Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Murad Əlioğlunun ifasında- Çuxru kökündə iki klassik saz havası...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, davam TV > Murad Əlioğlunun ifasında- Çuxru kökündə iki klassik saz havası...

Murad Əlioğlunun ifasında- Çuxru kökündə iki klassik saz havası...


Sazımızı-sözümüzü yaşadan el aşıqlarının sinəsində səslənən, qəlbimizi oxşayan telli sazı istehsal edən sazbəndlərimizin də milli musiqimizə xidmətləri yüksək dəyərləndirilir. Həmin sazbəndlərdən biri də xalqımızın hörmət və ehtiramla yanaşdığı Murad Əlioğludur. Murad Əlioğlu 1952-ci ildə Borçalı mahalının Aran Dəlilər kəndində dülgər ailəsində dünyaya göz açmışdır. Ata-babadan dülgərlik sənəti bu ocağın nümayəndələri tərəfindən davam etdirilmişdir. Murad kiçik yaşlarından atasının yanında dülgərliklə məşğul olan zaman saza-sözə də böyük maraq göstərmişdir. El aşığı ustad Hüseyn Saraclının yanında şəyirdliyə qəbul edilən gənc Murad tez bir zamanda klassik saz havalarını, məclis qanun-qaydalarını mənimsəmiş və el şənliklərində istedadlı aşıq kimi qəbul olunmuşdur...Murad Əlioğlu (Kövrək Murad) təxəllüsü ilə şeirlər də demiş və məclislərdə bəzən öz yaradıcılığını da təqdim etmişdir. Həm aşıqlıq sənətini , həm də sazbəndliyi davam etdirməklə saz-söz sənətinin dərinliklərinə bələd, zil səsə malik olan Murad Əlioğlunun son zamanlar səsində nasazlıq əmələ gəlmişdir... Aşıqlıq sənətindən ayrılıb bütünlüklə sazbəndliklə məşğul olan Murad Əlioğlu kllassik saz havalarının da yaddan çıxan, nəzərdən qaçan nümunələrinin bilicisidir. Bu fikirlə əlaqədar Muradın sinəsində yuva salan zəngin saz havalarımızdan “Mina gəraylı” və “Osmanlı divanisi”ni aşıqların repertuaarında az işlənən “Çuxru kökü”ndə sizə təqdim edirik.



Niftalı GÖYÇƏLİ - Milli Dirçəliş Hərəkatı
partiyası sədrinin Mədəniyyət məsələləri üzrə müşaviri.

Geri dön