Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xamneyi: Sepah və ordu öz hərbi hazırlığını gündən-günə gücləndirməlidir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Xamneyi: Sepah və ordu öz hərbi hazırlığını gündən-günə gücləndirməlidir

Xamneyi: Sepah və ordu öz hərbi hazırlığını gündən-günə gücləndirməlidir


İranın dini lideri ayətullah Əli Xamneyi aprelin 19-da ordu komandirləri ilə görüşündə çıxış edərək Qərbə, o sıradan da Amerikaya qarşı sərt bəyanatlar səsləndirib.
Xamneyi deyib ki, Qərb, o cümlədən də Amerika rəsmiləri ardıcıl olaraq ölkəni hərbi baxımdan təhdid edir: “Bizi hərbi baxımdan təhdid edir, deyirlər ki, İranın müdafiə gücü zəif olmalıdır. Biz isə deyirik ki, onlar çox qələt eləyir deyirlər ki, İslam Respublikasının müdafiə baxımdan gücü olmamalıdır. Hesab edirəm ki, əgər bizi hətta açıq şəkildə təhdid etməsydilər belə, biz həmişə bunu nəzərə almalı, hərbi baxımdan tam hazır olmalıyıq.

Bizimlə nüvə danışıqları aparan tərəf müqabilin bir müddət susmasından sonra, onların rəsmilərindən biri son vaxtlar yenə də bizə qarşı masa üzərində olan seçimlərdən danışıb.Onlar bir tərəfdən bu tonda bizimlə danışır, digər tərəfdən də deyirlər ki, İran İslam Respublikası müdafiə sahəsindəki inkişafını dayandırmalıdır. Bu isə cəfəngiyyat, əbləhcəsinə bir sözdür. İslam Respublikası heç vaxt əbləhcəsinə səslənən bu kimi bəyanatları qəbul etməyəcək. İran xalqı sübut edib ki, hücuma məruz qoyularsa, tam gücü ilə özünü müdafiə edərək, möhkəm bir yumruq kimi hər bir hücumçunun qarşısında dayanacaq.

Bu gün onlar, saxta nüvə silahı əfsanəsini əllərində bayraq edərək islam respublikasını bir təhdid kimi qələmə verməyə çalışırlar. Biz isə deyirik ki, təhdid biz yox, bölgədə öz müdaxiləsi ilə sabitliyi pozan Amerikanın özüdür. Yəmən isə bunun nümunəsidir. Bu gün Yəməndə insanı kədərləndirib ağladan hadisələr baş verir. Amerika da bu məsələdə zülmkara dəstək verir. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, müdafiə nazirliyindən tutmuş ta “Sepah” və orduya qədər bütün qurumlar hərbi, döyüş təşkilatçılığı, müdafiə və psixoloji baxımdan öz hazırlığını gündən-günə artırıb gücləndirməlidir. Bu isə rəsmi bir göstərişdir”.

ABŞ ordusunun baş qərargah rəisi general Martin Dempsi aprelin 16-da jurnalistlərə açıqlamasında deyib ki, İranın nüvə probleminin həlli üçün aparılan diplomatik səylər nəticə verməsə, hərbi seçim yenidən gündəmə gələcək: “Moskvanın İrana S-300 raketlər sistemi satmasına baxmayaraq Tehranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün hərbi seçim variantı hələ də qüvvədə saxlanılır. Bizim illərdir ki, İrana satılan S-300 raketlərinin hərbi potensialından xəbərimiz var. Elə buna görə də bütün proqram və planlarımızda bu məsələni xüsusi diqqət mərkəzində saxlamışıq.

Amerika İranın nüvə silahına yiyələnməyəcəyinə əmin olmaq üçün problemin diplomatik danışıqlar yolu ilə həll olunmasına çalışır. Lakin aparılan danışıqlar məğlubiyyətə uğrasa, ABŞ prezidenti üçün hərbi seçim olduğu kimi yenə qüvvədə qalır”.

Geri dön