Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbi Azərbaycan rəsmisi: Qadınların narkotik maddələrinə meyillənməsinin əsas səbəbi depresiyadır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qərbi Azərbaycan rəsmisi: Qadınların narkotik maddələrinə meyillənməsinin əsas səbəbi depresiyadır

Qərbi Azərbaycan rəsmisi: Qadınların narkotik maddələrinə meyillənməsinin əsas səbəbi depresiyadır


İran İslam Cümhuriyyətində fərdi və cəmi hüquqların pozulması, iqtisadi sıxıntılar və s. kimi problemlər bir çox fəsadlara yol açıb. Vaxtı ilə Azərbaycan bölgələri nakomaniya (mötadlıq) problemindən nisbətən uzaq olsaydılar da, artıq həmin bölgədən inanılmaz xəbərlər gəlir.
Qərbi Azərbaycan Valiliyinin Ailə və Qadın işləri üzrə baş müdiri qadınların narkotik (müxəddir) maddələrinə meyillənməsi və onun səbəbindən danışıb.

Şəhla Tacfər Qərbi Azərbaycanın ailə və qadın işləri qrupunun iclasında bildirib ki, “təəssüflə yaxşı əhval-ruhiyyənin olmaması və depresiya qadınların narkotik maddələrinə meyillənməsində əsas rol oynayır.”

O vurğulayıb ki, narkomanların (mötad) 13 faizinin qadın olması ciddi nigaranlıq doğurur və bu vəziyyət islah olmalıdır.

Ş.Tacfərin sözlərinə görə, problemlə mübarizə aparmaqdan daha çox onun önlənməsi mühümdür. “Belə bir yıxıcı bəlanı qadınlardan uzaqlaşdırmaq üçün səlahiyyətli orqanların dəqiq proqramları olmalıdır”-deyə valilik rəsmisi vurğulayıb.

Geri dön