin tədqiqat obyekti olmayan bir ”hadisə" haqqında tamamilə qərəzli olan siyasi qərar verirlər. Avropa Parlamentinin həmin qətnaməsi heç bir hüquqi əhəmiyyət kəsb etməyən ədalətsiz, ikili standartlara söykənən qərardır.
Biz “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin idarə heyəti və üzvləri, Avropa Parlamentinin qondarma "Erməni soyqırımı haqqında” haqqında qəbul etdiyi qərəzli qətnaməyə qəti etiraz bildirir və Avropa parlamentarlarını müsəlman dünyasına qarşı ikili standartlardan əl çəkməyə və beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşmağa çağırırıq”.

Hörmətlə, “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin idarə heyəti adından
Birliyin sədri: prof. Mayis Əliyev

Geri dön