Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Hamilə qadınlar diqqətli olsunlar
Hamilə qadınlar diqqətli olsunlar |
Hamilə qadınlarda vaxtından əvvəl baş verən doğuş (tam 37-ci həftəyədək olan doğuş) qeysəriyyə kəsiyi əməliyyatı üçün göstəriş deyil. Bu əməliyyat klinik göstərişlərə görə yalnız seçim metodudur.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, vaxtından əvvəl doğuşların tezliyi inkişaf etmiş ölkələrdə hər 100 doğuşa 5-18 arasında tərəddüd edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, Azərbaycanda vaxtından əvvəl doğuşların göstəricisi hər 100 doğuşa 8,5 təşkil edir. Hamiləliyin 22-27 həftəsində 10%-ə yaxın uşaq doğulur ki, bu halda perinatal xəstələnmənin və ölümün göstəriciləri son dərəcə yüksək olur. Hamilələyin 28-33 həftəsində 20%-ə yaxın uşaq, 34-37 həftəsində 70%-ə yaxın uşaq doğulur. Daha erkən müddətdə doğulanlar ilə müqayisədə 34-37 həftəsində doğulanlar arasında yenidoğulmuşların infeksion xəstələnmələri əhəmiyyətli dərəcədə azdır. Hamiləliyin uzadılması bu müddətdə perinatal ölüm göstəricisinə əhəmiyyətli təsir göstərmir. Erkən neonatal ölümlərin 60-70%-i, nevroloji xəstəliklərin, o cümlədən, uşaq serebral iflicinin, görmə qabiliyyəti pozulmalarının (korluq daxil olmaqla), eşitmə qabiliyyəti pozulmalarının (karlıq daxil olmaqla), ağciyərlərin ağır xronik xəstəliklərin 50%-i vaxtından əvvəl doğulmuşların payına düşür. Geri dön |