Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Tahir Talıblı- Qurdu qəmgin, quşu qərib- adlı bədii söz dünyası.
Tahir Talıblı- Qurdu qəmgin, quşu qərib- adlı bədii söz dünyası. |
Tahir Talıblının “Qurdu qəmgin, quşu qərib” adlı şeirlər kitabını hər dəfə axşam saat on radələrində-TV xəbərlərindən sonra əlimə götürüb oxuyarkən saatın əqrəbi ikidən keçən zaman yuxunun hökm etməsinə baxmayaraq şeirlərin təsirindən çıxa bilmirdim. Bu bəddi aləm yaşlı insanı şirin və mənalı həyat xatirələrinə, gənc insanı isə yenə şirin və mənalı həyat istiqmətinə yönəldir, incə duyğular aşılayır. Bu baxımdan elə kitabın başlanğıc səhifəsindəki birinci şeirinə diqqət edək.
Gözlərimə dolubsan Gözümün nuru kimi. Gözlərimə dolubsan Sevgim-qürurum kimi. Hərdən insafsız olub Ürəyimi çağlatdın. Yerin gen olsun,-deyə Gözlərimi ağlatdın. Bu şeir duyğuların lokanik formada təqlididir, lakin məcazın əhatəsi genişdir və bədii anlayışın kəsb etiyi sevgi adi həyat tərzidir. Şeir sevginin əlifbasıdır, bundan sonra sadədən mürəkkəbə bir hərəkət istiqaməti yönəlir. Şeirdə olan təqlid elə seçilmişdir ki, ümumi olaraq hər bir insan öz hüssilərinin ifadəsini tapa bilir. Bəzən adi bir qızılgülə tamaşa edərkən qırmızı rəngli ləçəkləri və yaşıl yarpaqları görürük, “gözümüzə dolan iki rəng”, “qürur” yaradan bu gözəlliyi sadə-lokanik formada qəbul edib həzz alırıq. Sonra qızılgülü meşələrdə, bağça-bağlarda, ormanlarda-fərqli yerlərdə kol halında, seyrək halda görərkən yenə də nəzərimizi çəkən hər-hansı bir qızılgül olur: onun gözəllik görünüşünə, ləçəklərinə, yarpaqlarına diqqər edib ətrini nəfəsimizə çəkirik. Gözəlliyə münasibət -bu yanaşma bütün insanlarda oxşardır. Sevgi hissiləri də insanlarda oxşar olmaqla duyğular toplusudur. Cinsi sevgi də həmin topludan ayrılır və insan həyatında daha çox qabardılır. Bu baxımdan, fikirimi tamamlamaq üçün demək istəyirəm ki, şeir oxucusu oxuduğu şeirdə ozünü görə bilirsə, düşünürsə, xəyallara dalırsa, demək, oxunan bədii fikirlər gücə malikdir. Tahir Talıblının aşağıdakı şeirinə diqqət edək. Bu şeir də hər kəs uçün ən unudulmaz, şirin xəyalların bədii tərənnümüdür. Ya dərsə gecikib, ya gəlməyəcək... Gözlərim axtarır, bu adət deyil. Həsrəti qəlbini ağlatmayırsa, Hələ o məhəbbət, məhəbbət deyil. Sevgi yollarına şıxar intizar, Sevgi yollarında hicran sədd olar. Küləklər də vüsal həsrətlisidi. Çaylar da hicrandan nəğmə oxuyar. Hicran ki, vüsalın keşiyindədi, Axı, giley nədir, bir duyaq onu. Məhəbbət bir titrək alov kimidi Sönər, yad nəfəsdən qoruyaq onu. Ümumiyyətlə, poeziyada həyat hadisələri məcazlarla, bəzən sözün lüğəti, istilahi mənaları ilə təsvir olunması müxtəlif formalarda təzahür edir. Süjetli şeirlər abstrakt şeirlərdən daha cəlbedici olur, çünki təqlid hadisə üzərində qurulur, bədii deyimlər şeirdə ritm və ahəngli saylı hecalarla nəzərə çatdırılır. Antik Yunan alimi Aristotel “Poetika” əsərində (metr, fabula, ritim, janr, təqlid) ədəbi terminlərlə poeziyaya izahlar verərkən ən çox məcazın həyat dialektikasının zəruriliyini önəmləmişdir. Tahit Talıblı poeziyasında müasir gənclərimizə tövsiyyə olunan mənalı və insani keyfiyyətləri