Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > 24 aprel - erməni xəyanətinin 100-cü ildönümü
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > 24 aprel - erməni xəyanətinin 100-cü ildönümü

24 aprel - erməni xəyanətinin 100-cü ildönümü


Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Baş naziri Əhməd Davudoğlunun bu yaxınlarda qondarma “erməni soyqırımı” ilə bağlı verdiyi açıqlama mahiyyət etibarilə Ankaranın bununla bağlı mövqeyini dəyişmir.

Davudoğlunun bəyanatında deyilir ki, Türkiyə 1915-ci il hadisələri zamanı digər xalqların nümayəndələri ilə bərabər, həlak olan dinc ermənilərə görə də kədərlənir.

Diqqət yetirin: Türkiyə ölkəyə xəyanət edən və “böyük Ermənistan ideyası naminə” müsəlman əhaliyə qarşı qətliam törədən ermənilərə görə yox, iğtişaş və terrorun qurbanı olan dinc insanlara görə kədərlənir.

Baş nazir qeyd edib ki, Türkiyənin məhz gələcək naminə türklərin və ermənilərin ümumi dərdini unutmağa çağırdığı bir vaxtda erməni diasporu Türkiyəyə qarşı düşmənçilik təbliğ edir: “Erməni diasporunun mahiyyətində Türkiyəyə qarşı kin-küdurət dayanır”.

Artıq 100 ildir ki, ermənilər 1915-ci il hadisələrində müqəssir axtarmağa çalışır və əldə bir sübut belə olmadan türkləri, daha dəqiq desək, Osmanlı İmperiyasını ittiham edirlər. Türkiyə bu hadisələrin bütün xalqlar üçün, o cümlədən ermənilər üçün faciəli olduğunu etiraf etsə də, Ermənistan hər vəchlə tarixi arxivlərin araşdırılmasından boyun qaçırır.

Ermənilərin arxivləri “əlçatmaz” olduğuna görə, ancaq Osmanlı arxivlərinə əsaslanmaq olar.

1915-ci ildə Mehmet Tələt Paşa Diyarbəkir valisinə teleqram göndərmişdi: “Son zamanlar şəhərdən deportasiya edilən ermənilərin boğazını qoyun kimi kəsiblər. Bizim məlumatımız var ki, ölənlərin sayı 2 minə yaxındır. Yerdəki vəziyyət barədə bizi məlumatlandırmağınızı tələb edirik. Biz hələ bilmirik, bunun arxasında kim durur – türklər, kürdlər, ərəblər, yoxsa ələvilər?” (orijinal mətndən sözbəsöz tərcümə).

Bu teleqramdan sonra Diyarbəkirdə 1397 ölüm hökmü çıxarılmışdı. Məlum olmuşdu ki, ermənilərə hücum edənlərin 600-dən çoxu erməni əsilli fərarilər (diqqət edin!) imiş.

1915-ci il hadisələrini Almaniyadakı yəhudi soyqırımı ilə müqayisə edən ermənilər yuxarıda qeyd edilən teleqram barədə düşünməlidir. Əgər türklər erməniləri qırmaq istəsəydi, Mehmet Tələt Paşa nə üçün belə məzmunlu teleqram göndərirdi?

Və daha bir fakt da Osmanlıda heç bir “İslam irqçiliyi”nin olmadığını sübut edir. Osmanlı İmperiyasının qanunları şəriət və Qurana əsaslanırdı. Əgər imperiyada ayrı-seçkilik olsaydı, ermənilərə öz dini ibadətlərini həyata keçirmək şəraiti yaradılmazdı. Axı o dövrdə Osmanlıda yaşayan bütün dini azlıqlara inanc və ibadət azadlığı verilmişdi!..

Hələ 1885-ci ildən başlayaraq, ermənilərin Osmanlını içəridən dağıtmaq üçün çalışdığını sübut edən bəzi faktları da qeyd etmək lazımdır.

1885-ci ildə Van ermənisi Mkrtç Portukalyan Fransada “Armenakan” partiyası yaratmışdı ki, bu partiyanın əsas məqsədlərindən biri və birincisi məhz ermənilərin Osmanlı dövlətinə qarşı qalxması idi.

Osmanlı ərazisində ermənilərin fəallaşdırılması ilk növbədə “Armenakan” yarandıqdan sonrakı fəaliyyəti dövrünə təsadüf edir.

Osmanlı İmperiyasında ermənilərin türklərə xəyanətinə dair yüzlərlə faktlar göstərmək olar. Necə ki, Türkiyə tarixində “erməni soyqırımı”ndan söhbət gedə bilməz... Erməni tarixində isə xəyanət bolluğu ilə üzləşmək olar.

Məhz buna görə də deyə bilərik ki, 24 aprel erməni xəyanətinin 100-cü ildönümündən başqa bir şey deyil.

Geri dön