Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Gürcüstan ahıska türklərinin Vətənə dönməsinə imkan vermir
Gürcüstan ahıska türklərinin Vətənə dönməsinə imkan vermir |
Fərzi Əşrəfov: “Qayıdışla bağlı əsas problem maliyyə ilə bağlıdır”
2007-ci ildə Gürcüstan Avropa Şurasına üzv seçilərkən 1944-cü ildə Stalinin əmri ilə öz vətənlərindən sürgün edilən Ahıska türklərinin geri qayıtması ilə bağlı öhdəlik götürmüşdü. Bu öhdəliyə əsasən 2012-ci ilə kimi Gürcüstan höküməti Ahsıka türklərinin doğma yerlərinə qayıtmasını təmin etməli idi. Artıq 2012-ci ildir. Bu istiqamətdə görülən işlər əsasında bir neçə ailənin göçürülməsinə baxmayaraq, hələ xeyli sayda Ahıska türkü vətənə dönmək üçün repartriant statusunu alacağı günü gözləyir. Ahıska türklərinin “Vətən” Cəmiyyətinin sədri Fərzi Əşrəfovun bildirdiyinə görə, bu günə qədər 40-a yaxın ailə Gürcüstanın Ahıska bölgəsinə köçürülüb: “Onlar 2009-cu ildən öz vətənlərində yaşayırlar. Amma bundan sonra köç dayandırıldı”. F.Əşrəfov deyib ki, Ahıska türklərinə repartriant statusunun verilməsi keçən il tamamilə yekunlaşmalı idi: “İndi 75 nəfərə qədər repartriant statusu olan Ahıska türkü doğma yerlərinə qayıdacağı günü gözləyir. Bundan əlavə, 200-dən çox Ahıska türkünə repartriant statusunun verildiyini deyirlər. Amma həmin sənəd özlərinə hələ gəlib çatmayıb. Ümumiyyətlə, repartriant statusunu alandan sonra ayrı-ayrı ölkələrdəki Ahıska türkləri cəmiyyətlərinin, dərnəklərinin, federasiyalarının fikri odur ki, biz öz dəbə-baba torpaqlarımızda toplum halda yaşayaq. Buna görə də 2011-ci ildə Dünya Axıska türkləri Birliyi yaradıldı”. Cəmiyyət sədri isə Ahıska türklərinə veriləcək repartriant statusunun geçikdiyini deyir: “Düzdür, Gürcüstan höküməti Avropa Şurası qarşısında öhdəlik götürdükdən sonra köçlə bağlı ərizələrin verilməsi məsələsi geçikdi. Buna həm həmin vaxt Gürcüstanda baş verən proseslər, həm də onların qoyduğu tələblər səbəb oldu. Belə ki, onlar ərizələrin Azərbaycan və rus dillərində deyil, gürcü və ya ingilis dilində yazılmasını bildirmişdilər. Biz də həmin vaxt topladığımız 13 min ərizədən yalnız 5428-ni tərcümə elətdirə bildik. Sonra Gürcüstanın Azərbaycandakı səfirliyi vasitəsilə onların Məskunlaşma və Köçkünlər Nazirliyinə göndərdik”. F.Əşrəfovun fikrincə, Gürcüstanın Ahıska türklərinin köçü gecikdirməsinin əsas səbəbi maliyyə imkanlarının məhdudluğu ilə bağlıdır. Amma səmiyyət sədri bunun üçün də çıxış yolu tapdıqlarını deyir: “2011-ci ilin may ayında Dünya Ahıska türkləri Birliyinin sədri Ziyyədin Qasanovla birlikdə köçü başlamaq üçün sponsorları özümüzün tapması ilə bağlı təklif irəli sürdük. Gürcüstan tərəfi bunu yaxşı qarşıladı. Biz indi bu istiqamətdə işlər həyata keçiririk”. Köç statusunun verilməsinin gecikməsi ilə bağlı Fərzi Əşrəfov Gürcüstanın Avropa Şurasındakı nümayəndəsi ilə də görüşdüklərini bildirib: “2011-ci ildə iki dəfə bizim nümayəndələrimiz onlarla Avropa Şurasında görüşüblər. Onlar istəyirlər ki, biz Strasburqda onlar haqqında mənfi fikir deməyək və bu məsələri Gürcüstanda həll edək. Elə də oldu. 2011-ci il mayın 2-dən 5-nə qədər Gürcüstanda olduq. Bütün bu məsələlər danışıldı. Hər halda, biz köçdən sonra orada yaşayacağıq. Ona görə gürcü qardaşlarımızla aramızda yaranacaq söz-söhbətləri mümkün qədər uzaq tuturuq. Amma reaprtriant statusunun verilməsi bundan sonra da gecikərsə, o zaman lazım olan yerlərə müraciətlərimizi edəcəyik”. Aytən ƏLİYEVA Geri dön |