görürəm. Odur ki, “Qurdu qəmgin, quşu qərib” şeirlər kitabından seçmələr təqdim etməklə fikirimi əsaslandırmaq istəyirəm. Bilir ki, gizli-gizli Alışıram, yanıram. Hərdən də söz soruşur, Dilim də topuq çalır, Özüm də utanram. Dindirməsə, dinmirəm, Dilim sanki lal olur, Ürəyimdən keçənlər Gözümdə sual olur. O hərdən dəftərimi, Qələmimi istəyir: Mənə elə gəlir ki, Lap qəmimi istəyir. Bəzən gülməyi gəlir Məndə bu lal duruşa, Dönüb ehtiyac olur Elə nəsə istəyə, Elə nəsə soruşa. Nə zamandı qəlbimin Istəyini, sözünü Dilimdə kiridirəm. Növbəti seminarçün Məndən kitab istəyir, Heç özüm oxumamış Tapıb ona verirəm. Nə istəyir istəsin, İstər kitab istəsin, İstər qələm istəsin, Deyirəm ki, baş üstə!.. Ancaq deyə bilmirəm: -Ay zalımın qızı, sən Məndən günəşi istə- Məndən qəlbimi istə. Bəli, yaşlılar üçün əziz olan bu hissilər və duyğular-xatirələr gənclərdə də baş verən zaman onu dəyərləndirmək gərəkdir... Tahir Talıblının kənd həyatının yaşam tərzlərindən “Biçin nəğməsi” şeiri də çox maraqlı və bədii orijinallığı ilə nəzəri cəlb edir. “dəryaz nəğmələri” bədii yanaşmada həqiqətən də dəryazın ahənglə xışhaşışla otları kəsməsi bir əmək, zəhmər-bərəkət sədalı nəğməni xatırladır. BİÇİN NƏĞMƏSİ Biçinçi oyanar səhər obaşdan Yenə oxuyacaq biçənəkləri. Dəryaz nəğmələri dinər obaşdan Oyadar yuxudan boz kəklikləri. Otlar can dərmanı, güllər təzə-tər- Hər açılan güldən şirin bal damır. Günəşin sarımtıl telləri səhər- Sanki qarğıdalı saçaqlarıdır - bu misra çox güclü orijinal bədii dialektik təqliddir... Geniş zəmilərtək böyüyər ürək, Polada döndərər zəhmət qolları. (ilk dəfə biçinə gedərdik o gün) Kotandan açılan yorğun öküztək Büdrəyə-büdrəyə gəldik yolları. Biçinçi arzusu-istəyi kimi Qızılgül günəşə boylanır yerdən. İldə bircə ayı kurortlara yox, Kərənti çəkməyə gəlin səhərdə... Tələbəlik həyatı keçən ziyalılarımız üçün aşağıdakı şeir də xüsusi bir bədii anlamda maraqlı məqamlara toxunmaqla insanı şirin xəyallara aparır... Baxışla qarşılardıq, Baxışla ötürərdik Biz o gözəl qızları. “Sevirəm” deyəmmirdik Qorxurduq ki, itirək Biz o gözəl qızları... Sevərdik gizli-gizli Sevgimiz oddu güclü... Yad gözdən qorumaqçün Onlara çəpər idik... Hərəmiz bir gözəlin Dərdini çəkər idik. O gözəllər od imiş, Bizi oda saldılar... Eşqə, sevgiyə dönüb Qəlbimizdə qaldılar. Necə xoşbəxt imişik Biz tələbə oğlanlar! İtirməyin o anı Ay tələbə olanlar, İtirməyin o gözəl, Göyçək-göyçək qızları! İtirməyin ətirli Çiçək-çiçək qızları! Məhəbbət qığılcımı Ürəyə gizli düşər... Güclü sevin sevəndə, Amma gizli sevməyi, Araya üzlü düşər. Açdığımız mövzu ilə bağlı xatirə seçimli başqa bir şeirdə də tələbəlik və gənclik illəri şairin bədii təxəyyülündən keçərək maraqlı həyat lövhəsinə çevrilmişdir... TƏLƏBƏLİK Aman, doğma tələbəlik, Ömrümüzün dörd ilini Dəftərlərin, kitabların Arasına səpələdik. Ünvanımız yataqxana, Maaşımız təqaüddü. Əzabımız, sevincimiz Nağıl kimi keçdi, getdi. Ümman kimi siniflərdə Nələrimiz qaldı bizim, Donub qalan, qəribsəyən Izlərimiz qaldı bizim... Adımıza tələbələr deyiləndən Ömrümüzdə uşaqlığa Sərhəd çəkdik. Burda bəzi arzulara, Istəklərə bir hədd çəkdik. İqlimləri, uzaqlığı