Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > 201 nəfər azərbaycanlı fəal İranda insan haqları fəalı və demokratiya tərəfdarlarına məktubla müraciət edib - Əlirza Fərşinin saxlanılması ilə bağlı
201 nəfər azərbaycanlı fəal İranda insan haqları fəalı və demokratiya tərəfdarlarına məktubla müraciət edib - Əlirza Fərşinin saxlanılması ilə bağlı |
Əlirza Fərşinin ədalətsiz saxlanılması azərbaycanlı fəalların ciddi narahatlığına səbəb olub. Bununla bağlı 201 nəfər azərbaycanlı fəal İranda insan haqları fəalı və demokrasi tərəfdarlarına məktubla müraciət edib.
Məktubda qısaca bildirilir: “Bu gün susqunluq günü deyil, etiraz günüdür. Azərbaycanlı fəal Əlirza Fərşi fevralın 21-dən (1393-cü il isfəndin 2-dən) təcridxanada saxlanılır. O günümüzə qədər 3 dəfə və hər dəfə də Ana dili ilə əlaqədar saxlanılıb. Onun son saxlanılması səbəbi, Dünya Ana Dili Günü mərasiminin keçirilməsi üçün qanuna müraciət etmək və icazə almağa cəhd göstərmək olub. Azərbaycanlı fəalın bu cəhdi təmami ilə şəffaf və açıq şəkildə olub və minlərlə mədəni fəal ona dəstək verib. Lakin İranın təhlükəsizlik qüvvələri ölkə və beynəlxalq qanunları pozaraq fəalı saxlayıb.” Belə bir vəziyyətdə İranın insan haqları fəalları və demokrasi tərəfdarlarının səssiz qalması biraz da narahatlığı artırıb. Biz hökumətin İranda türk ünsürünü qəbul etmədiyi üçün üzümüzü sizə tutub və sizə müraciət edirik. Keçmiş iki ildə Ana dili ilə bağlı 100-dən çox və son 10 ildə minlərlə fəal saxlanılıb. Biz, İranda insan haqları fəalları və demokrasi tərəfdarlarının diqqətinə çatdırırıq ki, bu gün susmaq günü deyil, bu gün etiraz günmüdür.” Biz bu məktubu imzalayan şəxslər kimi, sizin bu vəziyyətə səssiz qalmanızı apartaydın xeyirinə və insan haqlarının ziddinə bir sükut kimi qiymətləndiririk. Və bildiririk ki, bu vəziyyət davam edərsə, sizin bu sükutunuz Azərbaycan miqyasında işıqlandırılacaq.” Bir daha xatırladaq ki, sözü gedən məktub 201 nəfər azərbaycanlı fəal tərəfindən imzalanıb. Geri dön |