Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanda yaşayan azərbaycanlıları siyahıyaalma problemi gözləyir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Gürcüstanda yaşayan azərbaycanlıları siyahıyaalma problemi gözləyir

Gürcüstanda yaşayan azərbaycanlıları siyahıyaalma problemi gözləyir


500 mindən çox soydaşımızın yaşadığı Gürcüstanda ölkənin Milli Statistika Komitəsi əhalinin yenidən siyahıya alınmasına hazırlaşır.

Qeyd edək ki, Gürcüstanda sonuncu dəfə 2002-ci ildə aparılan siyahıya alınmanın nəticələri Azərbaycanda birmənalı qarşılanmamışdı. O zaman Gürcüstanın rəsmi orqanı bu ölkədə yaşayan azərbaycanlıların sayını realllıqdan az göstərmişdi.

Hazırda Gürcüstanda ölkə əhalisinin siyahıya alınması prosesinə başlamaq texniki səbəblərdən gecikir. Lakin bunun ilin sonu və ya gələn ilə mümkün olacağı güman edilir.
Sonuncu siyahıya alınmada yol verilən qüsurların qarşısını almaq üçün bu dəfə Azərbaycan tərəfdən hansı tədbirlər görülə bilər?

Məsələ burasındadır ki, Gürcüstanda yaşayan azərbaycanlıların əksəriyyəti işləmək üçün ya Rusiyaya, ya da Azərbaycana gəlir, yəni daimi pasport qeydiyyatında olduqları yerdə tapılmırlar.

“2012-ci ildə Gürcüstanda başlanılacaq siyahıya alınmanın hələlik təlimatı, onun hansı metodologiya ilə aparılacağı barədə məlumat olmadığı üçün bu barədə bir söz deyə bilmirik. Amma təbii ki, biz də soydaşlarımızla bağlı məsələni düşünürük”.

Bu sözləri açıqlamasında “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib.

“Hələlik bu barədə heç bir təlimat yoxdur və biz deyə bilmərik ki, xaricdə olan Gürcüstanın konsulluqlarının fəaliyyəti nədən ibarət olacaq. Ümumiyyətlə siyahıya alınma iki istiqamətdə aparılır. Passiv yaşayanların və vətəndaşların siyahıya alınması. Təlimat verildikdən sonra biz o istiqamətdə işlər aparacağıq ki, diplomatik korpuslar, o cümldən Gürcüstan konsulluqları miqrant statusunda olanların da qeydiyatını aparsın”.

Z.Məmmədli deyir ki, 2002-ci ildəki siyahıya alınmada 286 min Borçalı türkünün mövcudluğu haqqında rəy şübhə doğurur. Onun sözlərinə görə, siyasətçilər, ədəbiyyatçılar, şairlər, yazıçılar Borcalı türklərinin sayının 500 mindən yuxarı olduğunu deyir.
“Görünür ki, burada müəyyən saxtalaşdırma məsələləri var. Bizim fikrimizə görə, Borçalıda Gürcüstanda yaşayan Azərbaycan türklərinin sayı 500 minin üstündədir”.

Z.Məmmədli deyir ki, bu şübhələri aradan qaldırmaq üçün Azərbaycanın müvafiq qurumlarının sözügedən məsələdə maraqlı olması vacibdir.
“Azərbaycan müvafiq qurumları bu məsələdə şübhələri dağıtmaq üçün tam obyektiv şəffaf bir siyahıya alınma aparılmasını istəməlidirlər”.

Aytən ƏLİYEVA

Geri dön