Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yeni hesabat: 2014-cü ildə İranda məzhəb azadlığı ilə bağlı vəziyyət daha pisləşib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Yeni hesabat: 2014-cü ildə İranda məzhəb azadlığı ilə bağlı vəziyyət daha pisləşib

Yeni hesabat: 2014-cü ildə İranda məzhəb azadlığı ilə bağlı vəziyyət daha pisləşib


Amerikanın Məzhəb Azadlığı Komissiyası aprelin 30-da İranda din və məzhəb azadlığının durumu ilə bağlı illik hesabatını yayıb.
Hesabatda deyilir ki, İran prezidenti Həsən Ruhani bu posta gəldiyi vaxtdan indiyə qədər ölkədə məzhəb azadlığı ilə bağlı vəziyyət nəinki yaxşılaşmayıb, hətta əvvəlkindən də pisləşib: “İranda hakim sistem anti-semitizm təbliğini hələ də davam etdirir. İran İslam Respublikasının rəhbərləri son bir ildə yəhudilərə qarşı səsləndirdikləri bəyanatları daha da sərtləşdiriblər.

İran konstitusiyasında dini azlıqların hüququ nəzərə alınsa da, rəsmi Tehran ölkəyə hakim dini qaydalardan istifadə edərək müxtəlif qruplara qarşı repressiyaları davam etdirir. Hətta ölkə konstitusiyasında tanınan bir sıra rəsmi dinlərin nümayəndələri də təzyiqə və ayre-seçkiliyə məruz qoyulur, müxtəlif bəhanələrlə həbsə salınır. İranda bəhailərdən başqa, xristianlığı qəbul edən vətəndaşlar, sünni məzhəbli müsəlmanlar, sufizm tərəfdarları, şiəliyə müxalif olanlar, yəhudilər, xristianlar və zərdüştilər ardıcıl olaraq təzyiqə məruz qoyulur, dini və şəxsi əqidələrinə görə, təqib edilirlər”.

Geri dön