Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdoğanla Davudoğlu bu başsağlığı ilə erməniləri başımızın üstünə çıxardılar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Ərdoğanla Davudoğlu bu başsağlığı ilə erməniləri başımızın üstünə çıxardılar

Ərdoğanla Davudoğlu bu başsağlığı ilə erməniləri başımızın üstünə çıxardılar


“1915-ci il köçürülmələrində 150 min erməni ölüb. Həmin ermənilər isə 2 milyondan çox azərbaycanlı və 500 mindən artıq da Osmanlı türkünü qətlə yetirib, soyqırımı törədiblər. Bəs, bunlara görə kim üzr istəyəcək?! Ermənistanın baş naziri, yoxsa prezidenti?!”,

Bunları Modern. az saytına politoloq Qabil Hüseynli Türkiyənin baş naziri Əhməd Davudoğlunun 1915-ci il köçürülmələri zamanı dünyasını dəyişən erməni ailələrinə başsağlığı verməsini şərh edərkən deyib.

Politoloq qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın ardından baş nazirin də bu addımı ataraq ermənilərdən üzr istəməsi, başsağlığı verməsi başa düşülən deyil:

“Bu addımların sonu heç də yaxşı görünmür. Ermənini az qala başımızın üstünə çıxardırlar. Mən onların hər ikisinin bu addımını çox pisləyirəm. Ermənilərin daha aqressivləşməsində, Qarabağ danışıqları zamanı qeyri-konstruktiv mövqe tutmasında onların bu üzr istəmələrinin rolu əvəzedilməz olacaq”.

Ekspert hesab edir ki, bu addımı atmaqla Türkiyə rəsmiləri dünyaya mədəni, humanist, anlayışlı xalq olduqları təsirini bağışlamaq istəyir:

“Yəni biz də sizin acınızı paylaşırıq deyirlər, amma bunun arxasınca başqa şeylər gələcək. Türkiyə buna qədər imtina etdiyi addımları atmağa məcbur ediləcək. Türkiyəni “erməni soyqırımı”nı tanımağa vadar edəcəklər, bunun ardınca təzminat, Haaqa tribunalı, məhkəmə, Türkiyəyə qarşı çox böyük cərimə gələcək.
Türkiyə hazırkı mövqeyində qalıb, beləcə davam edəcəyi təqdirdə uduzan tərəf məhz özü olacaq. Türkiyə “arxivlərimi açıram, tarixi araşdırıram” deyib, bu tərəfdən də başsağlığı verib, üzr istəyirsə, indiyə qədər etdiklərinin hamısını heç edir. Araşdırmalarını da, tarixçilərini də, siyasətini də yerə vurub, etdiklərini hədər edir və ermənilərin ayağının altına daş qoyur”.

Türkiyənin baş naziri Əhməd Davutoğlu 1915-ci ildəki köçürülmə əsnasında həyatını itirən Osmanlı ermənilərini hörmətlə andığını, övladlarının və nəvələrinin acrılarını paylaşdığını ifadə edib.

Gülşən RAUFQIZI

Geri dön