Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Birinci vitse-spiker: Real olan -erməni soyqırımı- yox, Xocalı soyqırımıdır.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Birinci vitse-spiker: Real olan -erməni soyqırımı- yox, Xocalı soyqırımıdır.

Birinci vitse-spiker: Real olan -erməni soyqırımı- yox, Xocalı soyqırımıdır.


"Bir əsr öncə hansısa bir naməlum və heç bir sübutu olmayan məsələyə “soyqırım” demək məntiqə sığmır". Bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib.

Z.Əsgərov qeyd edib ki, ötən gün Avropa Şurasında da Milli Məclisin deputatları Xocalı soyqırımı ilə bağlı məsələ qaldırıblar: “Nə üçün Avropa Xocalı soyqırımı ilə bağlı münasibət bildirmir? Axı Xocalıda baş verənlər real soyqırımdır. Xocalı soyqırımı ilə bağlı görüntülər, faktlar, şahidlər məlumdur. Amma bir əsr öncə hansısa bir naməlum və heç bir sübutu olmayan məsələyə “soyqırım” demək heç bir məntiqə sığmır”.

Birinci vitse-spiker deyib ki, real olan "erməni soyqırımı" yox, Xocalı soyqırımıdır: “Real olan Xocalı soyqırımına soyqırım demirsən, ancaq bir əsr öncə olan məsələyə "soyqırım" deyirsən. Təbii ki, bütün bunlar ikili standartların bir təzahürüdür. Hesab edirəm ki, qondarma “erməni soyqırımı” ilə bağlı kimin nə deməsindən asılı olmayaraq, belə bir yanaşmanın heç bir perspektivi yoxdur”.

O qeyd edib ki, Türkiyə Osmanlı dövründən qalmış bütün arxivləri açmağa hazırdır: “Bu barədə dəfələrlə deyilib, bəyanatlar verilib. Həmçinin, Türkiyə dövlətinin prezidenti və baş naziri səviyyəsində dəfələrlə müraciətlər olunub ki, Türkiyə Osmanlı dövründən qalmış bütün arxivləri açmağa hazırdır. Bir beynəlxalq komissiya yaradılsın, həm beynəlxalq tarixçilər, həm erməni, həm də Türkiyədən olan tarixçilər gəlib bir yerdə araşdırma aparsınlar ki, belə bir hadisə, “soyqırımı” olub və yaxud olmayıb. Yəni, “erməni soyqırımı” məsələsinə bir son qoyulmalıdır. Bunun üçün də tarixçilər sözlərini deməlidirlər. Bunu bir siyasi alətə çevirmək və bundan arı-ayrı dövlətlərə təzyiq göstərmək, hesab edirəm ki, belə bir işin heç bir perspektivi yoxdur. Bu cür fəaliyyət mənasız bir işdir. Ermənilərin böyük əksəriyyəti də yaxşı bilir ki, belə bir genosid olmayıb”.

Geri dön