Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdəbil vilayəti: Yol qəzaları 1 ildə 216 nəfərin ölümünə səbəb olub
Ərdəbil vilayəti: Yol qəzaları 1 ildə 216 nəfərin ölümünə səbəb olub |
Hər gün Güney Azərbaycanın müxtəlif bölgələrində qanlı yol qəzalarına şahid oluruq. Əsasən qeyri-standard yollarda baş verən qəzalar çoxsaylı insanların ölümü ilə nəticələnir.
Ərdəbil Vilayəti (ostan) Tibbi Ekspertiza Mərkəzinin baş müdiri bildirib ki, 1393-cü ildə (hicri-şəmsi təqvimi ilə) Ərdəbil vilayətində 216 nəfər yol qəzaları nəticəsində dünyasını dəyişib. Doktor Vəlizadə Ərdəbil vilayəti Yol Güvənliyi Komissiyasının iclasında bunları qeyd edib: “1393-cü ildə 216 nəfər yol qəzalarında həlak olub. Ötən ilin oxşar dövründəki 212 nəfərin öldüyünü nəzər aldıqda, qurbanların sayında 1.8 faiz artım görünür. Ölənlərdən 29-nun yaşı 15-dən az olub. Bu rəqəm ölənlərin 13.4 faizini təşkil etməkdədir. O əlavə edib ki, “ölənlərin 188 nəfəri şəhərlərarası caddələrdə qeydə alınıb. Bu statistika (amar) 1392-ci ilə nisbətən 8.6 faiz artım deməkdir. Şəhərlər daxilində isə 28 nəfər yol qəzalarında dünyasını dəyişib. Bu keçən ilin oxşar müddəti ilə müqayisədə 28.2 faiz azalmanı göstərir.” Vəlizadə bildirib ki, “1393-cü ildə yol qəzaları nəticəsində 4359 nəfər xəsarət alıb, bu rəqəm 1392-ci illə müqayisədə 0.7 faiz azalmanı göstərir.” Geri dön |