Eraları heç elədik... Homerlərin əfsanəvi Dünyasına köç elədik. Daha niyə gizlədim ki, Çoxumuzun macərası oldu burda. Çoxumuzun ürəyinə alov saldı Məhəbbətin odu burda. Çoxumuzun ilk eşqini Məhv elədik! Çoxumuzun ilk eşqini Biz həyata çıxarmamış Siniflərdə, partaların Arasında dəfn elədik. Sevincimiz oldu deyim dalğa-dalğa, Qəlbimizə qəm də doldu qalaq-qalaq. O qəm üçün, sevinc üçün qəribsərik... Aman, aman tələbəlik... Məndən sonra oturduğum partalarda oturanlar, bilin burda partaların üzərində əllərimin izi qalb, Bir tələbə ömrünü mən uyutmuşam. Sən tutduğun qapıların dəstəyindən vaxt olub ki, mən tutmuşam. Burda əli çənəsində bir fikirli, bir tələbə şair qalıb, axı, burda Tahir qalıb. İnsan həyatı qohumluq xəttindən əlavə dostları, tanışları ilə də bağlıdır və həmin insanlarla arada olan xoş münasibət bir doğmalıq yaradır. Şairin burada “zəlzələ” məcazı həmin xoş münasibət və səmimi ünsiyyətdən gələn, yəni dostlar bir yerə toplaşanda haylı-küylü, şadyana söhbətlər edirlər. Kimsə bir musiqi alətində ifa göstərirsə, mahnı oxuyursa, yazdığı şeiri oxuyursa dostlar üçün qürur yaradır, onların ovqatını yüksəklərə qaldırır: bu mənada “zəlzələ” yaradır... Bundan əlavə, dostlar bir-birlərini uzun zaman görməsələr də, həmişə bir-birlərinin xoş sədalarının gəlməsini arzulayırlar. Aşağıdakı şeirin də məzmun və yönümu dediyimiz istiqmətdədir. DOSTLARIM ÖMRÜMDƏ ZƏLZƏLƏDİRLƏR (Şair Hidayətə) Bir dəli istəklə küləyim,yazım Yoluma çıxdılar, əl elədilər. Şermdə zəlzələ gəzən dostlarım Özləri ömrümdə zəlzələdirlər. Bir yaşıl ümidim qarşıma çıxar, Qoymaz tənha qalım, hardasa bir an. Mənim ki ürəyim boylanar, baxar Uğurlu, uğursuz misralarımdan. Çəkilib bir küncə yanmaq istərdim, Ömür ki fürsətmiş indi bir atım. Mətləblər dərinmiş-gec başa düşdüm, Şeir də tünlükmüş, sonra anladım. Qəfil ildırımlar cumar üstümə, Gur yağışlar yağar duyğularıma. Küsənən tapılar bu ömrə-günə, Küsənən tapılar qayğılarıma. Qəlbimi bir istək çəkər, aparar, İsidər könlümü qışın qarı da. Şeirimin qızıldan qonararıdı Payızın tökülən yarpaqları da. Bir gün bir istəklə küləyim, qarım Yoluma çıxdılar, əl elədilər. Şerimdə zəlzələ gəzən dostlarım Özləri ömrümdə zəlzələdirlər. Bu aşağıdakı şeirin də məna çalarları bir qədər deyimli- düyümlüdür. Yeri gəlmişkən, Biz həmişə bədii formaları təhlil edərkən, yəni ədəbiyyat nəzəriyyəsində yunan teminləri ilə çxış edirik... Lakin hələ yunanlardan əvvəl Türk bədii təfəkkür təhlilində “bitik-kitab”, “deyim-morfem”, “düyüm-məcaz-təqlid”, “boy-dastan-poema”, “soy-bədii bioqrafiya” “ağı-elegiya” –boy boylama, soy-soylama... bədii anlayışlar sistemini əhatə edən, özündə mənalar toplusunu birləşdirən sözlər vardır... Aşağıdakı şeirdə məcazla təzadın dialektik vəhdəti bir-birini tamamlamışdır. **** Görüş yollarıma çıxam təzədən, Geniş yollarına çıxam təzədən, Yenə də qabağa səhvlərim düşə, Daha nə isə... Ya bir az gecikəm, ya da tələsəm. Çağıram çatmaya harayım, səsim, Ağrılar, əzablar yenə cəm ola, Mənim gözəlliyi sevmək həvəsim Qorxuram təzədən faciəm ola. Ədəbiyyatda rast gəldiyimiz bəzi şeirlərdə anafora- bədii təkrarlama öz təyinatını ödəyə bilmir, odur