Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa Oyunları ilə bağlı Yasamal rayonunda gənclərlə görüş keçirildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik > Avropa Oyunları ilə bağlı Yasamal rayonunda gənclərlə görüş keçirildi

Avropa Oyunları ilə bağlı Yasamal rayonunda gənclərlə görüş keçirildi


Gənclər Fondunun dəstəyi ilə maarifləndirmə kampaniyası davam etdirilir

“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Prezident yanında Gənclər Fondunun dəstəyi ilə “Olimpiya həyəcanının hiss et” layihəsi çərçivəsində Yasamal rayonunda yeləşən Heydər Əliyev Mərkəzində gənclərlə görüş keçirib. Görüşdə Yasamal rayonu ərazisində yerlən ali təhsil ocaqlarının tələbələri iştirak edib. Tədbirdə çıxış edən təşkilatın sədri Samirə Mustafayeva gənclərə Avropa oyunlarının Bakıda keçirilməsiylə bağlı bilgi verib: “Bu il iyun- iyul aylarında Bakıda 1- ci Yay Avropa Oyunları keçiriləcək. Bu, böyük tarixi hadisədir. Çünki ilk dəfədir ki, Avropa Oyunları keçirilir. Baxmayaraq ki, Olimpiya Oyunları Avropa qitəsində yaranıb və ondan sonra Avropa qitəsində də bərpa edilib, ancaq bu günədək Avropa Oyunları keçirilməyib. İlk oyunların Bakıda keçirilməsi, əlbəttə, böyük nailiyyətdir və uğurumuzdur. Bu tarixi qərarın qəbul edilməsində ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynayıb. Son illər ərzində Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən müasir güclü ölkə kimi təqdim edə bilib. Baxmayaraq ki, 21 ildir müstəqil dövlət kimi yaşayırıq, bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş və etibarlı dost kimi tanınır.
Avropa idman ailəsinin bizə göstərdiyi etimadın təməlində, eyni zamanda, idmançılarımızın uğurları da böyük rol oynayıb. Çünki Azərbaycan bu gün dünyada və Avropada idman dövləti kimi tanınır. İdmançılarımızın uğurları həm Avropa, həm dünya çempionatlarında, həm də Olimpiya Oyunlarında özünü göstərir. London Yay Olimpiya Oyunlarında Azərbaycan tarixi qələbə - 10 medal qazanıb və Avropa ölkələri arasında 15-ci yerə layiq görülüb. Əlbəttə, idmançıların uğurlu çıxışları bu oyunların Bakıda keçirilməsinə müsbət təsir göstərib”-, deyə o bildirib.
Təşkilatın üzvü Gülnaz Qənbərli gənclərə Avropa Oyunlarının xronikasıyla bağlı məlumat verib. O bildirib ki, Avropa Olimpiya Komitəsi ilə əldə olunmuş razılığa əsasən, Bakıda keçiriləcək yarışlarda 5 min nəfərədək idmançının iştirakı nəzərdə tutulub. Rəsmi nümayəndə heyətinin sayının təxminən min olması gözlənilir. Tədbirin işıqlandırılması üçün Bakıya 2 min nəfərədək beynəlxalq kütləvi informasiya vasitələri nümayəndələrinin gəlişi gözlənilir. Avropa Olimpiya Komitəsi və Avropa idman federasiyaları ilə ilkin razılaşmaya əsasən I Avropa Oyunlarının proqramına 28 Olimpiya idman növündən minimum 12- si və 2- i Qeyri- Olimpiya idman növü daxil edilməsi gözlənilir. Bu, ümumi qaydalardır: “Yarışlar 17 Olimpiya idman növü üzrə keçiriləcək. Bu idman növləri güləş, həndbol, voleybol, gimnastika, çimərlik voleybolu, boks, cü-do, taekvon-do, badminton, qılıncoynatma, atıcılıq, kamandan oxatma, stolüstü tennis, üzgüçülük, suyatullanma, su polosu və reqbi-7 daxildir”. Daha sonra G. Qənbərli gənclərə Avropa Oyunlarında könüllülk əsasında fayda vermələri üçün tövsiyyələr edib: “ Siz sayta daxil olub qeydiyyatdan keçməklə olimpiada zamanı gələcək peşənizə uygun təcrübə qazana bilərsiniz. Qonaqlara göstrədiyiniz xidmət ölkəmizin gənclərinin yüksək səviyyəli peşə hazırlığını nümayiş etdirməklə yanaşı, həm də təhsil aldığınız lisey və universitetlərin də nüfüzunu artıracaq, ilk Avropa Oyunlarına öz töhfənizi verəcəksiniz. Eyni zamanda müşaiyət etdiyiniz qonaqlara Dağlıq Qarabağ haqda həqiqətləri çatdıracaq, ölkəmizin təbliğatını aparacaqsınız”.
Tədbirin təşkilatçılarından Tofiq Əzizov isə çıxışında qeyd edib ki, I Avropa Oyunlarına hazırlığın ilkin mərhələsində yarışların keçirilmə yerləri müəyyənləşdirilib: “Yarışların Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu, “Baku Crystal Hall”, “Sərhədçi” İdman Kompleksi, Əl Oyunları Sarayı, 8-ci Kilometr stadionu, Güllə atıcılığı stendi və Bakı Ekspo Mərkəzində keçirilməsi nəzərdə tutulur. 2015-ci ilədək Olimpiya Stadionunun, Su İdman Növləri Mərkəzinin və Gimnastika Kompleksinin inşasının bitməsi planlaşdırılır və bu yeni qurulan idman sarayları da oyunlar zamanı istifadə olunacaq. I Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin Bakıda, Böyükşor gölünün yaxınlığında inşa olunan 65 min yerlik Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulub”-,deyə o bildirib.
Daha sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Geri dön