Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Duman Radmehr: İranda anti-ərəb əhval-ruhiyyəsi hökumətin bölgədə yürütdüyü siyasətə xidmət edir (audio)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Duman Radmehr: İranda anti-ərəb əhval-ruhiyyəsi hökumətin bölgədə yürütdüyü siyasətə xidmət edir (audio)

Duman Radmehr: İranda anti-ərəb əhval-ruhiyyəsi hökumətin bölgədə yürütdüyü siyasətə xidmət edir (audio)


Güneyli milli-mədəni fəal İranda ərəblər və türklərə qarşı irqçiliyin tarixi keçmişə malik olduğunu deyir


Anti-irqçiliyə qarşı fəaliyyət göstərən fəallar son vaxtlar İran toplumunda genişlənən anti-ərəb dalğasıyla bağlı xəbərdarlıq verir. Həmin mövzu haqqında Amerikanın Səsinə müsahibə verən güneyli fəal Duman Radmehr İranda ərəblər və türklərə qarşı irqçiliyin tarixi keçmişi olduğunu və irqçilik dalğasına qarşı fərdi təpkilərin bu dalğalarla müqayisədə kiçik və yetərsiz olduğunu önə çəkir.
Yaxın Şərqdə baş verən olaylar, xüsusilə Yəmən olayları səbəbi ilə İran İslam Respublikası və Səudiyyə Ərəbistanı arasında gərginliklərin yüksəlməsi ardından ötən həftələrdə Ciddə hava limanında iki iranlı gəncin Səudiyyə məmurları tərəfindən incidilməsinə dair xəbərlərin yayılması İran toplumunda ərəblərə qarşı nəfrət ifadələrinin artmasına səbəb olub.
Ciddədə baş verən olayla bağlı İran rəsmiləri və rəsmi xəbər agentlikləri fərqli və bəzən ziddiyyətli məlumat yaydılar. Duman Radmehrin fikrincə, xəbərlərin bu şəkildə yayılması bunun bir provokasiya olduğunu göstərir:

“Ciddədə iranlı gənclərin başına gələnlərlə bağlı yayılan xəbərlərdə öncə təcavüz, sonra təərrüz (incitmə) və sonunda hörmətsizlik ifadələri işlədildi. Fərqli ifadələrin işlədilməsi xəbərin etibarlı olmadığını və onun provokasiyadan ibarət olduğunu göstərir.”

Sosial şəbəkələrdə yaranan anti-ərəb dalğasına hakimiyyət daxilində bəzi məzhəbi-siyasi şəxsiyyətlər də qoşulub. O cümlədən, İsfahanın imam-cüməsi Höccətül-İslam Məhəmməd Tağı Rəhbər ərəblərə işarə edərək, İranda mütəmadi şəkildə ərəblərə qarşı istifadə edilən “bir ovuc kərtənkələ yeyən” ifadəsini dilə gətirdi.

İSNA xəbər agentliyinə istinadən, Tehran Universitetinin professoru Sadiq Zibakəlam bəzi siyasi-məzhəbi liderlərin irqçi və anti-ərəb dalğası içərisində yer almasını qəbuledilməz hərəkət kimi dəyərləndirib. “Bəzi məsullar və ölkənin siyasi və məzhəbi liderlərinin bu irqçilik və ərəblərə nəfrət dalğasına qoşulması təəssüfləndirici və qəbuledilməzdir,” deyə Zibakəlamın sözləri İSNA-da əks olunub.

Duman Radmehr isə anti-ərəb dalğasına qarşı fərdi etirazları müsbət dəyərləndirsə də, İran aydınları arasında irqçiliyə qarşı təpki göstərənlərin sayının az və yetərsiz olduğunu ifadə edir.

“İrqçiliyə qarşı sadəcə fərdi təpkilər var. Çünki iranlılıq kimliyi, İrana yönəlik vətənsevərlik anlayışı ilə İran millətçiliyi özünü başqa millətlər, o cümlədən ərəblər və türklərə qarşı nifrətlə tərifləyir,” deyə Radmehr İranda demokratik cərəyanlar arasında mövcud olan tarixi düşüncənin ümumiyyətlə irqçiliyə zəmin yaratdığına inandığını önə çəkir.

Radmehr həmçinin İran aydınları arasında türk və ərəb cəmiyyətlərinə qarşı irqçiliyin tarixi keçmişi olduğunu vurğulayır. Onun dediklərinə görə, iranlı aydınlar İranın irəliləməməsi və Qərb ilə müqayisədə çox geridə qalmasının tarixi səbəblərini ərəblər və türklərin hücumuna bağlayırlar.

“Təəssüflə mərkəziyyətçi demokratik qüvvələrlə anti-irqçilik söyləmi arasında əməldə bir ziddiyyət var. Bu cərəyanlar milləti diktatorluğa qarşı səfərbər etmək istəyir, İran xalqının bundan artığını haqq etdiyini deyir və bu istiqamətdə milli iradə və milli qüruru yüksəltməyə çalışır. Halbuki, bu milli qürur özünü anti-ərəb və anti-türk olmaqla tərifləmiş. Buna görə də, mərkəziyyətçi qruplar belə olaylarda ən yaxşı halda susurlar...,” deyə o söyləyir.

İsveçdə yaşayan siyasi fəalın fikrincə, İran toplumunda yüksələn anti-ərəb əhval-ruhiyyəsi İslam Respublikasının bölgədə yürütdüyü siyasətə xidmət edir:

“İran İslam Respublikasının bölgədə baş verən muharibələrdə bəzi şiə qrupları dəstəkləməsi ölkə daxilində mənfi qarşılanıb. Buna görə də indi hakimiyyət anti-ərəb dalğası törətməklə Yəmən olaylarında müdaxiləsi ilə bağlı vətəndaşlar arasında neqativ hissləri önləmək istəyə bilər.”

Duman Radmehr həmçinin Azərbaycan və Əhvaz bölgələrində cərəyan edən milli hərəkatlar arasında irqçiliyə qarşı əməkdaşlığın səviyyəsini dəyərləndirir:

“Ərəb və türk fəalları arasında iş birliyi var, amma bu o qədər də güclü deyil. Əhvaz və Azərbaycan milli hərəkatında insan haqları və anti-irqçilik söyləmi zəifdir.”

Müsahibənin audiosunu qaynağımız olan aşağıdakı linkdən dinləyə bilərsiniz:

TIKLAYIN

Geri dön