Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Eşitmə və nitq qabiliyyəti zəif olan uşaqlara surdoloji xidmət göstəriləcək
Eşitmə və nitq qabiliyyəti zəif olan uşaqlara surdoloji xidmət göstəriləcək |
“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin ayırdığı vəsait çərçivəsində “Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlara surdoloji xidmətlərin göstərilməsi” adlı layihəsini həyata keçirməyə başlayıb. Layihənin əsas məqsədi surdoloji xidmət mərkəzində eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqların informasiya almaq hüquqlarının təmin edilməsi ilə bağlı sosial reabilitasiya xidmətlərinin göstərilməsi, təhsildən yayınmış və oxuyub - yazmağı bacarmayan eşitmə və nitq qabiliyyəti olmayan uşaqları, eləcə də bu kateqoriyadan olan digər şəxslərin yazıb – oxumaq və jest dilində danışmaq bacarıqlarnı inkişaf etdirmək, surdo-tərcüməçi ixtisasının inkişaf etdirilməsi və genişləndirilməsi üçün təlimlərin təşkili, eşitmə və nitq qabiliyyəti olmayan uşaqların ailələrinin bilik və bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir. Lahiyə nəticəsində eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına dair yeni qanunvericiliyin tətbiqi zamanı meydana çıxan problemlərin araşdırılması və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi nəzərdə tutulur. Qeyd edək ki, layihə çərcivəsində bu işlər həyata keçiriləcək: “Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlardan sosial reabilitasiyaya daha çox ehtiyacı olanlarını müəyyənləşdirmək; sağlamlıq imkanları məhdud uşağa (eşitmə və nitq qabiliyyəti olmayanlara) surdoloji xidmətlərin (surdo-tərcümələrin edilməsi, təhsildən yayınan bu tipli uşaqlara yazmaq və oxumaq vərdişlərinin formalaşdırılması, informasiya xarakterli proqramlarının jestlər vasitəsilə tərcüməsinin təşkil edilməsi, həmin uşaqların valideynlərində jestlərlə danışmaq bacarıqlarının inkişaf etdirilməsi, surdo-tərcüməçi kadrların hazırlanması üçün təlimlərin təşkili, dövlət orqanlarında və digər qurumlarda təmsilçiliyin edilməsi və s. ) və sosial reabilitasiya xidmətlərinin göstərilməsi; hədəf qrupuna daxil olan SİMU-da ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərini formalaşdırmaq, çatışmazlıqların korreksiyası üzrə məşğələlər keçirmək və onların sosial statusunun bərpa edilməsini və cəmiyyətə inteqrasiyasını təmin etmək; surdo-tərcüməçi ixtisası üzrə kurslar təşkil etmək; jest dilinin dövlət tərəfindən inkişaf etdirilməsi üçün təkliflərin hazırlanması; eşitmə və nitq qabiliyyəti olmayan uşaqların valideynlərinə sosial - hüquqi xidmətin göstərilməsi və onlarla jest dilinin inkişafı üzrə treninqlərin təşkili və uşaqlarının gələcək peşə hazırlıqları ilə bağlı məlumatlılığının artırılması. Layihə 10 ay müddətində həyata keçiriləcəkdir”. Geri dön |