Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nadir Qazipur: -Urmu gölünün suyu artmayıb, bu barədə yalan məlumat yaymayın...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Nadir Qazipur: -Urmu gölünün suyu artmayıb, bu barədə yalan məlumat yaymayın...

Nadir Qazipur: -Urmu gölünün suyu artmayıb, bu barədə yalan məlumat yaymayın...


Güney Azərbaycanın İran parlamentindəki millət vəkili növbəti dəfə Urmu gölü böhranı və Tehranda voleybol müsabiqəsində soydaşlarımızın döyülməsi məsələsinə toxunub.
Nadir Qazipur bildirib ki, Urmu gölünü canlandırma mərkəzinin işi ancaq əlavə xərc yaratmaqdan ibarət olub.

Millət vəkili bazar günü parlamentdəki çıxışında deyib:

“Urmu gölündə su tarazlığı keçən ildə olan səthdədir, o nəyinki 50 santimer heç 1 santimetr belə artmayıb. Nə üçün bu barədə əhaliyə yalan məlumat verirsiniz?! Urmu gölünü qurtarmaq bəhanəsi ilə Qərbi Azərbaycanda bəndlərin tikilməsini dayandırdınız, lakin ölkənin digər vilayətlərində (ostan) bəndlər tikdiniz, bu Qərbi Azərbaycana zülm deyilmi?!”

N.Qazipur sözlərini belə davam etdirib: “Cənab prezident Urmiyənin xüsusi iqtisadi bölgə olması nə zaman elan olunacaq?!... . Martın 18-də (isfəndin 27-də) bir qrup urmiyəli voleybol tərəfdarı Tehranda döyüldü, mən bu barədə Daxili İşlər nazirinə sual ünvanladım. Bu məsələni parlamentdə də qaldırdım. İdman (vərziş) və Gənclər nazirinə də eyni sualı ünvanladım. Və qərara alındı ki, bu utancverici hadisə ilə bağlı bir heyət araşdırmaya başlasın.” Millət vəkili öz çıxışında növbəti dəfə vurğulayıb ki, mən lazım olsa ömrümün sonuna qədər bu məsələni təqib edəcəm, ona görə ki, zalım voileybol federasyonu cəzalandırılmalıdır.”

N.Qazipur Həsən Ruhaniyə xitabən deyib ki, cənab prezident qanuna əsasən maksimum aylıq maaş, minimum maaşdan 7 dəfədən çox olmamalıdır. Sizin nazirləriniz necə? Onlar minimum maaşın 7 dəfə çoxunu alır, yoxsa 30 dəfə çoxunu?! Nə üçün dövlət şirkətlərinin bəzi müdirləri minimum maaşdan 100 dəfədən də çox maaş alır?!”

Cəmiyyətin zəif təbəqəsi ilə zəngin təbəqəsi arasında müqayisə aparan millət vəkili sözlərinin sonunda işçilərin hüquqları üzərində dayanıb və bildirib ki, hökumət işçilərin yürüş keçirməsinə icazə verməlidir.

Geri dön