Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mixail Saakaşvili: Bu, ikiüzlü yanaşmadır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Mixail Saakaşvili: Bu, ikiüzlü yanaşmadır

Mixail Saakaşvili: Bu, ikiüzlü yanaşmadır


"Avropada deyirlər ki, bəli, biz Rusiyaya hörmətlə yanaşmalıyıq. Amma Azərbaycanda insan hüquqlarının pozulması var. Bu, ikiüzlü yanaşmadır. Bu o deməkdir ki, güclüyə gücümüz çatmır, onda gəlin balaca ölkəni döyək".

Bunu Gürcüstanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəxlalq Mərkəzinin üzvü Mixail Saakaşvili bu gün Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda “Avropa İttifaqı və onun qonşuluq siyasəti” mövzusuna həsr edilmiş paneldə çıxış edərkən deyib.

Azərbayanda olan inkişafı və sosial rifahın yüksəldilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirən M.Saakaşvili Avropa İttifaqını bu ölkəyə yanaşmada ikiüzlülükdə ittiham edib: “Hər dəfə Azərbaycana gələndə görürəm ki, insanlara yanaşmaların dəyişməsi var. Mən Azərbaycanı hələ Sovet vaxtı da görmüşəm. 2003-cü ildən sonra rəsmi olaraq da bura gəlmişəm. O vaxt Azərbaycanda yoxsulluq 50 faiz idi, indi çox azalıb. Bu, Azərbaycanın müsbət yanaşmasıdır”.

Onun fikrincə, Avropa Azərbaycanla tərəfdaşlığın inkişafına diqqət yetirməlidir: “Avropa üçün real alternativ enerji mənbəyi hələ ki, Azərbaycan və bu ölkə vasitəsilə Türkmənistan qazı olacaq. Ona görə də, Avropa Azərbaycanla daha yaxından tərəfdaşlıq etməlidir. Ümid edirəm ki, bu, nəhayət avropalıların beyinlərinə girəcək”.

Gürcüstanın sabiq prezidenti deyib ki, Avropa Azərbaycana rəğbət bəsləməlidir: “Azərbaycan bu illər ərzində dəqiq yolunu seçib. Dünyada hamı islam adı ilə təhdid çağırışlarını başa düşür. Azərbaycan Avropaya qarşı islamist, ekspetrmist təhdidlərin qarşısını alan ölkədir. O, bir çox ölkələrlə müqayisədə daha liberal və müasirləşdirmə yolunu seçib. Ona görə də Azərbaycana rəğbət qazandırmalıyıq. Avropa cəmiyyəti də bunu bilməli və anlamalıdır”.

Geri dön