Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran Amerika jurnalistini casusluqda ittiham edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran Amerika jurnalistini casusluqda ittiham edib

İran Amerika jurnalistini casusluqda ittiham edib


İranda həbsdə olan Amerika jurnalistinə qarşı casusluq da daxil olmaqla dörd ittiham irəli sürülüb

Ceyson Rezaiyanın vəkili “Washington Post” qəzetinə onun “hökumətə qarşı təbliğat” və “düşmən hökumətlərlə əlbir olmaq” ittihamları ilə də qarşılaşdığını bildirib. Leyla Əhsənin bildirdiyinə görə, jurnalist həmçinin “daxili və xarici siyasətlə bağlı informasiyanın toplanması” və bu məlumatların “bəd niyyətlə” paylaşmasında ittiham edilib.

“Washington Post” qəzetinin baş redaktoru Martin Baron öz bəyanatında gülünc adlandırdığı ittihamlar əsasında jurnalistin 10 ildən 20 ilə qədər həbs cəzası ala biləcəyini bildirib. Bəyanatda deyilir ki, İranın ədliyyə orqanlarının “Washington Post” qəzetinin Tehrandakı müxbirinin casusluq və ya İranın milli təhlükəsizliyinə hədə törədə biləcək fəaliyyətlərlə məşğul olduğunu iddia etməsi tamamilə əsassızdır.

Martin Baron bildirib ki, Ceyson Rezaiyan və onun vəkili arasında 90 dəqiqə sürən ilk görüş tərcüməçinin iştirakı ilə bu gün keçirilib.

39 yaşlı Rezaiyan və onun jurnalist həyat yoldaşı Yegane Salehi keçən il iyul ayında İran təhlükəsizlik qüvvələrinin onların Tehrandakı evində axtarış keçirdikdən sonra həbs edilmişdi. Yegane Salehi sonradan azad edilib, lakin həm İran, həm də Amerika vətəndaşı olan Cyson Rezaiyan o vaxtdan həbsdə saxlanıb.

Dövlət Departamentinin sözçüsü Meri Harf rəsmi Vaşinqtonun jurnalistin azad edilməsi çağırışlarını bir daha dilə gətirib. Ağ Ev jurnalistə qarşı ittihamların əsassız olduğunu deyərək, Rezaiyanın dərhal azad edilməli olduğunu bildirib.

Geri dön