Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: -Türk və islam fəlsəfəsinə söykənən yeni blokun yaradılmasının zamanı çatıb.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: -Türk və islam fəlsəfəsinə söykənən yeni blokun yaradılmasının zamanı çatıb.

Fərəc Quliyev: -Türk və islam fəlsəfəsinə söykənən yeni blokun yaradılmasının zamanı çatıb.


“Türk Birliyi istiqamətində ciddi işlər görülməlidir”

“Avropa Parlamentinin Türkiyəyə münasibətinin kökündə prinsip durur". Bunu SİA-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Avropa Parlamentinin qondarma “erməni soyqırımına” dair çıxardığı qətnaməyə münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, onlar Türkiyəni, türk dünyasını bütöv görmək istəmirlər: "Ermənilərin 4 T düsturunun həyata keçməsini istəyirlər. Məqsəd budur. Son vaxtlar Roma Papasının avantürist çıxışı onu göstərdi ki, onlar nə siyasət, nə də din sahəsində tolerant davranmırlar. Yəni, qərəzli şəkildə, öz siyasi məqsədləri üçün başqa sivilizasiyalara qarşı hər şeydən istifadə edirlər. Ona görə də bu qərarlardan nəticə çıxarıb, öz sivilizasiyamızın ciddi şəkildə toparlanmasını təmin etməliyik. Bunun üçün türk dövlətlərinin birliyi istiqamətində ciddi işlər görülməlidir”.
Məlum hadisələrdən sonra Avropa İttifaqı-Türkiyə münasibətlərinin necə olacağı barədə fikirlərini bölüşən F.Quliyev deyib ki, bütün olanlar münasibətlərə kölgə salacaq: “Avropa evi xristian dəyərlərinə və yunan fəlsəfəsinə söykənir. Hesab edirəm ki, türk və islam fəlsəfəsinə söykənən yeni bir blokun yaradılmasının zamanı çatıb. Avropa ilə Türkiyədən asılı olmayan səbəblərdən soyuqluq yaranırsa, biz müttəfiqsiz qalmamalıyıq və daim Avropaya bizi bu evə buraxın deməli deyilik. Bir vaxtlar Almaniya kansleri açıq şəkildə demişdi ki, Avropa İttifaqı xristian klubudur və Türkiyənin bura qəbul olunmasını istəmirlər. Ona görə də onların verdiyi təkliflərlə oturub-durmağa dəyməz və fərqli davranışı özümüz müəyyənləşdirməliyik”.

Avropa Parlamentinin prezidenti Martin Şultsun Türkiyə baş naziri Əhməd Davudoğluna məsələ ilə əlaqədar zənginə münasibət bildirən millət vəkili bildirib ki, belə təsisatlarda məsələyə hamının münasibəti eyni olmur: “750 deputatın təmsil olunduğu Avropa Parlamentində 48 nəfər yığışaraq Azərbaycan əleyhinə qərar qəbul etmişdi. O vaxt da bildirdim ki, bu Avropa Parlamentinin iradəsi kimi qəbul olunmamalıdır. Amma, prosedura belədir ki, ora bir necə deputat yığılaraq qətnamə qəbul edə bilərlər. Bütün bunların kökündə özümüzün güclü olmağı gərəklidir. Ayrı-ayrı diplomatların manevr etməsinə baxmayaraq, onlar türk toplumuna qarşı qərəzli münasibətlərini davam etdirirlər”.

Elvin Abdulqədirov

Geri dön