ki, Tahir Talıblının çox nümünəvi bir anaforalı şeirini təqdim etməklə oxucularla fikirimi bölüşmək istərdim. Aşağıdakı şeirdə şeirin texniki və məna tələblərinə çox ustalıqla əməl olunmuşdur: son dördüncü və beşinci misralar həm qramatik, yəni səbəb-nəticə əlaqəli cümlə, həm də şeirin məna əlaqəsini əks etdirir. ƏGƏR SƏHVLƏRİNİ TƏKRARLAMASAN Qatı şübhələrin ümidə dönər, Kövrək qanadların bərkiyər bir az. Həsrətin dağılan buluda dönər, Sinəndə sevginin göynəyi qalmaz- Əgər səhvlərini təkrarlamasan. (anafora) Şirin xatirələr keçidi keçdi, Üz tutub gedərsən hara aparsa. Qarşında uçrunlar, uçqumlar heçdi, Pəhsinmə bürdəmək qorxusu varsa- Əgər səhvlərini təkrarlamasan. (anafora) Böyük istəklərdən keçmə, amandı, Kiçik istəklər də bac verməz sənə. Qəlbində bir arzu məşəli yandır, Duyan ürək olar, görən göz sənə- Əgər səhvlərini təkrarlamasan. (anafora) Nə vaxt inamsızlıq doldu qəlbinə Onda ölümündən qabaq ölərsən. İnamı əlinnən buraxma, yenə Ömrü yaşamağa geri dönərsən- Əgər səhvlərini təkrarlamasan. (anafora) Səni çaşdırmasa təsəlli, qılıq, Düşərsən əvvəlki cığıra, izə. Çəkər əllərinnən yaxın ucalıq, Durarsan zirvəylə onda göz-gözə- Əgər səhvlərini təkrarlamasan. (anafora) Tahir Talıblının bədii deyimlərində Dədə Qorquddan gələn təfəkkür yanaşmaları da diqqəti cəlb edir və həm didaktik, həm də nəsihət aşılanır: “Söz çıxmamış bişə gərək, dilnən dişin arasında” kimi misralar insani keyfiyyətlərin maariflənməsidir. Dediyimizə nümunə olaraq aşağıdakı şeiri təqdim edək. YAZNAN QIŞIN ARASINDA Yuxarı baxıram bığdı, Bu da saqqaldı, baxıram. Ürək uşaq ürəyidi, Saç-saqqal çaldı, baxıram, Qalmışam məlul-mükəddər, Eşqnən yaşın arasında. Ömür ki, bir asan ovdu, Bəxt ovçudu, insan ovdu, Tale bizi qovhaqovdu- Yaznan qışın arasında. Vaxt nə deyir, nə gözlənir, Baxt nə deyir, kim izlənir. Bilmirsən, ölüm gizlənir Göznən qaşın arasında. Aşıq saznan coşa gərək, Nər kimi yetişə gərək, Söz çıxmamış bişə gərək Dilnən dişin arasında. Bəli, İstedadlı şair-jurnalist Tahir Talıblının poeziyasından- bədii dünyasından təqdim etdiyim seçmələr cüzi bir yanaşmadır. Bütövlükdə şairin yaradıcılığına təhlil yanaşması təqdim etmək oxucuların ümumi işidir. Bir onu deyə bilərəm ki, mən Tahir Talıblı şeiriyyətində insani keyfiyyətləri tərənnüm edən yüksək ziyalı təfəkkürünün zənginliyini gördüm. Sonda şairin Türk bədii fəlsəfi təfəkkür formasında olan “Vücudnamə” ilə yazımı yekunlaşdırmaq istəyirəm. Onu da deyim ki, şairin zəngin yaradıcılığından ən çox nikbin şeirlərindən az seçimlər etdim... Qəlbimdə istedadına və şəxsiyyətinə ehtiram etdiyim Tahir Talıblıya və ailə üzvlərinə sağlam can, xoşbəxtlik, istəkləri qədər maddi təminat arzulayıram, eyni zamanda hörmətli şairə yeni-yeni yaradıcılıq uğurları arzulayıram! VÜCUDNAMƏ Su kimi torpağa hopduq, Atadan anadan qopduq... Bu dünyada nədən qorxduq Sözdən, Allahdan savayı. Hər gün günü- günə çəkdik, Çəkəmmədik, yenə çəkdik. Dərdin önündə nə çəkdik, Nə çəkdik ahdan savayı? Beləcə ömrü bitirdik, Əmri yerinə yetirdik... Gəldik, gördük, nə götürdük Quru günahdan savayı?! MDHP sədrinin mədəniyyət üzrə müşaviri Niftalı Göyçəli Geri dön |